Lerik: qışın soyuğu ürəklərin hərarətini azaltmır

 

İndilər bəxtinin bəyazlığına bürünən bu diyar ölkəmizin cənub dağlarının tacına bənzəyir. Lerik hər fəsildə gözəl olur. Amma illər öncə yolun-yönün olmaması üzündən qonaqlar Lerikə yalnız yaz-yay aylarında gələ biliblər. Gözdən-könüldən uzaq bölgənin problemi təkcə yolla bitməyib: işığı, qazı da olmayıb. Yalnız 70-ci illərdən, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Lerikinüzü gülməyə başlayıb. Müstəqillik illərində isə dağlar diyarı daha da gözəlləşib, əhalinin həyat şəraiti xeyli yaxşılaşıb. İndi böyük çətinliklər belə aradan qalxıb. Bəzi ucqar kəndlərə qədər rahat asfalt yollar çəkilib. İlboyu Lerikə asanca gedib-gəlmək olur.

Lerikdə Yer kürəsindəki 11 iqlim qurşağından 8-i duyulur. Süleyman Rüstəm demişkən, Lerikin saçlarını Savalanın yelləri darayır. Belə yerdə şair olmağavar... Fikrət Qoca yazır: “Allah da, bəlkə, elə cənnət deyəndə Lerikdən danışırmış...”

Yollar, cığırlar qar altda gizlənib. Hünərli sürücülər maşınlarını əlçatmaz yerlərə çıxara bilirlər. Qarda təkər izləri qış şeirinin misraları kimi yoxuşlara, gədiklərə yazılır. Damların buz sırsıraları sanki tül pərdə saçaqlarıdır. Ormanlar qış yuxusuna gedib. Bulaqların nəğməsi dodağında donub. Ən uca zirvələrQızyurdu Kömürgöy qar libasında bir az da müdrik görünür, ağsaqqalcasına qımışır. Kələxan tərəfdəki Mərmər qalaça Savalanla üzbəüz məğrur dayanıb. Buraların ünlü tədqiqatçısı, unudulmaz geoloq alimimiz Mirəli Qaşqay dünyasını dəyişərkən vəsiyyət etmişdi ki, məzarının üstünə Mərmər qalaçadan bir parça daş qoysunlar. Mərhum akademikin vəsiyyəti yerinə yetirilib.

Altı il öncə Lerik rayonunun mərkəzi şəhər statusu alıb. Bundan sonra quruculuq işləri yeni səpkidə aparılmağa başlayıb. Şəhər elementlərinin artmasına üstünlük verilib. İnfrastruktur yenilənib. Su kanalizasiya xətləri çəkilib. Küçələr müasir zövqə uyğun abadlaşdırılıb. Xiyabanlar, parklar salınıb. Yollar, səkilər, işıq dirəkləri qəndillər belə təzələnib. Artıq Lerikin hər bir guşəsi rəssam tablosuna bənzəyir. Turistlər qışın oğlan çağında da Lerikdə dincələ bilirlər. Elə yeni ili dağlar qoynundakıRelaks”da digər istirahət mərkəzlərində keçirənlər az olmayıb. Dekabrda qışın, ötən həftə isə yeni ilin ilk qarı Lerikin fəsil mənzərələrinə gözoxşayan çalarlar qatıb...

Yox, düşünməyin ki, mən qarın zahiri gözəlliyini qabardıram rayon rəhbərliyinin, yerli əhalinin qış qayğılarından xəbərsizəm. Əlbəttə, həmin qayğıların hər bir dağ rayonunda olduğu kimi, Lerikdə mövcudluğunu yaxşı bilirəm. Camaatın sınaqlara fədakarcasına sinə gərdiyini vurğulayıram. Amma bütün bunlarla bərabər, sosial inkişaf zəminində təbiətin gözəllik, saflıq töhfələrini görməmək mümkünsüzdür.

Təkcə uşaqlar qayğısızdır. Onların şən hay-küyünün ətrafa yayılması hər kəsdə nikbin ovqat yaradır. Uşaqların şaxtadan qızarmış yanaqlarına sanki fərəh kəpənəkləri qonub. Qarın gözəlliyi qışın soyuqluğunu unutdurur.

Prezident İlham Əliyevin Lerikə xüsusi münasibəti rayonun sosial-iqtisadi tərəqqisini təmin edib. Dövlət büdcəsindən vaxtaşırı ayrılan vəsaitlər yönümü üzrə tam səmərəli sərf olunur. Sakinlər dövlətin diqqətindən yetərli qədər razıdırlar. Elə şəhər nümayəndəliyinin illik hesabatında bu qayğının nəticələrindən konkret faktlar əsasında ətraflı bəhs edilib.

Tələbə dostum, əməkdar jurnalist İdris Şükürlü:

-Lerik bizim duyğularımızın isti beşiyi, ilhamımızın çağlar bulağıdır. Son on ildə rayonda 40-a yaxın məktəb, 9 səhiyyə müəssisəsi, 3 uşaq bağçası, inzibati idarə binaları, turizm-istirahət mərkəzləri, iaşə obyektləri, şadlıq sarayları, ticarət mərkəzləri, kərpic zavodu, broyler fabriki, çörək zavodu, min bir dərdin dərmanı olan mineral su sexləri inşa edilib, 40-a qədər yaşayış məntəqəsi qazlaşdırılıb, işıq xətləri təzələnib, artezian quyuları qazılıb, su xətləri çəkilib, yollar asfatlaşdırılıb. Ötən il uzunluğu 26 kilometr olan Lerik-Qosmalian-Kəlvəz yolu tamamilə yenidən qurulub, 32 kilometrlik Noda- Şingədulan-Xanagah yolunun tikintisi ilə bağlı ilkin olaraq 2 milyon vəsait ayrılıb, payızda tikinti işlərinə start verilib.

Ziyalı bir insan olan Rövşən Bağırov leriklilərin doğma saydığı şəxsdir. İcra hakimiyyətinə başçılıq etdiyi illərdə rayonun tərəqqisi üçün əlindən gələni əsirgəməyib. Sözübütöv rəhbər kimi hörmət-izzət qazanıb. Onun dövründə Lerikin gözəllikləri daha da artıb, pardaqlanıb. Əvvəlki illərdə bu nailiyyətdə ARDNŞ-nin zəhmətləri danılmaz olub.

Lerikdə keçən il quruculuq işləri səngiməyib ki, sürətlənib. Şəhərin küçə meydanlarında inşaat işləri davam etdirilib. Yollar, səkilər yenidən qurulub, tamet piltələr döşənib. Şəhərin hər iki giriş hissəsində minlərlə kvadratmetr yeni istinad divarı hörülüb milli ornamentlərlə zəngin olan dekorativ daşlarla üzlənib. Küçə meydanlarda 35 min kvadratmetrdən çox asfalt işi görülüb, 110 ədəd yeni işıq dirəyi quraşdırılıb. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə şəhərdəXeyir-şər evitikilib, uşaq bağçası əsaslı təmir edilərək yeni görkəmdə istifadəyə verilib.

Sözügedən tədbirdə icra hakimiyyətinin başçısı görülən bütün işlərin məhz insan amili üçün, vətəndaşlara xidmət məqsədilə edildiyini bildirib. İradlarını da söyləyib. Məsələn, şəhərdə təmizlik işlərinin vaxtı-vaxtında aparılmadığını deyib, əlaqədar idarələrin imkanları tam səfərbər etməsi zərurətini önə çəkib.

İnam var ki, belə olacaq soyuq qış fəslini yaşayan Lerikin gözəlliklərinə kimsə soyuq yanaşmayacaq. Qış bitincə yenə dağlara gözlənilən yaz gələcək çöhrələrdə güllər açacaq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 7 fevral.- S. 6.