ŞİRVAN: Hər qarışda tərəqqidən nişanə var

 

Şirvan şəhəri də ötən ilin yekunlarını müzakirə və təhlil etdi. Şəhər ictimaiyyəti nümayəndələrinin və Prezident Administrasiyasının məsul nümayəndələsinin iştirakı ilə keçirilən hesabat yığıncağında geniş məruzə edən şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov qeyd etdi ki, respublikada qazanılan və bütün sahələri əhatə edən uğurlarda Şirvan şəhər sakinlərinin də payı vardır.

2013-cü ildə Şirvan şəhərinin sosial-iqtisadi inkişafında mühüm nəticələr əldə edilmiş, nəticədə əhalinin sosial rifah halı daha da yaxşılaşmışdır. İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin həcmi 435,2 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə sabit qiymətlərlə 5,4 faiz çoxdur. İstehsal sahələrində məhsul və xidmətlərin həcminin 70,6 faizi sənaye məhsulunun payına düşmüşdür. Sənaye sahələrində istehsal olunmuş məhsulun 34,4 faizi dövlət, 65,6 faizi qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilmişdir. Hesabat dövründə şəhərdə 312,5 min ton neft, 19,2 milyon kubmetr qaz, 3 milyard 656 milyon kvt/saat elektrik enerjisi istehsal edilmişdir. 2013-cü ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin həcmi 36,2 milyon manat olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 27,1 faiz çoxdur.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyalar 74,6 milyon manat həcmində olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 8,5 faiz çoxdur.

Əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 986 min manatya 2012-ci illə müqayisədə 20,2 faiz çox rabitə xidməti göstərilmişdir. Şəhərdə mobil telefon abunəçilərinin sayı 81500-ə çatmışdır.

Şəhərdə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 376 manat olmaqla 2012-ci illə müqayisədə 10,1 faiz artmışdır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində Şirvan şəhərində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirən şəhər rəhbərinin sözlərinə əsasən, ötən il Azərbaycan Silahlı Qüvvələrini NATO dövlətlərinin standartlarına uyğun yeni növ məhsullarla təmin etmək məqsədilə “Telemexanikazavodunda sahəsi 4 min kvadratmetrə yaxın olan istehsal sahəsi tikilmişbir neçə adda yeni məhsulların istehsalı üçün xarici dövlətlərdən ən müasir avadanlıqlar gətirilib quraşdırılmışdır.

Arazzavodunda da istehsal planı uğurla yerinə yetirilmiş, 56 adda xüsusimülki təyinatlı məhsullar istehsal edilmişdir.

Ötən il iyulun 1-də Prezident İlham Əliyev səfəri zamanı “Telemexanikazavodunda 2, “Arazzavodunda isə 3 yeni istehsal sexinin açılış mərasimində iştirak etmişdir. Yeni istehsal sahələrində 78 nəfər işlə təmin olunmuşdur.

2013-cü ildə ümumilikdə şəhərin 62 küçəsinə 204 min kvadratmetr, o cümlədən Hacıqəhrəmanlı qəsəbəsində 64 min kvadratmetr, Bayramlı qəsəbəsində təxminən 20 min kvadratmetr asfalt qoyulmuşdur.

 Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Hacıqəhrəmanlı və Bayramlı qəsəbəsinin küçələri asfaltlanmış, şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri yerinə yetirilmişdir.

 “Köhnə şəhər”, “Bağ evləri”, “Çılpaqlı” yaşayış massivlərində və Bayramlı qəsəbəsində müxtəlif diametrli 24 min poqonometr qaz kəməri çəkilmişdir. Bayramlı qəsəbəsinin qaz təchizatı şəbəkəsinin yenidən qurulması işləri başa çatdırılmışdır. Naxçıvan, Vidadi və M.Aydınov küçələrində 4,5 min poqonometr yeni boru çəkilmiş, 3 min poqonometr qaz kəməri təmir edilmişdir. 1095 vətəndaşın mənzilinə qaz sayğacı quraşdırılmışdır.

Ötən il “Kənd evləri” yeni yaşayış massivinə su xətti çəkilmiş, 850 abonentə smart kart tipli sayğaclar quraşdırılmış, Çılpaqlı qəsəbəsinə 6,4 kilometr uzunluğunda su xəttinin çəkilişinə başlanılmışdır. Ümumilikdə şəhərin yaşayış massivlərində 250 poqonometr su xətlərində cari təmir işləri aparılmış, 1450 poqonometr yeni su xətti çəkilmişdir.

Elektrik şəbəkələrinin, qurğularının istismarının təşkili və onların fasiləsiz işinin təmin edilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir.

Ötən il uşaq bağçalarının qazanxana, su, kanalizasiyaistilik sistemlərində cari təmir işləri aparılmış, 5 saylı “Bənövşə” körpələr evi-uşaq bağçası şəhər icra hakimiyyətinin vəsaiti hesabına əsaslı təmir edilmişdir.

Dövlət Proqramına uyğun olaraq Mərkəzi Şəhər Xəstəxanasında böyük həcmdə əsaslı təmir işləri aparılmışdır. 2013-cü ildə Mərkəzi Şəhər Xəstəxanasının vəsaiti hesabına iki yardımçı bina əsaslı təmir edilmiş, ərazisi abadlaşdırılmışdəır.

Təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan Olimpiya İdman Kompleksinin açılış mərasimi iyulun 1-də dövlət başçısının iştirakı ilə baş tutmuşdur.

 Şəhərin giriş hissəsində yerləşən, ümumi ərazisi 1,3 hektar olan əzəmətli, şəhər əhalisinin qürur mənbəyi olanBayraq Meydanı”nda hündürlüyü 76 metr olan bayraq dirəyi quraşdırılmış, təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himninin mətni və dövlət gerbi əks olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev “Bayraq Meydanı”nın açılışını etmiş, görülən işlərdən çox razı qalmış, növbəti illərdə görüləcək işlər barədə tapşırıqlar vermişdir.

Bundan əlavə, Nazirlər Kabinetinin sərəncamı ilə ayrılmış vəsait hesabına Bayramlı qəsəbəsi M.Ə.Sabir küçəsi, 2 saylı ünvanda qəzalı vəziyyətdə olan 2 mərtəbəli 12 mənzilli yaşayış binası sökülərək yerində yeni 2 mərtəbəli 12 mənzilli yaşayış binası tilkilib sakinlərin istifadəsinə verilmişdir.

2013-cü ildə şəhərdə xeyli abadlıq və yenidənqurma işləri görülmüşdür. Hacıqəhrəmanlı və Bayramlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliklərinin inzibati binaları əsaslı təmir edilmişdir. Heydər Əliyev prospektində 6 binanın fasadında, S.Vurğun, G.Şıxbalaoğlu və Heydər Əliyev prospektlərində 10 binanın dam örtüyündə əsaslı təmir işləri başa çatdırılmışdır. Şəhərin məhəllərində xeyir-şər mərasimləri keçirmək üçün hər bir şəraiti olan 6 bina tikilib istifadəyə verilmişdir.

2013-cü ildə Şirvan şəhər Bələdiyyəsi tərəfindən də xeyli tikinti-təmir, abadlıq işləri görülmüşdür.

2013-cü il ərzində ümumilikdə 2392 ədəd ağac, 18134 ədəd mövsümü gül və 4320 kvadratmetr qazon çəməni əkilmişdir.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2014.- 19 fevral.- S. 5.