Məşhur azərbaycanlı alim Lütfi Zadənin 93 yaşı tamam oldu

 

Bütün dünyada tanınmış alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) 93 yaşı tamam oldu. Lütfi Zadə Kaliforniyada Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə alimdir. Lütfi Zadə onlarla xarici akademiyaelmi müəssisələrin həqiqi üzvü, fəxri doktorudur. Çoxsaylı mükafatlara layiq görülmüşdür. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000 dəfə istinad olunmuşdur.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuşdur. Atası Rəhim Ələsgərzadə Birinci dünya müharibəsi zamanı Ərdəbildən Bakıya köçərək ticarətlə məşğul olmuşdur. Bakıda kibrit ticarətini təşkil edən Rəhim Ələsgərzadə qısa müddət ərzində böyük qazanc əldə etmişdi. Gənc tacir bir müddət sonra Bakıda tanış olduğu milliyyətcə yəhudi olan uşaq həkimi Fanya Koriman ilə ailə həyatı qurmuşLütfi Zadə də bu nikahdan doğulmuşdur.

1932-ci ildə Lütfi Zadə orta məktəbin üçüncü sinfində rus bölməsində oxuyarkən ailəsi Tehrana köçür. Tehranda Lütfi Zadə amerikalıların yaratdığı Albors məktəbində təhsilini davam etdirir. Tehran Universitetində elektrik mühəndisi ixtisasına yiyələnən Lütfi Zadə 1944-cü ildə Amerikaya gedirMassaçusets Universitetində təhsilini davam etdirir. Üç il sonra o, Kolumbiya Universitetində fəaliyyətə başlayır 1957-ci ildə bu universitetin professoru olur. Dünya elmində kibernetikanın atası sayılan Norbert Vinerin tövsiyəsi ilə Lütfi Zadə Kaliforniyada Berkli Universitetində çalışmağa başlayır.

Lütfi Zadənin ikili çoxluq anlayışına yeni ifadə vermiş qeyri-səlis çoxluq nəzəriyyəsi dünya elmində inqilab hesab edilir. Hazırda bu böyük alimin altı elmi nəzəriyyəsi istehsalatda geniş tətbiq olunurdünya alimləri tərəfindən yüksək dəyərləndirilir. Qeyri-səlis çoxluq nəzəriyyəsi ilk vaxtlar Amerikada qəbul olunmadığından bu elmi kəşf Yaponiyada tətbiq olunmuşyapon şirkətlərinə qısa vaxt ərzində milyardlarla gəlir gətirmişdir.

Lütfi Zadənin təəssüratlar, sistemlər, sözlə işləyən kompyuterlər, optimal süzgəclər, soft kompyutinq nəzəriyyələri bütün dünyada geniş tətbiq olunur. İnformasiya kommunikasiya texnologiyaları, kosmik tədqiqatlar və idarəetmə sistemləri sahəsini Lütfi Zadənin kəşfləri olmadan təsəvvür etmək mümkün deyil.

Çoxsaylı fəxri adlaramükafatlara layiq görülmüş Lütfi Zadə ötən il BBVA fondunun elm və mədəniyyət nominasiyasında 400 min avro dəyərində mükafatını almışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 fevral 2011-ci il tarixli sərəncamı ilə Lütfi Zadə elm və texnologiyaların inkişafinda, mədəniyyətlərarası dialoqun qurulmasında xidmətlərinə görə “Dostluqordeni ilə təltif olunmuşdur.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 5 fevral.- S. 7.