Azərbaycan Texniki Universitetində elektron

təhsil sisteminin açılış mərasimi olmuşdur

 

İyunun 30-da Azərbaycan Texniki Universitetində bu ali təhsil müəssisəsinin Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə layihəsi olan elektron təhsil sisteminin açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan Koreya respublikalarının dövlət himnləri səslənmişdir.

Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov layihənin əhəmiyyətindən danışmışdır.

Bildirmişdir ki, “Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin qurulmasılayihəsi KOİCA Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış qrant sazişinə əsasən həyata keçirilmişdir.

Layihənin məqsədi Azərbaycan Texniki Universitetində Koreya Respublikasının ali təhsil müəssisələrində istifadə olunan ən son informasiya-kommunikasiya texnologiyaları əsasında müasir təhsil idarəetmə sisteminin hazırlanmasıdır. Layihə universitetin akademik təhsil, portal, “Groupware”, distant təhsil sistemlərini əhatə edir.

Layihədə universitetdə akademik təhsil sisteminin yaradılması, Azərbaycan Texniki Universitetinin rəsmi portalının, elektron sənəd dövriyyəsinin qurulması, distant təhsil üçün kontent nümunələrin təşkili məsələləri öz həllini tapmışdır.

Qeyd olunmuşdur ki, yeni sistemin qurulmasında ən müasir texnologiyalardan istifadə olunmuş, avadanlığın seçilməsinə quraşdırılmasına xüsusi diqqət yetirilmişdir. Mükəmməl funksiyalara malik cihazlar quraşdırılmış, koreyalı mütəxəssislər, universitetin əməkdaşları üçün təlimlər təşkil edilmişdir.

Layihə çərçivəsində ən vacib məqamlardan biri isə ölkəmizdə ilk dəfə olaraq distant təhsil sisteminin yaradılmasıdır.

Müxtəlif proqramları özündə birləşdirən yeni təhsil kontentləri 2014/2015-ci tədris ilindən tələbələrin istifadəsinə veriləcəkdir. Bu kontentlər texniki universitetin nəzdində fəaliyyət göstərən televiziya studiyasında koreyalı mütəxəssislərin iştirakı ilə universitetin mütəxəssisləri tərəfindən hazırlanmışdır.

Diqqətə çatdırılmışdır ki, yeni layihənin tədrisin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın təmini, tədrisdə yaranan mənfi halların qarşısının alınması, valideynlərin tələbələrin, tədris prosesinə nəzarət sisteminin sadələşdirilməsi, distant təhsil sisteminin qurulması, təhsilin ixtisasartırmanın imkanlarının genişləndirilməsi, elektron sənəd dövriyyəsinin, onlayn yazışmanın təsdiqi kimi üstünlükləri vardır.

Tədbirdə ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafına göstərilən dövlət qayğısından da danışılmışdır.

Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn  ölkəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlərdən danışmışdır. Qonaq universitetdə tətbiq olunan elektron təhsil sisteminin layihəsinin Azərbaycan təhsilinə öz layiqli töhfəsini verəcəyini demişdir.

Mərasimdə çıxış edən Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev, Təhsil Nazirliyinin bölmə müdiri Sülhəddin Gözəlov, Azərbaycan Texniki Universitetinin prorektoru, professor Mustafa Babanlı elektron təhsil sisteminin səmərəli məqsədyönlü istifadə edilməsindən söz açmışlar.

Tədbirdə, həmçinin layihə, eləcə elektron portal sistemi haqqında geniş məlumat verilmiş, KOİCA-nın layihəsi ilə bağlı film nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçıları server otağı ilə tanış olmuşlar.

 

Xalq qəzeti.- 2014.- 1 iyul.- S.9.