Sabunçu: dinamik inkişafın yeni mərhələsi

 

Dünən Sabunçu rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev ilkin olaraq diqqəti cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ildə sosial-iqtisadi inkişafın yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədəki proqram xarakterli nitqinə yönəltdi.

Natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə, sözün əsl mənasında, sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunmuş, son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, strateji valyuta ehtiyatları 31 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 18,4 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,3 dəfə, əhalinin əmanətləri 27,2 dəfə artmışdır. 1 milyon 200 mindən çox yeni yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə endirilmişdir.

Ötən il bütövlükdə respublikamız üçün uğurlu olmuşdur. Ölkəmizin dinamik inkişafı təmin olunmuş, yeni layihələr icra edilmişdir. Azərbaycanın beynəlxalq nüfuzu daha da artmışdır. 2013-cü ildə Azərbaycanda ümumdaxili məhsul 2012-ci illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. Keçən il ərzində respublikada 110 min yeni yeri açılmışdır ki, onlardan 80 mini daimi yeridir.

 Məruzədə 2013-cü il ərzində Sabunçu rayonunun iqtisadisosial sahələrində də dinamik inkişafın davam etdiyi, bütün göstəricilər üzrə müsbət nəticələr əldə olunduğu diqqətə çatdırılmışdır.

Sabunçu rayonunda həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlərdən bəhs edən məruzəçi bildirmişdir ki, rayonun sənaye müəssisələri və idarələri tərəfindən istehsal edilmiş məhsulların, yerinə yetirilmiş işlərin ümumi həcmi 396,5 milyon manat təşkil etmişdir. Bu da əvvəlki ildəkindən 80,3 milyon manatya 25,4 faiz çoxdur. İl ərzində rayonda 2395 yeni yeri açılmışdır ki, onların da hamısı daimidir.

Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və Əlavə Tədbirlər Planının icra müddəti 2013-cü ildə başa çatmışdır. Həmin Dövlət Proqramı və Əlavə Tədbirlər Planı çərçivəsində indiyədək Sabunçu rayonu ərazisində çox mühüm iqtisadisosial əhəmiyyətə malik obyektlər tikilmiş, yollar salınmış, əhalinin elektrik enerjisi, qaz, su, istilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir və bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür.

Ötən dövr ərzində bu proqram və əlavə tədbirlər planına uyğun olaraq rayonda cəmi 3000 şagird yerlik 1 məktəb və 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilmiş, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə müəssisəsində əsaslı təmir işləri başa çatdırılaraq hamısı müasir avadanlıqlarla təchiz edilmişdir. Hazırda 1 uşaq bağçası, Muğam evi və Gənclər evinin tikintisi, 4 məktəb, 4 uşaq bağçası, 1 səhiyyə və 1 mədəniyyət evinin əsaslı təmiri davam etdirilir.

 Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Sayca 3-cü olan bu Dövlət Proqramında da Sabunçu rayonunda bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunların da icrası nəticəsində qalan əksər məsələlər öz həllini tapmış olacaq.

Bununla yanaşı, rayonda mərkəzi dövlət orqanları və təşkilatların planlarına əsasən, bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların tikintisi və təmir-bərpa işləri aparılmışdır. Belə ki, 2013-cü il dekabr ayının 24-də Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 nömrəli məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir 3 mərtəbəli məktəb binası inşa edilərək martın 16-da fondun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olmuşdur. Hazırda isə fond tərəfindən Pirşağı qəsəbəsində 226 nömrəli uşaq bağçası üçün yeni 3 mərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir.

Məruzəçi qeyd etmişdir ki, 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunları ilə bağlı Sabunçu qəsəbəsi Böyük Şor adlanan sahədə tikilməkdə olan 65 min tamaşaçı tutumlu Olimpiya Stadionunun ətrafında və oraya çəkiləcək yeni yol qovşaqlarının layihəsi üzrə tikinti sahəsinə düşən 700-ə yaxın fərdi yaşayış evinin və oradakı obyektlərin sahiblərinə kompensasiyalar verilməklə, onların sökülməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən, Sabunçu rayonunun Zabrat, NardaranMaştağa qəsəbələri ərazisindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına icra hakimiyyətinin sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min kvadratmetr, Nardaran qəsəbəsində 13,5 min kvadratmetr, Maştağa qəsəbəsində isə 17,5 min kvadratmetr yol tikintisiasfalt örtüklərinin vurulması işləri yerinə yetirilmişdir.

İndiyədək bu və digər mərkəzi və daxili yolların kənarlarında 8500 kvadratmetrə yaxın sahəyə həmişəyaşıl örtük (qazon), 3 minə yaxın müxtəlif növ ağackol əkilmişdir.

Məruzədə qeyd olunmuşdur ki, rayonda hərbi vətənpərvərlik və təlim-tərbiyə işinin aparılması da  lazımi səviyyədədir. Demək olar ki, rayonda ordu sıralarından yayınma halları yoxdur.

 Eyni zamanda, təhsil sahəsində də yüksək göstəricilər əldə edilmiş, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması davam etdirilmişdir.

2012-2013-cü tədris ilində rayon üzrə ümumtəhsil məktəblərini bitirən 2298 nəfər məzundan 1961 nəfəri ali məktəblərə sənəd vermişonlardan 1043 nəfəri və ya 59,18 faizi daxil olmuşdur ki, bu da əvvəlki tədris ildəkindən 6,18 faiz çoxdur. Ali məktəblərə qəbul olunanların 61 nəfəri 600-dən, 210 nəfəri isə 500-dən yuxarı bal toplamışlar.

İcra başçısı əminliklə bildirmişdir ki, qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, 2014-cü ildə böyük uğurlar əldə olunacaq.

 Sonra Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, “ŞirinMMC-nin direktor müavini Yalçın Rəhimov, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov , Bakıxanov bələdiyyəsinin sədri Nadir Əsədov, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Eldar Quliyev çıxış edərək 2013-cü ildə rayonda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrdən danışdılar. İclasda Milli Məclisin deputatı Hacı Qabil Salahzadə də iştirak edirdi.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 19 fevral.- S. 6.