Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə

 

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadi həyatın bütün sahələrində olduğu kimi, tikinti sektorunda da dinamik inkişaf tempi müşahidə olunur. Qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan tədbirlər, həyata keçirilən irimiqyaslı layihələr tikinti-abadlıq işlərinin həcminin ildən-ilə artmasına, yeni yerlərinin açılmasına, məşğulluq probleminin aradan qalxmasına, əhalinin rifah halının yaxşılaşmasına səbəb olur.

Qeyd olunanlar bir daha göstərir ki, tikinti sektoru iqtisadiyyatımızda xüsusi rola malikdir. Ona görə də tikintidə keyfiyyət və təhlükəsizlik məsələləri ciddi nəzarətə götürülməlidir. Tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı Ali Məclisdə iki dəfə - 2011 və 2012-ci illərdə müşavirə keçirilmiş, geniş müzakirələr aparılmış, aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoyulmuşdur.

Ötən müddət ərzində bu sahədə bir çox işlərin görülməsinə baxmayaraq, hələ də bəzi çatışmazlıqlar mövcuddur. Aparılan yoxlamalar zamanı son illər istifadəyə verilmiş yeni tikililərin çoxunda nöqsan və çatışmazlıqlar aşkara çıxarılmışdır. Bu, onu göstərir ki, tikinti aparan təşkilatlar tərəfindən tələskənliyə yol verilirtikinti zamanı təsdiq edilmiş standartlara əməl olunmur. Keyfiyyətə xüsusi diqqət yetirilməməsi, yaxud tikilənlərin lazımi qaydada qorunmaması səbəbindən istifadəyə verildikdən sonra onların bir çoxunda təmirə ehtiyac yaranır."

Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış etmişlər.

Aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verən Ali Məclisin sədri demişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və tikinti təşkilatları ayrılan maliyyə vəsaitindən səmərəli istifadəni təmin etməli, həyata keçirilən tikinti-abadlıq işlərində keyfiyyət amilinə nəzarəti artırmalı, tikintidizayn işlərində milli ornamentlərdən istifadəyə xüsusi diqqət yetirməlidirlər. Artıq xərclərin qarşısının alınması və təkrar təmir işlərinə yol verilməməsi üçün su, kanalizasiya, yol, elektrik, qaz və rabitə xətlərinin çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllıq təmin olunmalıdır.

 Tikinti təşkilatlarının rəhbərləri inşaat işlərinin yerinə yetirilməsində, su, kanalizasiya, qaz xətlərinin çəkilişlərində əsasən yerli istehsal məhsullarına üstünlük verməli, keyfiyyət sertifikatı olmayan xarici materialların istifadəsinə son qoyulmalıdır. Tikinti obyektləri layihələndirilərkən ərazinin seysmiklik dərəcəsi düzgün müəyyənləşdirilməli, buna dair müvafiq sənədlər olmadan tikinti layihələndirilməməli və inşaat işləri aparılmamalıdır. Tikinti aparan təşkilatın rəhbəri obyektin tikintisinə başlamazdan əvvəl tikinti sahəsinin sanitar, yanğın, ekoloji təhlükəsizliyinə, yaxınlıqdakı mühəndis və nəqliyyat kommunikasiyalarının və tikililərin təhlükəsizliyinin təmin edilməsinə, təmir-tikinti aparılan yerlərdə xüsusi işarələrin qoyulmasına nəzarəti gücləndirməlidir.

Qeyd olunmuşdur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi ilə birlikdə yolların və yük avtomobillərinin standartlara uyğun istismarını təmin etmək üçün normadan artıq yüklənmənin qarşısını almalı, texnikaların saz vəziyyətdə olmasına nəzarət artırılmalı, Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi ilə birlikdə yerliidxal edilən tikinti material və konstruksiyalarının keyfiyyətli olmasına nəzarəti gücləndirməli, həmçinin avadanlıqların, maşın və mexanizmlərin təhlükəsizlik tələblərinə uyğunluğunu nəzarətdə saxlamalıdır.

Ali Məclisin sədri tapşırmışdır ki, Dövlət Gömrük Komitəsi muxtar respublikada istehsal olunan tikinti material və avadanlıqlarının xaricdən gətirilən eyniadlı keyfiyyətsiz məhsulların haqsız rəqabətindən qorunması üçün bu məhsulların idxalının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərin təsirliliyini artırmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikinti işçilərinin əmək şəraitinin və yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin edilməsinə nəzarəti gücləndirməlidir.

Müşavirədə Nəqliyyat Nazirliyi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üçünkonkret vəzifələr müəyyənləşdirilmişdir.

Ali Məclisin sədri qarşıdakı dövrlərin tikintidə keyfiyyət dövrü olması və təhlükəsizlik tədbirlərinin ciddi nəzarətə götürülməsinin vacibliyini bildirmişdir.

 

Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 3.