İtaliyanın “Agenzia Radicale” xəbər portalı: 1992-ci ildə Xocalıda ermənilər dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətmişlər

 

İtaliyanın “Agenzia Radicale” xəbər portalında Xocalı soyqırımından bəhs edən məqalə yerləşdirilmişdir.

Məqalədə Xocalı soyqırımı “Qafqazın Srebrenitsası” adlandırılır. Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətmişlər. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisələrindən biridir. Müəllif oxucuların diqqətinə çatdırır ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixindən, səbəblərindən və nəticələrindən də bəhs olunur. Qeyd edilir ki, bir çox hallardadondurulmuş” adlandırılan və 20 ildən artıq davam edən bu münaqişənin həlli ilə bağlı danışıqların hələ heç bir nəticəsi yoxdur.

Yazıda, həmçinin Ermənistandan fərqli olaraq Azərbaycanda sürətli inkişafın müşahidə edildiyi bildirilir.

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 2.