Məqsədimiz Azərbaycanın qarşılaşdığı haqsızlığı Fransada göstərməkdir

 

Son illər xaricdə yaşayan azərbaycanlıların fəallığı, birliyə, həmrəyliyə doğru atdıqları addımlar təqdirəlayiq nəticə kimi xarakterizə edilməkdədir. Milli diasporun inkişafı və bu sahədə son illər qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, həm Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısı nəzərə çarpacaq dərəcədədir, həm də qan yaddaşımızla bağlı günlərdə birlik nümayiş etdirən soydaşlarımızda milli özünədərk prosesi sürətlə getməkdədir. Bu baxımdan Qərbi Avropada, xüsusilə İngiltərə, Almaniya, Fransa kimi ölkələrdə diasporumuzun ciddi uğurlu təbliğat proseslərinə qoşulması müşahidə olunur.

Erməni lobbisinin ən güclü dayaqlara sahib olduğu Fransada yaşayan soydaşlarımızda da sürətlə təşkilatlanma prosesi gedir. Bu işdə Parisdə fəaliyyət göstərən “Azərbaycan evixüsusi fəallıq nümayiş etdirir. Onu da qeyd edək ki, ötən il fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, erməni icmasının nümayəndələri və bu ölkənin parlamentinin bir neçə deputatının iştirakı ilə keçirilən “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək, həmin günün Xocalı soyqırımının 21-ci ildönümü olduğunu iştirakçıların diqqətinə çatdırmışdı. Onların bu mövqeyi qarşı tərəfin etirazına səbəb olmuş və vəziyyət o həddə çatmışdır ki, ermənilər Xocalı soyqırımı haqqında məlumat verməyə çalışan azərbaycanlı gənclərə qarşı kəskin hücuma keçmişlər. Onların bu cür aqressivliyinə səbəb Azərbaycan diasporu nümayəndələrinin qətiyyət nümayiş etdirərək, Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildirmələri olmuşdur. Tədbirin erməni iştirakçıları ənənəvi dözümsüzlüklərini göstərərək Parisdə “Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyevaya və azərbaycanlı tələbə Vüsal Hüseynova qarşı vəhşicəsinə hücum etmişonlara əl qaldırmaqdan belə çəkinməmişlər.

Bu dəfə qarşıdan gələn Xocalı soyqırımının və Sumqayıt hadisələrinin növbəti ildönümü ilə əlaqədar “Azərbaycan evinin rəhbəri Mirvavi Fətəliyeva ilə həmsöhbət olduq.

Mirvari xanım, yaxın günlərdə XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının növbəti ildönümü keçiriləcək. Hər il olduğu kimi, bu il də xalqımız bu qətliamın ildönümünə ciddi hazırlaşır. Rəhbərlik etdiyiniz qurum faciənin Fransa ictimaiyyətinə çatdırılması ilə bağlı hansı işləri görmüşdür?

Bildiyiniz kimi, təşkilatımız 1992-ci ildə Azərbaycan mədəniyyətini Fransada təbliğ etmək məqsədilə yaradılıb. Bir müddət təşkilatın fəaliyyəti dayanmışdı. Lakin artıq bir ildən çoxdur ki, biz yenidən təşkilatlana bildik. Mədəni dəyərlərimizin təbliği məqsədilə yaransa da qan yaddaşımızla bağlı günlərdə də qurum öz fəallığını əsirgəməməyi qarşısına məqsəd qoymuşdur. Ötən il Parisdə Xocali faciəsi ilə bağlı keçirdiyimiz aksiya buna əyani sübutdur. “Azərbaycan evinin Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar paytaxtın məşhur Monmart təpəsi yaxınlığındakı aksiyası kifayət qədər maraq yarada bilmişdi. Meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və Fransa bayraqlarını, erməni qaniçənlərini pisləyən transparantlar tutmuş, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri pisləyən şüarlar səsələndirmişdilər.

Təşkilatın sədri olaraq mən Fransa rəsmilərinə və şəhər ictimaiyyətinə ünvanlanan müracətin mətnini oxumuşdum. Müraciətdə fevralın 25-dən 26-na keçən gecə Sovet ordusunun 336-cı motoatıcı diviziyasının köməyi ilə Xocalıya hücum edən erməni silahlı birləşmələrinin dinc əhaliyə vəhşicəsinə divan tutduqları, çox sayda qadın, uşaq və ahıl insanı qətlə yetirdikləri, minlərlə azərbaycanlını əsir götürdükləri, beynəlxalq qurumların o cümlədən, “ Humun Rights Watchinsan haqları üzrə beynəlxalq təşkilatın bu faciəni münaqişənin ən böyük soyqırımı adlandırdığı öz əksini tapmışdır. Aksiya zamanı parislilərə və qonaqlara Xocalı soyqırımından bəhs edən broşürlar və vərəqələr paylanmış, balaca soydaşlarımız tərəfindən müdhiş gecədə ermənilər tərəfindən amasızlıqla qətlə yetirilən uşaqların adları yazılan şarlar havaya buraxılmışdır. Aksiya iki saat davam etmişdi. Bu bizim görməli olduğumuz işin, şübhəsiz ki, bir hissəsi idi ki, biz bunu layiqincə bacarmağa çalışdıq.

– Bəs Xocalı faciəsinin builki ildönümündə “Azərbaycan evikonkret olaraq hansı tədbirləri həyata keçirməyi planlaşdırır ?

– “Azərbaycan evi” 23 fevral 2014 il tarixində Xocalı soyqırımının 22 ci il dönümü münasibəti ilə Parisdə, Mars çollərində (champs de Mars) “Sülh divarı” adlanan abidə önündə şəhidlərimizi anma mərasimi təşkil edəcəkdir. Tədbir zamanı “Xocali uşaqlarin gözü ilə” rəsm əsərləri sərgilənəcək, gələn insanlara soyqırımı haqqında traktlar paylanacaq, hər bir şəhidin xatirəsi üçün sülh divarı ətrafına çiçəklər düzüləcəkdir. Paris “Azərbaycan eviFransa Senatına, parlamentinə soyqırımla əlaqədar bəyanat təqdim edəcəkdir. Mərasimə çox sayda xarici və həmyerlilerimizin qatılması da gözlənilir. Məqsədimiz, Azərbaycanın qarşılaşdığı haqsızlığı, habelə milli həmrəyliyimizi erməni lobbisinin güclü olduğu Fransada göstərməkdir.

– Azərbaycan dövlətinin diaspor siyasətinin nəticələrini bir azərbaycanlı olaraq necə dəyərləndirərdiniz ?

Son illər dövlətimizin uğurlu diaspor siyasəti nəticəsində xaricdə yaşayan soydaşlarımız arasında koordinasiya problemi aradan qaldırılmış və milli məsələlərdə birgə mövqe nümayiş etdirmə ənənəsi möhkəmlənmişdir. Bu, həm Azərbaycan həqiqətlərinin təbliğ olunması sahəsində özünü yüksək dərəcədə büruzə vermiş, həm də Azərbaycanın bir dövlət olaraq imicinin möhkəmləndirilməsinə xidmət etmişdir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın birinci xanımı, YUNESCO -nunİSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun sədri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycanı Fransada tanıtmaq məqsədilə son vaxtlar həyata keçirilən irimiqyaslı layihələr bu ölkədə yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olmuşdur. Sözsüz ki, bir azərbaycanlı olaraq hər birimiz bu mötəbər fəaliyyətdən böyük fərəh hissi keçirirqürur duyuruq.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 19 fevral.- S. 5.