Arxeologiyaetnoqrafiya elmimizin ağsaqqalı

 

Akademik Teymur Bünyadov – 85

 

“Alimin qələminin mürəkkəbi şəhidin qanından üstündür”. Hər dəfə həzrəti Peyğəmbərimizin (s.) bu təsirli kəlamı yadıma düşəndə qeyri-ixtiyari olaraq şəxsiyyətinə elminə böyük ehtiram bəslədiyim çox hörmətli akademik Teymur Bünyadovun o nurlu çöhrəsi gözlərim önünə gəlir. Bəli, Teymur müəllim, sözün həqiqi mənasında, ömrünü bütünlüklə elmə, yaradıcılığa həsr etmiş fədakar alimdir. 1928-ci ilin ayazlı-şaxtalı yanvar günlərində Qazax rayonunun II Şıxlı kəndində dünyaya göz açan Teymur Bünyadov 1946-cı ildə Ağstafa rayonunun Muğanlı kənd orta məktəbini qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra o, təhsilini davam etdirmək məqsədilə 1951-ci ildə Moskvada SSRİ Elmlər Akademiyası Maddi-Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub. Tanınmış Qafqazşünas alim Yevgeni Krupnovun rəhbərliyi ilə 1955-ci ildə həmin institutun elmi şurasında müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

O zaman T.Bünyadovun öz dissertasiya işində zəngin arxeoloji material əsasında Azərbaycanda əkinçilik mədəniyyətinin tarixinə dair irəli sürdüyü yeni, həm cəsarətli elmi mülahizələr elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Onun problemə yanaşma tərzi gəldiyi elmi nəticələr keçən əsrin 50-ci illərində sovet tarixşünaslığında çox ciddi yenilik kimi qəbul olundu.

T.Bünyadov 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda, 1993-cü ildən etibarən isə AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunda çalışır. Arxeologiya ixtisası üzrə alimlik dərəcəsi alsa da, onun 1950-ci illərin ikinci yarısından sonrakı elmi fəaliyyəti daha çox Azərbaycanda etnoqrafiya elminin inkişafı ilə bağlı olmuşdur. Bunun bariz göstəricisi olaraq 1968-ci ildə “Azərbaycanın qədim orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Beləliklə , Azərbaycanda etnoqrafiya ixtisası üzrə ilk elmlər doktoru adı alıb. Teymur müəllim bu tədqiqat əsəri ilə Azərbaycan şəraitində ilk dəfə olaraq tarix, arxelogiya etnoqrafiya elmlərinin mənbəşünaslıq faktoloji bazasını bir məcraya toplamaqla sanballı bir elmi tədqiqat əsəri ortaya qoydu. Əlbəttə, o zaman ömrünün 40-cı baharına yenicə qədəm qoyan gənc tədqiqatçı üçün bu, olduqca böyük uğur idi. Xoşbəxtlikdən sonrakı dönəmdə uğurların ardı gəlməkdə davam etdi. 1970-ci ildə professor adını aldı, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçildi. I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı oldu. Parlamentin Elm təhsil məsələləri üzrə daimi komissiyasının sədri kimi səmərəli fəaliyyət göstərdi. Görkəmli elm xadimi, tanınmış ziyalı nüfuzlu el ağsaqqalı olaraq prezident seçkilərində ulu öndər Heydər Əliyevin möhtərəm cənab Prezidentimiz İlham Əliyevin səlahiyyətli vəkili kimi seçicilər qarşısında səmimi məntiqli çıxışları ilə hər kəsin hörmət ehtiramını qazandı.

Teymur müəllimin titulları, vəzifələri xidmətləri o qədər çoxdur ki, doğrusu, mən onları sadalamağa cəsarət etmirəm. Təkcə onu deyə bilərəm ki, o, gərgin səmərəli elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın bir sıra digər yaradıcı təşkilatların üzvü kimi tanınan, sayılan, adı hər yanda hörmətlə yad edilən insanlardandır.

Təbiidir ki, akademik Teymur Bünyadov, hər şeydən öncə, tanınmış elm adamıdır. Onun Azərbaycan tarixinin, arxeologiyasının etnoqrafiyasının müxtəlif problemlərinə dair yazdığı çoxsaylı əsərləri, redaktoru ya rəyçisi olduğu külliyyat monoqrafiyaları bir kitab şkafına yerləşdirmək qeyri-mümkündür. Onun hələ 1960-cı ildə çapdan çıxan “Azərbaycan arxeologiyasının oçerkləri” adlı ümumiləşdirici əsəri bu günarxeologiya fənnini tədris edənlər və öyrənənlər üçün ən qiymətli  vəsait olaraq qalmaqdadır. Halbuki, ötən onilliklər ərzində Azərbaycanda arxeologiya elminin inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ayrı-ayrı dövrlərin, problemlərin və çoxsaylı arxeoloji abidələrin tədqiqi ilə məşğul olan, beynəlxalq aləmdə kifayət qədər tanınan arxeoloq-alimlər nəsli yetişib. Amma nədənsə, həmin alimlərdən heç biri çox ciddi ehtiyac olmasına baxmayaraq, bu gün də Azərbaycan arxeologiyasına dair yeni ümumiləşdirici tədris vəsaiti yazmağa sanki cəsarət eləmir. Əslində, Teymur müəllimdən sonra belə bir yükün altına girmək və bu günün tələbləri səviyyəsində olan daha təkmil dərslik yaratmaq, həqiqətən, çox çətin və məsuliyyətli bir işdir.

Akademik T.Bünyadov nəinki Azərbaycanda, eləcə də cənubi Qafqazda və MDB məkanında əkinçiliyin və maldarlığın inkişaf tarixinin tədqiqi sahəsindəki fundamental tədqiqatları ilə məşhur olan görkəmli alimdir. Azərbaycanın qədim maldar və əkinçi tayfalarının geniş xronoloji çərçivəni əhatə edən tarixi zəngin arxeolojietnoqrafik material əsasında ilk dəfə məhz T.Bünyadov tərəfindən, sözün əsl mənasında, akademik səviyyədə tədqiq olunub. Beləliklə də, xalqımızın zəngin təsərrüfatçılıq ənənə və vərdişlərinin inkişaf dinamikası müəyyən edilməklə ayrı-ayrı tarixi dövrlər arasında bir növ elmi-nəzəri körpü salınıb.

Azərbaycan tarixi, arxeologiyası və etnoqrafiyasının ayrı-ayrı problemlərinə dair çoxsaylı tədqiqat əsərlərinin müəllifi olan T.Bünyadovun elmi ictimaiyyətə təqdim etdiyi son fundamental işlərdən biri üçcildlik “Azərbaycan etnoqrafiyası” kitabıdır. Uzun illərin və böyük zəhmətin məhsulu olan bu cildlərin yarısından çoxunun müəllifi və baş redaktoru məhz akademik Teymur Bünyadovdur. Bu əsərdə ilk dəfə olaraq milli etnoqrafiya elmimizin inkişaf tarixi və problemləri geniş və hərtərəfli şəkildə əhatə olunmuşdur. Xatırladım ki, Azərbaycanın elmi ictimaiyyəti yarım əsrdən çox bir müddət idi ki, belə bir əsərin yazılacağı günü səbirsizliklə gözləyirdi.

Yeri gəlmişkən, Teymur müəllim və onun komandası bu günlərdə daha bir sanballı işi – “Azərbaycanın qədim paytaxt şəhəri olan Qəbələnin tarixi, etnoqrafiyası və folkloru” toplusundan ibarət üçcilldlik nəşri tamamlamışdır. Xatırladaq ki, Azərbaycanın, ingilisrus dillərində nəşr olunacaq bu əsər Qəbələ haqqında indiyədək yazılmış ən fundanental tədqiqatdır.

Teymur müəllim, həmçinin çoxcildlik “Azərbaycan tarixi”nin II cildinin müəlliflərindəndir. Onun “Ana Kür”, “Qızıl qaya”, “Zirvəqala”, “Mərd qalalar”, “Qız var oğuldan qeyrətli”, “Atropat”, “Cavanşir”, “Babək”, “Şəmsəddin Eldəniz” kitabları, “Göz yaşları” romanı, çoxcildlik bayatılar kitabı və digər elmi-populyar əsərləri də geniş oxucu kütləsinə yaxşı tanışdır. Uzun illərdir ki, AMEA-nın “Xəbərlər” məcmuəsinin, “Arxeologiyaetrnoqrafiya”, “Tarixonun problemləri”, “İpək yolu”, “Təkamül” jurnallarının, habelə bir sıra başqa dərgilərin redaksiya heyətinin üzvü olan T.Bünyadov elmipedaqoji kadrların hazırlanması istiqamətində də səmərəli fəaliyyət göstərib. Onun elmi rəhbərliyi ilə 7 elmlər doktoru, 40-a yaxın elmlər namizədi yetişib. Akademik Teymur Bünyadov hər zaman tələbələrin və aspirantların sevimlisi olub. O, uzun illər ərzində Azərbaycan Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində və Bakı Dövlət Universitetində mühazirələr oxumuşdur. T.Bünyadov dəfələrlə ali məktəblərdə dövlət imtahan komissiyasının sədri olmuş, hazırda isə AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu nəzdindəki dissertasiya şurasının sədridir.

T.Bünyadov Azərbaycanda tarix, arxeologiyaetnoqrafiya elmlərinin inkişafı, elmi kadrların yetişdirilməsi sahəsindəki xidmətlərinə, habelə səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Anadan olmasının 80 illiyi münasibətilə isə ölkə Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Bünyadov Azərbaycanda o qədər də geniş yayılmış soyadlarından deyil. Hər halda, elm aləmində mən onlardan yalnız ikisini tanıyıram. Respublikamızın bütün guşələrində, az qala, uşaqdan böyüyədək hər kəsin çox yaxşı tanıdığı mərhum Ziya Musa oğlu BünyadovuTeymur Əmiraslan oğlu Bünyadovu deyirəm. Onların ikisiuzun illər ərzində Elmlər Akademiyası sistemində işləyərək ömrünü bütünlüklə Azərbaycanda tarix elminin inkişafına həsr edib. Həm Ziya müəllim, həm də Teymur müəllim xeyli vaxt Azərbaycan parlamentində təmsil olunublar. Onlar, əslində, parlamentdə olmayanda da, sözün əsl mənasında, millətimizin vəkili olublar.

Gördüklərimə, eşitdiklərimə və bildiklərimə istinadən onu da deyə bilərəm ki, Ziya Bünyadov kimi Teymur Bünyadovu da Azərbaycandan kənarda, o cümlədən Qafqazda, Şərq ölkələrində, xüsusən də əski Sovetlər Birliyinin ayrı-ayrı bölgələrində, dünyanın məşhur elm və təhsil mərkəzlərində görkəmli tarixçi alim kimi çox yaxşı tanıyırlar və həmkarları arasında onun həqiqətən böyük nüfuzu var. Azərbaycan tarix elminin patriarxlarından olan bu görkəmli elm fədailəri üçün ümumiya oxşar ola biləcək daha bəzi keyfiyyətlər üzərində də dayanmaq olar. Bununla belə, onları fərqləndirən xüsusiyyətlər də az deyil. Məsələn, Ziya müəllim xarakter etibarı ilə kifayət qədər sərt, emosianal və zəhmli adam idi. Teymur müəllim isə əksinə, olduqca sadə, səmimi, mehriban, istiqanlı bir insandır. Özündən yaş, vəzifə, elmi dərəcə və təcrübə baxımdan aşağı olan insanlara qarşı xüsusilə həssas və qayğıkeş olması ilə fərqlənir. Onun xasiyyəti də, dili də, qələmi və yazıları da olduqca şirindir. Bilmirəm təsadüfdənmi, yoxsa məntiqi və ya genetik uyarlıqdanmı atasının yolunu davam etdirən qızı Şirinin də adı kimi qələmində, nitqində və həmkarları ilə rəftarında da xüsusi bir şirinlik duyulur. Fikrimizcə, bu da Teymur müəllimin nümunəvi ailə başçısı olaraq qurduğu tərbiyə sistemindəki tamlığın, mükəmməliyin göstəricisidir. Nə yaxşı ki, bu məhz belədir. Axı, o, bütün digər titulları ilə yanaşı, bəlkə də onların hamısından daha öncə ömrünün müdrik çağlarını yaşamaqda olan görkəmli xalqşunas alimdir. Onun öz tədqiqatlarında, yaxud da rəhbərliyi ilə aparılan tədqiqatlarda Azərbaycan ailəsinin ənənələri, mənəvi-psixoloji və mədəni-məşiət problemləri elmi-nəzəri cəhətdən araşdırılaraq, öyrənilərək geniş ictimaiyyətə təqdim olunub.

Teymur müəllimi həmkarlarından fərqləndirən başlıca xüsusiyyətlərdən biri odur ki, onun elmi-əməli fəaliyyəti akademiya divarları arasında məhdudlaşıb qalmır. O, vaxtaşarı mətbuatda, radioteleviziyada çıxışlar edir, rayon və şəhərlərə gedərək ictimaiyyətlə bilavasitə təmasda olur. Məhz bu səbəbdən onun özü də, imzası da geniş ictimaiyyətə çox yaxşı tanışdır.

Aspiranturaya daxil olmaq arzusu ilə Elmlər Akademiyası binasının dəhlizinə qədəm qoyduğum ilk gündən keçən 35 il ərzində digər gənclər kimi, mən də Teymur müəllimdən daim diqqət və qayğı görmüşəm . Aspiranturaya qəbul imtahanları zamanı, daha sonra minimum imtahanları verərkən ən yaxın adamı kimi məni daim ruhlandırıb. Hər dəfə rastlaşanda, —“ay oğul, işin nə yerdədir, məqalələrini bitirdinmi, dissertasiyanı nə vaxt verirsən...” və bu kimi suallarla o, sanki öz aspirantları kimi mənim də qayğılarıma ən azı biganə olmadığını büruzə verib. Aramızdakı bu səmimi müəllim-tələbə münasibətləri indinin özündə də davam etməkdədir.

Alim var, onun xasiyyəti və davranışı yaxşıdır. Alim var, onun elminə, məntiqinə və tədqiqatlarına söz ola bilməz. Alim var ki, xasiyyəti də, elmi də yerli-yerindədir, amma nitqi və yazısı yoxdur. Teymur müəllimdəsə bu göstəricilərin hamısı yüksək səviyyədədir. Onun olduğu məclisdə adam hey dinləmək istəyir. Elmdən, insanlıqdan, insanlığa xas olan fəzilət və qəbahətlərdən, şeir və sənətdən, xalq yaradıcılığı və qədim adət-ənənələrimizdən elə şirin və elə peşəkarcasına bəhs edir ki, əhatəsindəkilər, sadəcə, bu söhbətləri heyranlıqla dinləməkdən zövq alırlar. Bir sözlə, onun söhbətləri, məsləhət və nəsihətləri, yazmış olduğu cild-cild kitablardan ibarət bayatı külliyyatı anlayanlar üçün, söz, əxlaq və mərifət xiridarları üçün, həqiqətən, son dərəcə dəyərli bir mənəvi xəzinədir. Yetər ki, kimlərsə bu xəzinədən faydalanmaq arzusunda olsun. Necə ki, elmə, ədəbə, xalqımızın zəngin milli-mənəvi dəyərlərinə sahib durmaq arzusu ilə akademiyanı özünə yeri seçən çoxsaylı gənclər bunu edirlər.

 

Qafar CƏBİYEV,

 

Azərbaycan Respublikasının əməkdar jurnalisti,

 

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2014.- 7 fevral.- S. 5.