ABŞERON: zəhmətsevər insanların hünər meydanı

 

On ildən artıqdır ki, Azərbaycanda sosial-iqtisadi inkişaf davam edir. Təbii ki, bura ölkədə aparılan geniş ictimai-siyasi islahatları, mədəni quruculuqsair sahələrdə görülən irimiqyaslı işləri də əlavə etsək, inkişafın miqyası daha da böyümüş olar. Dövlətimiz bütün bunlara Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanıb həyata keçirilən bir sıra vacib dövlət proqramları sayəsində nail ola bilib.

Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmışdır. Çox fərəhləndirici haldır ki, ötən il dünyanın  bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyətliyinə görə seçim edərkən Azərbaycanı bir neçə pillə də qabağa çəkərək 39-cu yerə layiq görmüşdür. Bu da təsadüfi deyil və məhz ölkənin əldə etdiyi sosial-iqtisadi nəticələrə əsaslanır.

 

Abşeronluların da öz payı var

 

Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycanın əldə etdiyi uğurlar göydəndüşmə deyil və hər şey vətəndaşların əməyi sayəsində yaradılıb. Bu uğurlarda bütün şəhərlərimizin, rayon və kəndlərimizin öz payı var. Bu gün haqqında danışacağımız Abşeron rayonu da, təbii ki, Azərbaycanın sosial-iqtisadi tərəqqisinə öz töhfələrini verib.

Elə ondan başlayaq ki, 2013-cü ildə Azərbaycanda böyük ümumxalq tədbiri – növbəti prezident seçkiləri keçirilmiş, İlham Əliyev yenidən dövlət başçısı seçilmişdir. Bu tədbirdə də abşeronlular fəallıq göstərmişlər. Rayon üzrə 70675 seçicidən 55479 nəfəri və ya 78,5   faizi seçkilərdə iştirak etmiş, seçicilərin 87,98 faiziya 46885 nəfəri   İlham Əliyevə səs vermişlər. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da söylədiyi kimi,   seçicilər birmənalı olaraq doğma Vətəninə və xalqına müdrikcəsinə xidmət etmiş, müstəqil Azərbaycanın  beynəlxalq nüfuzunun və iqtisadiyyatının gücləndirilməsi uğrunda fədakarcasına çalışmış, hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq yüksək xalq etimadını şərəflə doğrultmuş İlham Əliyevin ətrafında sarsılmaz birliklərini nümayiş etdirmişlər.

Bəli, 2013-cü il Abşeron üçün doğrudan da, uğurlu olmuşdur. İl ərzində rayonda 2409 ton ət, 40959 ton   süd, 52,5 milyon ədəd yumurta istehsal olunmuşdur. 6650 ton tərəvəz  istehsal olunmuşdur  ki,  bu  da əvvəlki  ildəkindən 204,5 ton çoxdur. Abşerona xas olan zəfərançılıq bərpa edilir. Həyətlərdə becərilən zəfəranı nəzərə almadan son beş ildə quru zəfəran istehsalı 17 kiloqrama, əkin sahəsi 23 hektara çatdırılmışdır. Ötən il rayonda 1000 tona yaxın meyvə, o cümlədən, 454 ton zeytun istehsal olunmuş, 32 hektarda yeni zeytun bağı salınmış, üzümlüklərin sahəsi 300 hektara çatdırılmışdır. İl ərzində  Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 90 nəfər abşeronlu sahibkara 12,3 milyon manat vəsait verilmişdir.

Ötən il rayonun sənaye  müəssisələrində 106,7 milyon manatlıq məhsul istehsal edilmişdir.  Bunun 74 faizi qeyri-dövlət sektorunun payına düşür. Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ilielan etməsi ilə əlaqədar rayonda da əsas diqqət bu sahənin inkişafına, ixrac yönümlü sənaye məhsullarının istehsalının, emalının əhəmiyyətli dərəcədə artırılmasına yönəldilmişdir.

2013-cü  ildə 326 milyon  manatlıq  tikinti-quraşdırma  işləri    görülmüşdür ki, bu da əvvəlki ilə  nisbətən  45  faiz çoxdur. Xırdalan  şəhərində, qəsəbə və  kəndlərdə sosial obyektlər şəbəkəsinin genişləndirilməsi, çoxmərtəbəli  yaşayış evlərinin estetik görünüşünün müasirləşdirilməsi istiqamətində diqqətçəkən  layihələr həyata keçirilmişdir. İnşasına 2013-cü ildə başlanmış ümumi  sahəsi 3720 kvadratmetr olan əzəmətli Heydər Əliyev Mərkəzinin tikintisi və Heydər parkının əsaslı qaydada yenidən qurulması da cari ildə başa çatdırılacaqdır.

Bundan başqa, mənzil fondunun saxlanmasına yönəldilən tədbirlər də davam   etdirilmiş, Heydər Əliyev prospekti və Qəlyubiyyə küçəsi tam  abadlaşdırılmış, 6 ədəd beşmərtəbəli köhnə yaşayış evinin fasadına üzlük çəkilmiş, 29 ədəd çoxmənzilli yaşayış evinin pilləkən qəfəsələri  təmir  edilmişdir.

 

Abadlıq-quruculuq işləri geniş vüsət alır

 

Abşeron rayonunun görkəminə xüsusi əzəmət və yaraşıq verən abadlıq-quruculuq işləri ildən-ilə artırılır. Qeyd etmək yerinə düşər ki, 2013-cü ildə yol infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüş, küçə və yollara 329 min  kvadratmetr asfalt örtük çəkilmişdir. Rayon ərazisindən keçən Bakı-Şamaxı və Bakı-Quba avtomagistrallarının hər iki tərəfi boyunca tikililərin fasadları,  divarlar milli memarlığın nəfis elementləri əsasında zövqlə üzlənmiş,  yolların mühafizə zonasında qazon örtüklər salınmaqla dekorativ ağackollar əkilmiş, yaşıllıqların suvarılması üçün suvarma şəbəkələri  yaradılmışdır. Başqa abadlıq-quruculuq işləri görülmüşdür. Məlumdur ki, ölkə başçısı Abşeronun sosial-iqtisadi inkişafının  sürətləndirilməsinə,  hər  il  olduğu  kimi,  2013-cü ildə də böyük qayğı göstərmiş, 2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə yanaşı, 2013-cü ildə həmin prosesin daha da sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edən üç sərəncam imzalamışdır. Nəticədə uzunluğu 27,9 kilometr olan Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulmuş,  Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta və Masazır-Saray-Novxanı avtomobil yollarının genişləndirilərək yenidən qurulması işinə başlanılmışdır.

Ötən il həmçinin “Azərenerji” ASC-nin sifarişi əsasında Qobu qəsəbəsi və  Hökməli qəsəbəsinin “At yalı” yaşayış massivində elektrik şəbəkəsinin yenidən qurulmasına başlanılmış,  666  ədəd dayaq basdırılmış, 13 min  metr uzunluğunda naqil, 27 min metr uzunluğunda  izolyasiyalı kabel çəkilmişdir. Digər yaşayış məntəqələrində də naqillər  çəkilmiş, 11 ədəd  yeni transformator quraşdırılmış, 11 ədəd yanmış transformator təmir edilmişdir.

Təqdirəlayiq haldır ki, ötən il rayonda qaz şəbəkəsinin yenidən qurulması proqramı da başa çatdırılmış, yeni yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmiş,  müxtəlif diametrli borularla 120 kilometr daşıyıcı və küçədaxili təbii qaz xətləri   çəkilərək 7809 ədəd “Smartkarttipli sayğac quraşdırılmışdır. Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin istilik sisteminin qaydaya   salınması istiqamətində tədbirlər  həyata keçirilmişdir.  İçməli su şəbəkələrinin yenidən   qurulması ilə əlaqədar olaraq Xırdalan  şəhərində  və digər yaşayış məntəqələrində müxtəlif diametrli borularla 235 kilometr yeni su  xətti   çəkilmişdir. Kanalizasiya şəbəkələrinin tikinti-quraşdırma işlərinə   başlanılmış, il ərzində 43,1 kilometr kanalizasiya xətti çəkilmişdir.

Xırdalan   şəhərinin   mərkəzində   təşkil   olunmuş  “ASAN  xidmət”in  bir  həftəlik  səyyar  fəaliyyətindən rayonun 1116 sakini istifadə etmişdir. 2013-cü ildə 3293 ailənin 13311 üzvünə 403 min manat ünvanlı sosial yardım təyin edilmişdir. Rayon üzrə 383 aztəminatlı və şəhid ailələrinə, kimsəsizlərə və tənha ahıllara, məcburi köçkünlərə rayon icra   hakimiyyəti başçısı yanında  Büdcədənkənar  İnkişaf və Bərpa Fondundan  94930 manat yardım göstərilmişdir. İl ərzində 917 nəfər rayon  Məşğulluq Mərkəzinə müraciət etmiş, onlardan 501 nəfəri münasib işlə təmin olunmuş, 52 nəfərə isə işsiz statusu verilərək müavinət təyin edilmişdir. 2004-cü ildən bəri rayonda açılmış yeni yerlərinin ümumi sayı 18 mini ötmüşdür.

Rayonda məskunlaşmış 38124 nəfər (9860 ailə) məcburi köçkün soydaşımızın qaldırdığı məsələlərin həlli təmin olunmuşdur. İctimai binaların uyğunlaşdırılmış otaqlarında müvəqqəti məskunlaşmış 13  ailənin 60 üzvü Müşfiqabad qəsəbəsi yaxınlığında salınmış şəhərcikdə hər cür kommunal şəraiti olan mənzillərlə təmin edilmişdir. Məcburi köçkünlərin elektrik enerjisi və içməli su təminatının yaxşılaşdırılması məqsədilə  tədbirlər görülmüşdür.

 

Sağlamlıqdan və bilikdən keçən yol

 

Son illərdə rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyəti yüksəlmiş, məzunların ali məktəblərə qəbulu ildən-ilə artmış, 2013-cü ildə ali məktəblərə sənəd verən 1102  nəfərdən 672-i və ya 61 faizi tələbə adını qazanmışdır. Ceyranbatan 2 saylı, Fatmayı kənd, Xırdalan şəhər 2 saylı, Xırdalan şəhər 9 saylı, Məmmədli kənd, Mehdiabad qəsəbə 3 saylı tam orta məktəbləri yüksək nəticələr əldə etmişlər. Tədris ocaqlarının şəbəkəsi   genişləndirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir. Məmmədli   kəndində 960 şagird yerlik tam orta məktəb binası, Xırdalan şəhərində 7 saylı tam orta məktəb üçün 240 şagird yerlik, Masazır kəndindəki 1 saylı   məktəb üçün 400 şagird yerlik əlavə tədris korpusları, Digah qəsəbəsində isə dörd qruplu uşaq bağçası tikilib istifadəyə verilmişdir. Hazırda bəzi təhsil obyektlərin tikintisi davam etdirilir

Rayonda səhiyyə xidmətini yaxşılaşdırmaq istiqamətində tədbirlər  həyata keçirilmişdir. Şəkərli diabet, vərəm, onkoloji, böyrək çatışmazlığı olan, talassemiya və hemofiliyalı xəstələrin dərman preparatları ilə təminatı  xeyli  yaxşılaşdırılmış, belə xəstələr üçün dərmanların alınmasına ayrılan dövlət vəsaiti artırılaraq 755 436 manata çatdırılmışdır. Ötən il rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisinə başlanılmışdır,  hazırda    davam etdirilir. Rayon GigiyenaEpidemiologiya Mərkəzi  il  ərzində yaşayış məntəqələrinin təmizliyinə nəzarəti təmin etmişdir.

Önəmli  hadisələrdən biri də 2013-cü ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə əbədiyaşarlıq qazanmış rayonun yarım əsrlik yubileyinin böyük təntənə ilə qeyd olunmasıdır. Dövlət başçısı rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənmiş 33 abşeronlunu yubiley ərəfəsində fəxri admedallarla təltif etmişdir.

Ümummilli  lider Heydər  Əliyevin anadan olmasının 90 illik  yubileyi  ölkəmizin hər  yerində olduğu kimi, Abşeronda da möhtəşəm kütləvi tədbirlərlə, ulu öndərə sonsuz ehtiramla, yaddaşlardan silinməyən səmimi sayğı ilə qeyd edilmişdir.

Qobu qəsəbəsində xalçaçılar üçün möhtəşəm “Sənətkarlıq evi” istifadəyə   verilmişdir. Hazırda Heydər Əliyev adına parkda uşaq musiqişahmat   məktəblərinin inşası sürətlə davam  etdirilir.

Abşeronun Gənc idmançıları ümumrespublika yarışlarında 26 qızıl, 19 gümüş, 34 bürünc, dünya   Avropa birinciliklərində isə 24 qızıl, 13 gümüş, 20 bürünc medal   qazanmışlar. Xırdalanda Ağır Atletika Federasiyası tərəfindən yaşıl örtüklü  minifutbol  meydançaları, Masazır kəndində 10 min tamaşaçı yeri olan   stadion istifadəyə verilmişdir. Olimpiya İdman Kompleksinin inşası davam   etdirilir.

Gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısı aparatı rayon təhsil və mədəniyyət şöbələri, Gənclər və İdman İdarəsi ilə birgə bir sıra tədbirlər keçirmişdir. Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin səmərəli fəaliyyəti nəticəsində çağırışla bağlı yayınma hallarına rast gəlinməmişdir.

Hüquq-mühafizə orqanları ilə yerli icra strukturlarının qarşılıqlı əlaqələri  cinayətkarlığa qarşı mübarizənin səmərəsini artırmış, nəticədə qeydə   alınmış cinayət hadisələrinin sayı 57 fakt azalmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş şikayət və müraciətlərə diqqətlə yanaşılmış, vətəndaşların qanuni tələbləri yerinə yetirilmişdir. Vətəndaşların  rayon icra hakimiyyətində  qəbulları, bilavasitə yaşayış yerlərində keçirilmiş səyyar görüşlər zamanı qaldırılan məsələlər də diqqətdə saxlanılmaqla müvafiq tədbirlər  görülmüşdür.

Onu da qeyd edək ki, Abşeron rayonu Misir Ərəb Respublikasının Qədyubiyyə Vilayəti və Türkiyə Respublikasının Bursa  şəhəri  ilə  qardaşlaşmışdır.  Bu  qardaşlıq əlaqələri  2013-cü ildə də davam etdirilmişdir. Bu baxımdan ötən il Abşeron nümayəndə heyətinin qardaş Türkiyənin Bursa şəhərinə işgüzar səfəri xüsusilə önəmli olmuşdur. Bursa şəhərində 7 hektarlıq ərazidə yerləşən Heydər Əliyev parkının ərazisi genişləndirilərək 14 hektara çatdırılmışdır. Parkın mərkəzində rayon icra hakimiyyəti tərəfindən ulu öndərin heykəli ucaldılmışdır. Hər il olduğu kimi, bu ilMisir Ərəb Respublikasının nümayəndə heyəti rayona qonaq gəlmişdir.

Xüsusi qeyd olunmalıdır ki, şəhər, qəsəbə və kənd  bələdiyyələrimiz keçən ilrayonda aparılmış genişmiqyaslı abadlıq və  quruculuq işlərində fəal iştirak etmişlər. Rayon icra hakimiyyəti yerli  əhəmiyyətli məsələlərin həllində bələdiyyələrlə icra strukturlarının birgə  əməkdaşlığının daha səmərəli qurulmasını daim diqqət mərkəzində saxlamışdır.

Əlbəttə, bütün bu sadalananlar Abşeron rayonunda görülmüş işlərin yalnız bir qismidir. Əsil həqiqətdə isə real siyahı bundan xeyli çoxdur. Deyilənlərin nə dərəcədə doğru olduğunu görmək üçün heç olmasa bircə dəfə yolunu Bakıdan 14 kilometr məsafədə yerləşən bu məkana salmaq kifayətdir.  Heyrətamiz yeniləşmənin yaratdığı təəssürat  sizə mütləq bu həqiqəti hayqıracaq: bəli, doğrudan da, insan iradəsi əsil möcüzələr və xarüqələr yaratmağa qadirdir.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2014.- 13 fevral.- S. 10.