Rabitə və informasiya texnologiyaları sahəsində beynəlxalq əlaqələr genişlənir

 

Son dövrlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ikitərəfli, həmçinin regional və beynəlxalq səviyyələrdə - çoxtərəfli platformalarda əlaqələr qurulmuş, beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri yaradılmış və ölkəmizin İKT və həmçinin telekommunikasiya, poçtpeyk rabitəsi sahələrində aparıcı ölkələr qrupuna daxil edilməsi üçün “tanınma” prosesi tamamlanmışdır.

BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin İqtisadiSosial məsələlər üzrə Departamenti (UNDESA), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Poçt İttifaqı, Regional Rabitə Birliyi, İKT-nin İnkişafı üzrə Qlobal Alyans (GAID), Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq Telekommunikasiya Peyk Rabitəsi (ITSO), İntersputnik, Davos Forumu, İslam Gənclər Forumuonlarla digər beynəlxalq təşkilatlarda ölkəmizin nüfuzunun möhkəmləndirilməsinə nail olunmuşbu qəbildən olan təşkilatların rəhbərləri ilə səmərəli görüşlər keçirilmiş, onların ölkəmizə səfərləri təşkil edilmişdir. Məhz beynəlxalq arenada sıx və səmərəli münasibətlərin qurulması nəticəsində ölkəmizin dünyada nüfuzu möhkəmlənib. Əməkdaşlıq edilən ölkələrlə müxtəlif sahələr üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qurulmuş əlaqələrin təsbit olunması məqsədilə bilavasitə hökumət səviyyəsində, eləcə də müvafiq idarələrarası sazişlər və digər hüquqi sənədlər imzalanmışdır. Hər bir sənədin icrasının həyata keçirilməsi ilə bağlı işçi qrupuya tədbirlər proqramı hazırlanaraq təsdiq olunmuş, qarşı tərəflərlə görüşlər keçirilərək əməkdaşlıq perspektivləri müzakirə və müəyyən edilmiş, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilmişdir.

İlkin dövrlərdə iqtisadi inteqrasiyanı sürətləndirmək, hazırda isə ölkə rəhbərliyi tərəfindən təşviq olunan investisiya ixracını artırmaq məqsədilə Azərbaycanda və müxtəlif ölkələrdə (ABŞ - Azərbaycan, Azərbaycan - İsrail, Azərbaycan - Estoniya, Belarus - Azərbaycan, Kuba - Azərbaycan, ABŞ-Azərbaycan, Fransa-Azərbaycan, Avstriya-Azərbaycan və s. kimi) biznes forumları keçirilmiş, rabitə və İKT sahəsinə investisiya qoyuluşu, habelə bu sahədə fəaliyyət göstərən yerli şirkətlərin dünya bazarına çıxışı üçün uyğun şərait yaradılmışdır.

Azərbaycanın daim müstəqil siyasət yürütməsinin və ən yüksək məqamlardan öz ədalətli və konstruktiv mövqeyinin nümayiş etdirməsinin əsas təminatlarından biri kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunmanın vacibliyi nəzərə alınaraq, rabitə və İKT sahəsində dünya arenasında aparıcı yer tutan təşkilatlarda iştirak yüksələn xətt üzrə davam etdirilmişdir. Belə ki, ötən illər ərzində də müxtəlif səviyyəli beynəlxalq təşkilatlarla və onların dəstəyi ilə keçirilən tədbirlərdə (“ITU Telecom World”, CEBİT və s.) ölkəmiz yüksək səviyyədə təmsil olunmuşdur. Azərbaycan bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Regional Rabitə Birliyi (RRB) xüsusi yer tutur.

Azərbaycanın BMT-nin İnformasiyaKommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi - Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirməkdədir. Belə ki, RİTN-in təşəbbüsü ilə 5-9 oktyabr 2009-cu il tarixində Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World” sərgi və forumunda Azərbaycanın dövlət qurumları və İKT şirkətlərindən ibarət geniş nümayəndə heyəti iştirak etmiş, ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, həllər, xidmətlər Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir. 24-27 oktyabr 2011-ci il tarixlərində “ITU Telecom World-2011” sərgi-forumunda Azərbaycanın Milli İKT Pavilyonunun təqdim edilməsi məqsədilə 180 kvadratmetrlik stend (ikimərtəbəli) icarəyə götürülmüş, nazir, cənab Ə. Abbasovun rəhbərliyi ilə RİTN-in nümayəndə heyəti, rabitə və İKT sahəsi üzrə ixtisaslaşmış 20-dən çox milli şirkət sərgidə iştirakı etmişdir.

BTİ-nin baş katibi cənab Həmədan Ture təşkilata rəhbərliyi dövründə daim ölkəmizə isti münasibəti ilə fərqlənmiş, dəfələrlə Azərbaycana səfərlər etmiş və BTİ ilə yeni, daha yüksək səviyyədə əməkdaşlığın əsasını qoymuşdur. Bu səfərlər zamanı H.Ture Prezident cənab İlham Əliyev tərəfindən qəbul edərək ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apararaq dövlətimizin BTİ ilə əlaqələrinin yüksək səviyyədə qurulmasında maraqlı olduğuna bariz nümunədir.

Ümumdünya Poçt İttifaqı BMT-nin ixtisaslaşmış agentliklərindən olmaqla dünyanın 192 ölkəsini bir təşkilatda birləşdirək, ölkələrarası beynəlxalq poçt mübadiləsi məsələlərini tənzimləyən və inkişaf strategiyasını müəyyənləşdirməklə əlaqələndirici funksiyasını həyata keçirir. Azərbaycan 1 aprel 1993-cü il tarixindən Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvüdür. Qurumun Administrativ Şurası (Council of Administration - CA) təşkilatın əsas idarəedici orqanıdır, ÜPİ-nin fəaliyyət proqramının koordinasiyasını, ÜPİ Aktlarının hazırlanması və həyata keçirilməsinə, büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. ÜPİ-nin Konqresində dünyanın 5 coğrafi regionu üzrə cəmi 40 üzv seçilir. Azərbaycan ÜPİ-nin Buxarest (2004) konqresində və Cenevrədə (2008) keçirilmiş konqresdə CA-ya üzv seçilmişdir. ÜPİ-nin baş direktoru cənab Eduard Dayan 2005-ci ilin may ayında və 2010-cu ilin dekabrında Bakıda olmuş, Dünya Bankının dəstəyi ilə ölkəmizin poçt şəbəkəsində həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin başlanğıc və yekun mərasimlərində iştirak etmişdir.

Regional Rabitə Birliyi 1991-ci ilin 17 dekabr tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində müstəqil dövlətlərin rabitə administrasiyası başçıları tərəfindən imzalanmış sazişə əsasən Regional Rabitə Birliyi yaradılmışdır. Sözügedən təşkilatın əsas vəzifəsi müstəqillik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq, yeni müstəqil dövlətlər arasında elektrikpoçt rabitəsi sahəsində əməkdaşlığın həyata keçirilməsi olmuşdur. Müxtəlif komissiyalardan ibarət olan Regional Rabitə Birliyinin daimi fəaliyyətdə olan icraiyyə orqanı Moskva şəhərində yerləşən İcraiyyə Komitəsi, ali orqanı isə Rabitə Administrasiyaları Başçılarının Şurası sayılır. Şuranın sədri Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovdur. Bu təşkilat yarandığı dövrdən Azərbaycan onun təmsilçilərindən biri seçilmişdir.

Artıq 18 ildir ki, “BakuTel” sərgi-konfransı davamlı olaraq Azərbaycanda keçirilir və ölkədə İKT-nin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. “Bakutel” sərgi-konfransı həcm və nüfuz dairəsinə görə Qafqaz və Xəzəryanı regionda ən yüksək səviyyəli tədbirdir, qlobal miqyasda respublikamızın geosiyasiiqtisadi maraqlarının təmin olunması üçün platforma kimi formalaşmışdır. Nəticə olaraq deyə bilərik ki, son illər ərzində həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin İKT sahəsində əldə etdiyi uğurlu nəticələr dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən təşviq olunmuş, keçirilən beynəlxalq tədbirlərdə bu nəticələr digər ölkələrə nümunə olaraq təqdim olunmuşdur. Hər il müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə (sərgi, konfrans, forums.) iştirak olunmuş, məhsuldar görüşlər keçirilmiş və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər aparıcı təsisatların illik hesabatlarında öz əksini tapmışdır. Ölkəmizin regionun lider dövləti kimi Cənubi Qafqaz regionu üzrə layihələrin həyata keçirilməsi prosesində təşəbbüskarlığı və dominantlığı rabitə və İKT sahəsinə də sirayət etmişdir. TAE, TASİM kimi layihələrin reallaşdırılması, habelə RİZ-lərin yaradılmasında Azərbaycanın rolu mühüm əhəmiyyət kəsb edirbu layihələrin uğurla həyata keçirilməsi son nəticədə ölkəmizin, bütövlükdə regionun inkişafına yeni təkanmünbit zəmin verəcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 6 fevral.- S. 6.