Sənayenin qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin mühüm prioritetlərindəndir

 

Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 - gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ilielan edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur”.

Göründüyü kimi, sənayenin dinamik inkişafı 2014-cü ildə də diqqət mərkəzində saxlanılacaqdır.  Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması – bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.

Yaxın gələcəkdə dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması ilə bağlı olacaqdır. Sumqayıtda Kimya Sənayesi Parkının, Yüksək Texnologiyalar Parkının və Balaxanı Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış ilk addımlardır. Bu baxımdan yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fizikihüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulmuşdur.

“Sənaye ili”ndə  sənaye siyasətinin əsasını istehsalın və ixracın diversifikasiyasının sürətləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlərin həyata keçirilməsi, rəqabət qabiliyyətli və ixrac yönümlü innovativ əsaslı texnologiya və malların istehsalı təşkil edəcəkdir. Dünya iqtisadiyyatının qloballaşması fonunda Azərbaycanın iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerjiresurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi diqqət mərkəzində saxlanılacaqdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə bu il bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Bununla əlaqədar sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, müasir texnoparkların yaradılması, iqtisadi rayonlar üzrə sənaye şəhərcikləri infrastrukturunun genişləndirilməsi istiqamətində tədbirlər görüləcəkdir. Bütün bunlarla yanaşı, standartlaşdırma siyasəti çərçivəsində sənaye sahələrində fəaliyyət göstərən müəssisələrdə beynəlxalq standartların tətbiqi təmin ediləcəkdir.

Yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatında davamlı artım dinamikasının saxlanılması üçün qeyri-neft sektorunda ayrı-ayrı sahələrin inkişaf etdirilməsi üçün görülən kompleks tədbirlər davam etdiriləcəkdir. Belə ki, infrastruktur layihələrinin davam etdirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, qeyri-neft sektoruna investisiyaların cəlb olunması, rəqabət qabiliyyətli istehsalın dəstəklənməsi, istehsal prosesində müasir texnologiyaların istifadəsinin və intensiv metodların tətbiqinin stimullaşdırılması, maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, bazara çıxarılan məhsul və xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunvericilik bazasının iqtisadi artımın stimullaşdırılmasını təmin edəcək şəkildə təkmilləşdirilməsi istiqamətində işlər və sahibkarlıq subyektlərinin maliyyə təminatının yaxşılaşdırılması məqsədilə güzəştli kreditlərin verilməsi kimi tədbirlər reallaşdırılacaqdır.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında neft-qaz kompleksinin müstəsna rolu vardır. Bu gün ölkənin neft-qaz kompleksinin qarşısında duran əsas vəzifə ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyasının reallaşdırılması nəticəsində qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. Bu mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda qarşıdakı dövrdə bu kompleksə daxil olan sahələrin müəyyənləşdirilmiş inkişaf istiqamətləri və onların reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Qeyri-neft sənayesinin inkişafında, məhsulların rəqabətqabiliyyətli və ixracyönümlü olmasının təmin edilməsi məqsədilə zəruri standartlaşdırma və sertifikatlaşdırma işləri aparılacaq, milli standartlaşdırma, sertifikatlaşdırma və akkreditasiya sistemlərində sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.

Onu da deyək ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fizikihüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulmuşdur.

Qeyri-neft sektorunda ölkəmizin daxili tələbatının ödənilməsi baxımından böyük potensialı olan metallurgiya sənayesini də xüsusi qeyd etmək lazımdır. Respublikamızda metallurgiya sənayesinin inkişafı üçün münbit şərait mövcuddur. Belə ki, növbəti illərdə genişmiqyaslı tikinti layihələrinin həyata keçirilməsi (yeni neft-qaz kompleksinin yaradılması, yeni metro stansiyalarının tikintisi, I Avropa Olimpiya Oyunlarına hazırlıq və s.) və qeyri-neft sənayesinin genişlənməsi (yeni sənaye parklarının yaradılması) qara metallurgiya sənayesinin inkişafı üçün əsas şərtləndirici amillər olacaqdır. Hazırda polad məhsulları üzrə ölkədaxili bazarın həcmi təqribən 1 milyard manata bərabərdir və tələbatın böyük qismi, yəni 70 faizi idxal məhsulları hesabına ödənilir. Azərbaycanda isə qara metallurgiya sənayesi məhsullarına olan tələbat daim yüksələn xətlə artmaqdadır.

Son illərdə qeyri-neft sənayesinin inkişafına dəstək məqsədilə ölkəmizdə müvafiq institusional qurumlar, hüquqi bazainfrastrukturlar yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətinin toxunulmazlığı, yerlixarici investorlara bərabər şəraitin yaradılması üçünİnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlar qəbul edilmiş, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xidmət edən “Azərbaycan İnvestisiya Şirkəti”, Azərbaycanda İnvestisiyaların Təşviqi  İxracat Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır. Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama presedurlarının sadələşdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncam imzalanmışdır və hazırda həmin işlər bu yeni qaydalara uyğun olaraq həyata keçirilməkdədir. Təbii ki, bütün bunlar sənayenin inkişafına, bu sektorda müsbət göstəricilər əldə edilməsinə şərait yaratmışdır.

Sənayeyə  göstərilən diqqətin nəticəsidir ki, sözügedən sahədə  ötən ilbu ilin ilk ayında müsbət göstəricilər əldə edilmişdir. Faktlara nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 faiz artmışdır. Sənayenin mədənçıxarma, emal, elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin hamısında 2012-ci illə müqayisədə artım qeydə alınmışdır. İstehsalın dörddəüç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,3 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Bu ilin yanvar ayında isə sənayenin emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 0,8 faiz, geyim istehsalı 39,8 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 22,3 faiz, kimya sənayesi məhsulları istehsalı 26 faiz, hazır metal məmulatların istehsalı 14,6 faiz, tikinti materialları istehsalı 7,8 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 44,9 faiz, maşın və avadanlıqların istehsalı 2 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,5 dəfə artmışdır.  Sənayenin elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1 faiz, elektrik enerjisi istehsalı isə 3 faiz artaraq 2,1 milyard kvadrat saat olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7,2 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,6 faiz artmış, neft sektorunda isə 5,2 faiz azalmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 1.