Quba tarixi inkişafının yeni dönəmində

 

2013-cü il qubalılar üçün əlamətdar olmuşdur. Əvvəla, ötən il ölkə Prezidenti cənab İlham Əliyev 18 sentyabr və 20 dekabr tarixlərdə iki dəfə Qubaya səfər edərək bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışında şəxsən iştirak etmiş, rayonda həyata keçirilən tikinti, abadlıq və quruculuq işlərinə yüksək qiymət vermişdir.

Həm də onunla əlamətdardır ki, 2013-cü ildə cənab Prezident Quba rayonu ilə bağlı 5 mühüm sərəncam imzalamışdır. Prezidentin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə Quba - Küpçal - Küsnət avtomobil yolunun tikintisi üçün 5 milyon, 31 may 2013-cü il tarixli sərəncamı ilə Rustov - Xanəgah - Gürdəh, Rustov - Nöydün - Şuduq, Rustov - Məckəxacə, Rustov - Bağçalı - Yekdar avtomobil yollarının tikintisi üçün 3 milyon, 23 sentyabr 2013-cü il tarixli sərəncamları ilə Quba - Qonaqkənd avtomobil yolunun tikintisi üçün 2 milyon, Quba Rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisi üçün 2 milyon, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə isə 2 milyon manat vəsait ayrılmışdır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qarabağ əlilləri və şəhid ailələri üçün çoxmənzilli 2 yaşayış binası və 4020 şagird yerlik 18 məktəb binasının inşası da Qubaya və qubalılara olan yüksək dövlət qayğısından xəbər verir. Bütün bunlar barəsində rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında ətraflı bəhs olunmuşdur. Yığıncaqda qeyd olunmuşdur ki, Dövlət Proqramının icrası çərçivəsində rayon üzrə 2013-cü ildə Quba şəhəri və Qırmızı qəsəbənin su-kanalizasiya sistemi yenidən qurulmuş, Timiryazev və Mirzəməmmədkənd kəndlərinə yeni su-kanalizasiya xətti çəkilmiş, Quba - Qəçrəş - Qımılqazma istiqamətində 22 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulmuş, rayon ərazisində meyvə saxlanması üçün yeni soyuducu anbarlar inşa olunmuşdur. Rayonun bir sıra yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmış, 4134-ü daimi olmaqla 6586 yeni yeri açılmışdır.

İl ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 313,9 milyon manat olmuşdur. Bunun 19 milyon 511 min manatı sənaye, 134,5 milyon manatı kənd təsərrüfatı məhsullarının, 4,9 milyon manatı nəqliyyat, 81,7 milyon manatı ticarət, 1,6 milyon manatı rabitə, 72 milyon manatı isə tikinti sektorunun payına düşür. Ümumilikdə, 2012-ci illə müqayisədə 2013-cü ildə rayonun öz gəlirlərindən büdcəyə 2 milyon 708 min manatya 21,7 faiz artıq vəsait daxil olmuşdur. Rayon üzrə 2748 ailəyə və ya 12 min 690 nəfər vətəndaşa 3 milyon 232 min 986 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.

Rayonda tikintiquruculuq sahəsində xüsusilə böyük işlər görülmüşdür. İl ərzində rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Quba Su-Kanal İdarəsinin, DİN Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin regional bölməsinin, “Azərpoçt”un rayon şöbəsinin yeni inzibati binalarının, Gənclər Mərkəzinin, Dövlət bayrağı kompleksinin, Fəvvarələr kompleksinin, Uşaq Əyləncə Mərkəzinin, Quba Soyqırımı Memorial Kompleksinin, Quba şəhərində “Tağlı giriş qapısı”nın, “Yaşıl teatrkonsert kompleksinin, Qırmızı qəsəbədə Heydər bağının, II Nügədi kəndində Azərbaycan Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin və İqtisad Universitetinin idman və istirahət mərkəzinin, Əski-İqriq kəndində “Rixosotel kompleksinin əsas korpusununqolf stadionunun tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, Quba şəhəri ilə Qırmızı qəsəbəni birləşdirən tağlı körpünün təmiri başa çatdırılmışdır. Rayon məhkəməsinin yeni inzibati binasının, Nizami parkı ərazisində Tarix-Diyarşünaslıq Muzeyinin və Gənclər evinin yeni binalarının tikintisi davam etdirilmişdir.

Quba şəhərinin küçə və meydanlarında əvvəlki ildən başlanmış abadlıq işləri 2013-cü ildə daha geniş miqyasda davam etdirilmişdir. Şəhərin 223-cü atıcı diviziya küçəsində abadlıq işləri aparılaraq yeni gecə işıqlandırma dirəkləri quraşdırılmış, 1600 kvadratmetr yaşıllıq zolağı yaradılmış, səkilər təzələnmişdir. Bakı-Quba yolunun Qaraçay kəndindən keçən hissəsində Ağçay üzərində yeni körpünün tikintisi başa çatdırılmışdır. Qubanı Mirzəməmmədkəndlə birləşdirən və Quba-Rusiya Federasiyası sərhədi magistral avtomobil yoluna birbaşa çıxışı təmin edən yeni yol inşa edilmişQudyalçay üzərində yeni körpü salınmışdır ki, bu da ağır tonnajlı yük avtomobillərinin şəhər ərazisinə daxil olmadan Bakı şəhərinə və əks istiqamətdə hərəkətinə imkan verir. Ümumilikdə, 2012-2013-cü illər ərzində rayon ərazisində 5 yeni körpü istifadəyə verilmişdir.

Əhalinin içməli suya olan tələbatının tam ödənilməsi məqsədilə Qudyalçay hövzəsində ümumi uzunluğu 2817 metr olan 8 ədəd suqəbuledicinin inşası başa çatdırılmışdır. Mənbədən 3281 metr uzunluğunda 450-500 mm diametrli paralel plastik borularla magistral su xətti çəkilmişdir. Qəçrəş yolu su anbarı ərazisində 5000 kubmetr tutumu olan yeni su anbarı, xlorlayıcı sutəmizləyici qurğular inşa edilmişdir.

2013-cü ildə Quba rayonunda 49 min 474 ton taxıl, 108 min tondan artıq meyvə, 14 min 109 ton tərəvəz, 10 min 850 ton kartof məhsulu istehsal edilmişdir. Rayon üzrə ət istehsalı 5 min 388 ton, süd istehsalı 20 min 852 ton, yumurta istehsalı 8 milyon 935 min ədəd, yun istehsalı isə 385 ton olmuşdur. Rayon üzrə qaramalın sayı 66 min 420 başa, o cümlədən inək camışlar 26 min 237 başa, xırda buynuzlu heyvanların sayı isə 262 min 407 başa çatdırılmışdır.

Hesabat yığıncağında problemlər barəsində ətraflı söhbət getmişdir. Qeyd olunmuşdur ki, kənd təsərrüfatı məhsullarının istehsalı istehsal olunmuş məhsulun realizə olunması istiqamətində bir sıra problemlər mövcuddur. Məsələn, kənd təsərrüfatında istifadə olunan dərman preparatları kübrələr gözlənilən səmərəni vermir. Bu səbəbdən yetişdirilən məhsulun böyük hissəsinin keyfiyyəti həddindən artıq aşağı olur ki, bu da satış prosesində öz mənfi nəticələrini göstərir.

Daha ciddi bir problem istehsal olunan məhsulun müasir standartlar səviyyəsində bazara çıxarılması ilə əlaqədardır. Həm hesabat məruzəsində göstərildiyi kimi, zaman-zaman bu məsələlər qaldırılsa da, əlaqədar qurumlar tərəfindən hələ ki, lazımi tədbirlər görülməyib.

Hesabat məruzəsi ətrafında müzakirələrdə çıxış edən rayon icra hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsi Elxan Məhərrəmov, Aqrar Elm Mərkəzinin direktoru İslam Bəyəhmədov, ƏSMM-nin Quba rayon şöbəsinin müdiri Vüsal Hüseynov, icra hakimiyyəti başçısının Zərdabi kəndi üzrə nümayəndəsi Fazil Seyidov başqaları il ərzində rəhbərlik etdikləri sahədə görülən işlərdən qarşıda duran vəzifələrdən danışmışlar.

Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov hesabat yığıncağında çıxış etmişdir.

Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

 

Q.CƏFƏROĞLU

 

Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 6.