Qalib jurnalistlər mükafatlandırılmışlar

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi jurnalist yazıları müsabiqəsinə yekun vurulmuşdur. Nazirlikdə keçirilən mərasimdə mükafatlar təntənəli surətdə qaliblərə təqdim olunmuşdur.

Məclisi giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkəmizdə informasiya texnologiyaları ili elan olunmuş 2013-cü ildə bu movzuya həsr olunmuş umumrespuiblika jurnalist yazıları müsabiqəsi keçirilməsinin sahənin fəaliyyətini iri miqyasda işıqlandırmaqda, həyata keçirilən layihələrin mahiyyətini cəmiyyətə çatdırmaqda və xalqın rabitə işçilərindən gözləntilərini öyrənməkdə əhəmiyyətli olduğunu bildirdi, qalibləri təbrik etdi.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə məlumat verərək bildirdi ki, jurnalistlər movzunu maraq və həssaslıqla qarşılamış, ciddi tədqiqat yazıları ərsəyə gətirmişlər. 5 nominasiyanın hər biri üzrə 3 qalibin müəyyənləşdirildiyini, 15 yazı müəllifinin isə həvəsləndirici mükafata layiq görüldüyünü bildrən fond rəhbəri qeyd etdi ki, müsabiqənin nəticələri hər iki tərəf üçün uğurlu olmuşdur.

Mükafatları qaliblərə nazir müavini İltimas Məmmədov, fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “İki sahil” qəzetyinin baş redaktortoru Vüqar Rəhimzadə, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev təqdim etmişlər.

Mərasimdə nazirliyin ötən il keçirdiyi internet müsabiqələrinin qaliblərinə də mükafatlar verilmişdir.

 

 R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 7 fevral.- S. 6.