Ölkələrimiz arasında əməkdaşlıq genişlənir

 

 Serbiya Respublikasının Azəbaycan Respublikasındakı səfirliyi 15 fevral - Serbiya Respublikasının Dövlətçilk günü münasibətilə “İnterfaks-Azərbaycan” İnformasiya  Agentliyində mətbuat konfransı keçirmişdir. Serbiya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri  Zoran Vayoviç  Serbiya-Azərbaycan  ikitərəfli əməkdaşlığının  2013-cü ilin yekunları və 2014-cü ilin perspektiv inkişafı  haqqında məlumat vermişdir.

Qeyd olunmuşdur ki,  Serbiya -Azərbaycan münasibətlərinin ikitərəfli inkişafında  Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycan Respublikasına   ilk rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü   2013-cü ilin (7-9 fevral) əsas hadisəsi  olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasbətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə, həmçinin baytarlıq, informasiyakommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq  haqqında sazişlər imzalanmışdır. Hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı münasibətlərin hüquqi  bazasına  aid  26  beynəlxalq müqavilə mövcuddur.Ölkələrimizin ikitərəfli   əlaqələrini əhatə edən müxtəlif  sahələrdə, hüquq- mühafizə orqanları arasında əməkdaşlıqdan başlamış elmtexnologiya sahələrinədək  bir neçə layihə üzərində fəal  aparılır.

Səfir bildirmişdir ki,Serbiya  Azərbaycan beynəlxalq arenada bir-birini müdafiə etməsi sahəsində dəyişməz  mövqe nümayiş etdirir, beynəlxalq hüquq müstəvisində ölkələrimiz  ərazi bütövlüyüsuverenliyinin qorunması, münaqişələrin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdardırlar.  2013-cü ildə ölkələrimiz arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq strateji tərəfdaşlıq  səviyyəsinə yüksəlmişdir.Bu sahədə  əməkdaşlığın əsas prioritetləri tikinti,təhsil, turizminfrastruktur üzrə birgə layihələrdir. İki ölkənin xarici işlər nazirlikləri arsında ilk konsul məsləhətləşmələri, bu sahədə vətəndaşlar və cinayət işləri üzrə huquqi köməkliklər göstərilməsi, əsasən viza rejiminin aradan götürülməsi kimi məsələlər müzakirə edilmişdir. Ölkələrimiz arasında mal dövriyyəsi  2012-2013- illərdə  40 milyon avroya, layihə-tikinti işlərini  əlavə etdikdə 60 milyon avroya çatmışdır.

Səfir eyni zamanda hökumətlərarası komissiyaların ticarət-iqtisadi əməkdaşlıq sahəsində keçirilən  iclaslarının müsbət nəticələri, ölkələrimiz arasında  getdikcə genişlənən təhsil, səhiyyə, tibb elmi, mədəniyyət əlaqələri barədə danışmış, şair, yazıçı, aktyorlar arasında mübadilə, serb və Azərbaycan dillərində kitabların nəşr olunması,teatr, kinematoqrafiya sahəsində əlaqələrin daim  inkişaf etdiyini göstərmişdir.

Konfransın sonunda jurnalistləri maraqlandıran suallara ətraflı cavab verilmişdir.

 

A.SADIQOĞLU

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 7.