Görkəmli şərqşünas alim Aida İmanquliyevanın elmi irsi ilə bağlı kitablar AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə olunmuşdur

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı “Məqalələr və tərcümələr” kitabını, həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxələrini və “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materiallarının dərc edildiyi kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə etmişdir.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 11 fevral.- S. 3.