Əli HƏSƏNOV: “Azərbaycan torpaqları erməni işğalından azad ediləndə “İmdad Komitəsi”nin yardımına yenə ehtiyac olacaq

 

İmam Xomeyni İmdad Komitəsi” ölkəmizdə fəaliyyətini başa çatdırdı

 

Öz xeyriyyəçilik və humanitar layihələri ilə dünyanın müxtəlif ölkələrində diqqət çəkən  İmam Xomeyni İmdad Komitəsi” Azərbaycanda  20 ilə yaxındır ki, fəaliyyət göstərir, dünyanın istənilən yerində ehtiyacı olan insanların qayğı və problemlərinin azaldılması, onlara köməyi və xeyriyyəçiliyi özünün başlıca missiyası hesab edən təşkilatın  ölkəmizdəki uğurlu fəaliyyəti də digər humanitar qurumlar üçün örnəkdir. Bu fikirlər İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən tədbirdə səsləndirildi.

Park İnn  otelində baş tutan tədbirdə əvvəlcə təşkilatın missiya və məqsədləri, nümayəndəliyinin ölkəmizdə yaradılması, onun fəaaliyyət istiqamətləri, bu illər ərzində görülən işlərdən söhbət açıldı. Azərbaycanın müharibə illərində “İmam Xomeyni İmdad Komitəsi”nin ölkəmizdə fəaliyyəti, yurd-yuvalarından didərgin düşmüş, yaxınlarını itirmiş qaçqın və məcburi köçkünlərə yardımların edilməsi, müharibədən sonra da xeyirxahlıq fəaliyyətinin davam etdirilməsinin İranla Azərbaycan arasında dostluqqonşuluq münasibətlərindən irəli gəldiyi vurğulandı.

Təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mahmud Seyyidİmam Xomeyni İmdad Komitəsi”nin ölkəmizdəki fəaliyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, nümayəndəlik Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayıb və bu ölkədə çalışmağa başlayan ilk xeyriyyə təşkilatlarından biri olub: “Komitə 20 il ərzində müxtəlif xidmətlər üçün 43 milyon dollar ayırıb. Tikinti sahəsində, gənc ailələrin qurulmasına kömək, görməli yerlərin qorunması sahələrində öz işini həyata keçirib. Kiçik biznesin yaradılması üçün komitə 2 milyon dollar həcmində faizsiz kreditlər ayırıb”.  Natiq həmçinin  Azərbaycan Prezidenti İlham Əliyevin də komitənin gördüyü işləri yüksək qiymətləndirdiyini vurğuladı.

İmam Xomeyni İmdad Komitəsi” sədrinin  beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifər isə qurumun yaranma tarixçəsindən və kasıb, yoxsul təbəqəyə müxtəlif məzmunda kömək göstərilməsindən söhbət açdı. İmdad Komitəsi ölkəmizdə humanitar yardımlarla yanaşı, təhsil, işsizliyin aradan qaldırılması, İmam Əli klinikasında pulsuz tibbi xidmətlərin göstərilməsi sahəsində də fəallıq göstərib. Onun sözlərinə görə, komitənin dünyanın 60-dan çox ölkəsində nümayəndəliyi fəaliyyət göstərir.

İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin təşkilatın Azərbaycandakı fəaliyyətinə toxundu. Onun sözlərinə görə, keçən əsrin  90-cı illərinin əvvəlində Ermənistanla müharibədən sonra Azərbaycanın humanitar yardıma ehtiyacı var idi və məhz həmin dövrdə  İran öz köməyini göstərməyə qərar verib: “Bununla bağlı komitənin o vaxtkı sədri Azərbaycana səfər edərək Prezident Heydər Əliyevlə görüşüb və ölkəmizdə komitənin nümayəndəliyinin açılmasına qərar verilib. Komitənin etdiyi təmənnasız kömək İranla Azərbaycan arasında qardaşdostluq əlaqələrinin inkişafına, onların strateji səviyyəyə çıxmasına yardım edib”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov qeyd etdi ki,  Azərbaycanda 80-dən çox humanitar təşkilat fəaliyyət göstərir və onların sayı tədricən azalır. Bu  tendensiyanı təbii hesab edən Əli Həsənov vurğuladı  ki, hazırda Azərbaycan bu sahədə işlərin çoxunu öz üzərinə götürür: “Azərbaycanda “İmam Xomeyni İmdad Komitəsi”nin uzunmüddətli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanın işğal olunmuş əraziləri azad olunandan sonra İmdad Komitəsi Azərbaycanda fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaq” – deyə əlavə etdi. Natiq həmçinin bildirdi ki,  Prezident İlham Əliyevin 2002-ci ildə İrana səfəri zamanı “İmam Xomeyni İmdad Komitəsi”nin baş ofisini ziyarət etməsi xüsusi əhəmiyyət daşıyır. Bu, həmçinin komitənin Azərbaycanla bağlı fəaliyyətinin yüksək dəyərləndirilməsi ilə yanaşı, İran və Azərbaycan arasında olan tarixi, milli, dini və mədəni bağlılıqların olmasından irəli gəlir.

Natiq komitənin səmərəli fəaliyyətinə görə təşəkkür etdiümidvar olduğunu vurğuladı ki, gələcəkdə hansısa zərurət yaranarsa, komitə hər zaman öz qonşusu Azərbaycana yardım etməyi əsirgəməyəcəkdir.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edildi.

 

 Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 20 fevral.- S. 5.