Naxçıvan: Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilmişdir

 

Fevralın 11-də  Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov açılış mərasimində iştirak etmişlər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

Çin Xalq Respublikasının “Huawei” şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming  uğurlu əməkdaşlığa görə “Huawei” şirkətinin idarə heyəti adından minnətdarlığını bildirmiş və şirkətin məhdud fiziki imkanlı uşaqların təhsil almasına köməklik məqsədilə hazırladığı “Elektron təhsil” sistemini muxtar respublikaya hədiyyə etmişdir.

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirdə çıxış edərək demişdir ki,  rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər qədim tarixə malik olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Hazırda muxtar respublika ən müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif  Talıbov Şahbuz rayonunda rabitə idarəsinin yeni binasının Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyasının istifadəyə verilməsi nəticəsində rayonda 3500-dən artıq abonentə müasir tələblər səviyyəsində telekommunikasiya xidmətlərinin göstəriləcəyini bildirmiş, bu münasibətlə kollektivi istifadəçiləri təbrik etmişdir.

Ali Məclisin sədri muxtar respublikada telekommunikasiya sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, qarşılıqlı əməkdaşlığa göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə Çin Xalq RespublikasınınHuaweişirkətinə təşəkkürünü bildirmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının rabitə informasiya texnologiyaları naziri Əli Abbasov Çin Xalq RespublikasınınHuaweişirkətinin Mərkəzi Asiya, Qafqaz Türkiyə regionları üzrə prezidenti Sun Ming binanın açılışını bildirən lenti kəsmişlər.

İkimərtəbəli binada ən müasir rabitə poçt avadanlıqları quraşdırılmış, ATS, poçt, mühasibatlıq, mühəndis otaqları elektron köşk istifadəyə verilmişdir. İş otaqlarında rabitəçilərin normal fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

 

Xalq qəzeti.- 2014.- 12 fevral.- S. 4.