Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirildi. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdi.

Fondun icraçı direktoru Vüqar Səfərli 2014-cü il Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət, hər istiqamət üzrə 3 mövzu müəyyənləşdirilməsini təklif etdi. Bu mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən seçilmişdir.

Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edildi və müzakirə olunduqdan sonra 10 istiqamət üzrə 30 mövzu müəyyənləşdirildi. Müşahidə Şurası qaliblər üçün 1000 manat, həvəsləndirici yerlər üçün isə 300 manat məbləğində mükafatların verilməsi barədə qərar qəbul etdi.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 12 fevral.- S. 4.