Qəbələ: illik hesabatda böyük ugurlardan söz açıldı

 

Ölkənin ən iti sürətlə inkişaf edən rayonlarından biri də Qəbələdir. Bu rayonda 2013-cü ilin sosial-iqtisadi yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş toplantıda böyük uğur və nailiyyətlərdən söz açıldı. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qeyd etdi ki, ötən il Qəbələnin ictimai həyatında baş verən əsas əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralavqust aylarında rayonumuza səfərləri olmuşdur. Ölkə başçısı həmin səfərləri zamanı bir çox mühüm sosial və sənaye xarakterli obyektlərin açılışlarında iştirak etmiş, inşaat işləri davam edən tikintilərdə işin gedişi ilə tanış olmuşdur. Görülmüş işlər barədə fikirlərini bildirən ölkə başçısı qarşıya yeni-yeni vəzifələr qoymuşdur.

Hesabat dövründə Qəbələ 4 ölkənin prezidentlərinin iştirakı ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Sammiti, V Beynəlxalq Musiqi Festivalı, “MDB-nin Mədəniyyət Paytaxtları - 2013” dövlətlərarası proqramının təntənəli açılışı, III Beynəlxalq İncəsənət Sərgisi kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Rayonda ”Mürəbbə Festivalı", “İbtidai təhsil-yeni baxışlar, təcrübələr və prespektivlər” mövzusunda konfrans, “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika və beynəlxalq birinciliyi, “II Qəbələ Kubokufutbol oyunları, boks və digər idman yarışları kimi maraqlı, yaddaqalan olmuşdur.

Rayonun mədəni həyatının əsasını təşkil edən beynəlxalq musiqi festivalları, incəsənət sərgiləri və digər bu səpkili irihəcmli tədbirlər Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın yaxından köməkliyi və rəhbərliyi ilə gerçəkləşərək həyata keçirilmişdir. Eləcə də 2013-cü ildə Kiyev şəhərində Qəbələ rayonu ilə Ukrayna Respublikasının Rovno vilayəti arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma protokolu imzalanmışdır.

2013-cü ildə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 234890 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6920 min manat, yaxud 3 faiz çox olmuşdur.

Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2.352 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə (2.274 manat) nisbətən 3,4 faiz çoxdur. Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 74,0 faiz təşkil etmişdir.

2003-cü ilin oktyabr ayından 2014-cü il yanvarın 1-dək 11.803 yeni yeri açılmışdır. Onlardan 9.786-sı daimi yerdir. 2013-cü il ərzində 860 yeni yeri açılmışdır ki, həmin yerlərinin hamısı daimi yerləri olmuşdur.

Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

İl ərzində bübün növ istehlakçı qruplar tərəfindən 84.851,8 min kilovatt-saat elektrik enerjisi istehlak edilmiş, 5.091,1 min manata qarşı 4.177,6 min manat vəsait toplanaraq yığım planı 82,1 faiz yerinə yetirilmişdir.

İstehlakçılar tərəfindən 35.181,8 min kubmetr təbii qaz istehlak edilmiş, 3.518,2 min manata qarşı 3.559,6 min manat vəsait toplanaraq ümumi yığım məbləği 101,2 faiz təşkil etmişdir.

Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər davam etdirilmiş, 2-ci mərhələ üzrə tikinti işlərinə başlanmışdır. Sahil küçəsində plastik borularla 7.040 metr kanalizasiya xətti, 3.885 metr su xətti çəkilmiş, 2 ədəd subartezian quyusu qazılmışdır. “Hidro- İnşaat” MMC tərəfindən “Məyəl” dərəsindən dövlət əhəmiyyətli tikintiyə su xətti çəkilmişdir.

Dünya Bankının krediti hesabına həyata keçirilən “Maliyyə xidmətlərinin İnkişafı Layihəsi” çərçivəsində struktur islahatları aparılmış, poçt filiallarının və poşt şöbələrinin avtomatlaşdırılması prosesi həyata keçirilmişdir. Məlikli, Zalam,Yenikənd, Quşlar, Bunud, Bayramkoxalı, ZarağanBöyük Əmili kənd poçt şöbələri üçün yeni binaların tikilməsi üçün bütün sənədləşmə işləri başa çatdırılaraq aidiyyəti üzrə “Azərpoçt” MMC-yə göndərilmişdir. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hazırda 3.959 sosial müavinət və təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 291,7 min manat təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən 2013-cü ilin yekununa görə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 5.837,8 min manata qarşı 5.538,8 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq, proqnoz tapşırığa 94,9 faiz əməl olunmuşdur.

2013-cü ildə Qəbələ şəhərində inşa edilən “Qəbələ Mədəniyyət Mərkəzi”, Qaradeyin kəndində şərab zavodu, Böyük Əmili kəndində və Vəndam qəsəbəsində 1200 başlıq heyvandarlıq kompleksləri, Qəbələ şəhərində 1200 yerlik “Heydər Əliyev Konqres Mərkəzi”, “Şəhidlər xiyabanı” kompleksi, “Karvansarayoteli, Qəbələ şəhər məscidi, Zarağan kəndində məcburi köçkünlər üçün inşa edilən 2 ədəd 5 mərtəbəli 155 mənzilli yaşayış binaları, Qəbələ-Ağdaş avtomobil yolunun (22 km) yenidən qurulması və həmin yolun abadlaşdırılması, işıqlandırılması, kommunikasiyaların köçürülməsi, Qəbələ-Oğuz avtomobil yolunun əsaslı təmiri, Qəbələ şəhərində yeni yanacaqdoldurma məntəqəsi, Kiçik Pirəli kəndində 180 şagird yerlik tam orta məktəb binası, “Tufandağ” dağ-xizək, yay-qış istirahət kompleksinin birinci mərhələsi, Qəbələ-Küsnət-Laza avtomobil yolu obyektlərində tikinti işləri başa çatdırılmış və istismara verilmişdir.

Bunlarla yanaşı, Qəbələ Futbol Akademiyası, stadionlar kompleksi, DİN-nin “N” saylı alayı, şəhərin şimalında “Qəbələ-2 yanğınsöndürmə deposu”, YAP rayon təşkilatının inzibati binası, cipsisu-limonad, Dəmiraparan çayı üzərində 10 aşırımlı, 324 metrlik dəmir-beton körpü, Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolu, Bum qəsəbəsində “Stend atıcılığı kompleksi”, “Aquapark” istirahət kompleksi, “Qolf-klubkompleksi, Qəbələ şəhərinin içməli sukanalizasiya sistemi obyektlərində tikinti-quraşdırma, Dəmiraparan və Duruca çaylarının hövzələrində sahilbərkitmə işləri görülmüşbu istiqamətdə inşaat işləri bu gündavam etdirilir. Rayon icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi nümayəndəliklərində çalışan hər bir məsul dövlət qulluqçusu tərəfindən vətəndaşların qəbulu, müraciətlərinə baxılmasının qanunvericiliyin müddəalarına uyğunluğu başçı tərəfindən daim nəzarətdə saxlanılır, vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.

Səbuhi Abdullayev sonda qeyd etdi ki, Qəbələ Rayon İcra Hakimiyyəti 2014-cü ildə də yeni uğurların əldə olunması, rayonuun daha dinamik inkişaf etdirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinin, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.

Toplantıda Milli Məclisin deputatı Fəttah Heydərov və Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev iştirak və çıxış etdilər.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 9 fevral.- S. 6.