Laçın: məcburi köçkünlərin problemləri diqqət mərkəzindədir

 

Laçın Rayon İcra Hakimiyyətində keçirilən hesabat konfransında 2013-cü ilin mühüm sosial-iqtisadi yekunları geniş təhlil olunmuş, bu ilin həyata keçirilməkdə olan başlıca layihələri və müxtəlif sahələrdə həllini gözləyən məsələlərlə bağlı işgüzar müzakirələr aparılmışdır. Məruzə və çıxışlarda səslənmiş diqqətçəkən məqamları oxucularımıza təqdim edirik.

Hesabat məruzəsi ilə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Nazirlər Kabinetinin ölkənin ötənilki sosial-iqtisadi uğurlarına və cari ilin hədəflərinin müzakirəsinə həsr olunmuş iclasında səslənmiş başlıca yekunlar və qarşıya qoyulmuş vəzifələr barədə konfrans iştirakçılarına məlumat vermişdir.

Başçı daha sonra bildirmişdir ki, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindən irəli gələn məsələlər rayonun idarə, müəssisə və təşkilatlarında geniş müzakirə olunmuş, 2013-cü ilin nəticələri təhlil edilmiş, bu il görəcəyimiz işlərə nəzər salınmışdır. 2013-cü il laçınlılar üçünuğurluyaddaqalan olmuşdur. Bütövlükdə isə buvaxtadək “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda və həmin sənədə edilmiş əlavələrdə rayon üzrə nəzərdə tutulmuş 44 tədbirdən 15-i icra olunmuş, 29-u isə icra edilməkdədir. Bu istiqamətdə müvafiq tədbirlərin davam etdirilməsi növbəti ildə də təmin ediləcəkdir.

 Ölkə Prezidentinin laçınlı məcburi köçkünlərə diqqət və qayğısı nəticəsində 2013-cü ildə Abşeron rayonu ərazisində inşa olunmuş Gənclər şəhərciyində 37 ailə, Mehdiabad yaşayış massivində 158 ailə, Masazır qəsəbəsində 24 ailə, Bərdə rayonunda 41 ailə, Qəbələ rayonunda 21 ailə, İsmayıllı rayonunda salınmış qəsəbədə 4 ailə olmaqla, cəmi 285 ailə yeni mənzillərə köçürülmüşdür. Taxtakörpü ərazisindəki Qayğı qəsəbəsində abadlıq və təmir işlərinin görülməsi məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına keçən il burada və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə bir sıra tədbirlər həyata keçirilmişdir.

Taxtakörpü qəsəbəsinin girişində geniş abadlıq işləri aparılmış, üzərində “Laçın obaları” sözü yazılmış iki yaşıl yamac yaradılmış,burada gecə işıqlandırılması quraşdırılmışdır. 552 ailəlik qəsəbə istiqamətində yolun hər iki tərəfində 1162 kubmetr istinad divarı hörülmüş, 700 metr bardür qoyulmuş, 1322 kubmetr aqlay örtüklü səki salınmış, 141 ədəd işıqlandırıcı quraşdırılmışdır. Daxili imkanlar hesabına obalarda ağır vəziyyətdə yaşayan imkansız ailələrə, müharibə əlili və xəstələrə yeni ev tikilmiş, mənzilləri əsaslı təmir olunmuşdur.

Rayon icra hakimiyyətinin, Dövlət Sosial Müdafiə Fondunun Laçın Rayon şöbəsinin, Sosial Müdafiə Mərkəzinin, Təhsil Şöbəsinin, 121 saylı Dairə Seçki Komissiyasının inzibati binaları cari təmir olunmuş, ətrafda abadlıq və təmizlik işləri aparılmışdır.

NovruzQurban bayramlarında, Milli Qurtuluş Günündə Vergilər Nazirliyinin göndərdiyi ərzaq yardımı Taxtakörpü ərazisində və Ağcabədi şəhərində məskunlaşmış 3490 ailəyə çatdırılrılmışdır. Əmək haqları, pensiya və müavinətlər vaxtında ödənilmişdir.

Hesabat ilində yerli vergi daxilolmaları 1 924 000 manat proqnoza qarşı 1 989 440 manatya 103,4 faiz yerinə yetirilmiş və nəticədə büdcəyə 65 440 manat artıq vəsait daxil olmuşdur. 2013-cü ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə və müəssisələr elektron imza formasına keçmiş, əmək haqqı plastik kartlarla ödənilmişdir. DSMF-nin Laçın rayon şöbəsində ötən il 3526 nəfər əmək pensiyaçısına 5855,5 min manat, müavinətlərin ödənilməsinə isə 162,1 min manat vəsait köçürülərək vətəndaşların pensiya və müavinətləri tam ödənilmişdir. Sosial Müdafiə Mərkəzi 2012-ci ildə 431 ailəyə, keçən il isə 454 ailəyə ünvanlı yardım təyin etmişdir. Rayon Məşğulluq Mərkəzində 213 nəfər işaxtaran kimi qeydə alınmış, 193 nəfərə işsizlik statusu verilmiş, 33 nəfərə isə işsizlik müavinəti ödənilmişdir. Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış 380 nəfər işsizə orta aylıq əmək haqqı ödənilmişdir.

Qızıl Aypara Cəmiyyətinin Laçın rayon bölməsi 130 ailəyə ərzaq bağlamaları vermiş, həmkarlar təşkilatları 25 nəfər Böyük Vətən müharibəsi iştirakçısına 2500 manat məbləğində maddi kömək göstərmişdir. Rayonun daxili imkanları hesabına bayramlarda 28 rayon və şəhərdə məskunlaşmış 600 nəfərdən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə ərzaq bağlamaları verilmişdir. Qurban bayramı münasibəti ilə Taxtakörpü qəsəbəsində fermerlər və digər imkanlı şəxslər 2 iri, 150 baş xırda heyvan qurban kəsilmiş, Vergilər Nazirliyindən verilmiş 6 ton mal əti 1200 ailəyə paylanmışdır. Laçın Rayon İcra Hakimiyyətinin köməkliyi ilə Bərdə rayonunda məskunlaşmış Qarabağ əlilinə üçotaqlı ev verilmişdir.

Keçən il təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Rayonun 13 ümumtəhsil məktəbində dövlət vəsaiti və daxili imkanlar hesabına təmir aparılmış, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə 2 saylı Vağazin tam orta məktəbində 2 əlavə sinif otağı tikilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Sumqayıt şəhərində rayonun 5 və Təhsil Nazirliyi 7 saylı tam orta məktəblərini əsaslı təmir etmişdir. Qozlu və 37 saylı tam orta məktəblərində kombi tipli isitmə sistemi quraşdırılmışdır. Rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 206 nəfərinin ali məktəbə qəbulu, 32 nəfərin 500-dən, 9 nəfərin isə 600-dən yuxarı bal toplaması, 1 nəfərin Prezident təqaüdünə layiq görülməsi, bir təhsil işçisinin “Tərəqqi” medalı ilə təltif olunması 2013-cü ildə təhsil sahəsində əldə olunmuş ən böyük uğurlardandır. Əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədi ilə Taxtakörpü qəsəbəsində fəaliyyət göstərən Mərkəzi Rayon Xəstəxanasının binasında təmir işləri aparılmış, təcili yardım şöbəsi üçün 3 otaq tikilərək tibb işçilərinin istifadəsinə verilmiş, GigiyenaEpidemiologiya Mərkəzinin inzibati binasında cari təmir işləri aparılmışdır.

Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələr Respublikanın 23 rayonunda olmasına baxmayaraq, onların fəaliyyətlərinə nəzarət olunmuş, metodiki göstərişlər verilmiş və mədəni kütləvi tədbirlərin keçirilməsi təşkil edilmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasından Mərkəzi Kitabxana Sisteminə 45 adda 5355 ədəd latın qrafikalı kitab hədiyyə edilmişdir.

Taxtakörpü ərazisində sahibkarlıq subyektlərinin fəaliyyətinə lazımi şərait yaradılmış, son iki ildə 50-dək ticarət, məişət, kompyuter xidmətləri və digər sahələr üzrə mağazalar tikilmişdir.

2012-ci ildə 2013-cü ilin məhsulu üçün Taxtakörpü ərazisində 3439,59 hektar sahədə, o cümlədən 1832,68 hektarda taxıl, 7,5 hektarda tərəvəz, 24 hektarda şəkər çuğunduru, 1575,41 hektarda yoncabostan məhsulu becərilmişdir. Biçilmiş hər hektardan 29,7 sentner olmaqla 5308,7 ton taxıl istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkinə nisbətən 93,7 ton çoxdur.

İqtisadi sabitlikdinamik inkişaf heyvandarlıq sahəsinə də öz müsbət təsirini göstərmişdir. Rayonun əhali və fərdi fermer təsərrüfatlarında 35063 baş iri, 204207 baş xırda mal, 5206 arı ailəsi vardır. Əvvəlki ildəkinə nisbətən 500 sentner ət, 192 sentner süd, 30 sentner yun, 20 min ədəd yumurta çox istehsal edilmişdir.

2013-cü il ərzində Taxtakörpü ərazisindəki avtomobil yollarının 59 kilometrlik hissəsində cari təmir işləri görülmüş, 2010 kubmetr yol, küçə və meydanlara asfalt örtük verilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə Vağazin, Malıbəy obalarında, laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Qəbələ rayonunun Kürd kəndində və Şəki rayonunun Polimet ərazisində yollar əsaslı təmir edilmişdir. Daxili imkanlar hesabına 55 saylı Yol İstismarı idarəsi ilə birlikdə Taxtakörpü ərazisindəki Vağazin, Qarıqışlaq obalarında 1,5 kilopmetr uzunluğunda çınqıl örtüklü yol əsaslı təmir edilmiş, Mişni obasında isə 1,4 kilometr uzunluğunda yol çəkilmişdir.

Əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Rayon Sukanal İdarəsi tərəfindən il ərzində Alxaslı, Hacılar, Ağbulaq, Mişni, Qarıqışlaq, Nurəddin, Fingə obalarına plastik boru ilə 3250 metr su xətti çəkilmiş, 3100 metr su xəttində isə cari təmir işləri aparılmışdır. 3 nasos təmir olunmuş, 21 ailəlik qəsəbədə sıradan çıxmış su nasosu yenisi ilə əvəz edilmişdir.

Konfransda Maliyyə Şöbəsinin müdiri Ramiz İsayev, Cağazur kənd icra nümayəndəsi Ağəli İbrahimov, YAP rayon təşkilatının sədri Aqil Nəcəfli, Təhsil Şöbəsinin müdiri Malik Vəliyev və başqa çıxış edənlər ayrı-ayrı sahələrdə qazanılmış uğurlardan danışmış, həllivacib problemlərə toxunmuşlar.

Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev konfransda çıxış etmişdir.

Sonda ötən il uğurları ilə rayonu şərəfləndirmiş bir qrup laçınlıya mükafat və hədiyyələr verilmişdir.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 9 fevral.- S. 6.