Prezident İlham Əliyev: Bu gün

ölkələrin milli təhlükəsizliyinə

enerji təhlükəsizliyindən ayrı baxıla bilməz

 

 Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən də Lissabon Zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Ermənistan, sadəcə, onlara məhəl qoymur. Onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmaq istəmirlər, mövcud vəziyyəti qoruyub saxlamaq fikrindədirlər. Onlar hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlara belə məhəl qoymurlar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimindəki çıxışından. 28 iyun, 2014-cü il.

 

Bakı çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etsə də, ATƏT Parlament Assambleyasının bu qəbildən olan illik sessiyası paytaxtımızda ilk dəfə keçirilirdi. Söhbət qurumun  “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğrudevizi altında  təşkil olunan  növbəti  illik sessiyasından gedir. Sessiyanın plenar iclasının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq təşkilatlarla çoxşaxəli və səmərəli əməkdaşlığının uğurlu nəticələrindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən  faktlar, rəqəmlər və arqumentlər əsasında söz açdı.

 

Dövlət başçımız qeyd etdi ki, təxminən 23 ildir ki, biz müstəqil ölkə kimi yaşayırıq. Bu illər dövlətçiliyimiz, inkişafımız, gələcəyimiz üçün mühüm illər olub. Biz müstəqil dövlət qurmalı, müstəqil dövlətin əsaslarını yaratmalı, eyni zamanda, yeni siyasi sistem yaratmalı idik. Əslində, əvvəllər bizim heç bir siyasi sistemimiz olmayıb. Ona görə də demokratik təsisatların yaradılması, siyasi islahatların aparılması uğurlu inkişafımızın əsasını təşkil edib.

Azərbaycanın müstəqil dövlət kimi əsas məqsədinin  müasirləşmə olduğunu xüsusilə xatırladan Prezident qeyd etdi ki, biz olduqca qısa vaxtda müasir, özünə arxalanan ölkə qurmuşuq. Gələcəyimiz üçün isə planlarımız çoxdur.

Dövlət başçımız, eyni zamanda, əminlik ifadə etdi ki,  ATƏT və digər beynəlxalq təsisatlar qarşısında götürdüyümüz öhdəliklər və apardığımız əməkdaşlıq planlaşdırdığımız bütün işləri icra etməyə imkan yaradacaqdır: “Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların üzvüdür. Biz bu üzvlüyü dünya ilə daha yaxşı əlaqələr qurmaq fürsəti kimi qəbul edirik. Biz Qoşulmama Hərəkatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və bir çox digər beynəlxalq təşkilatların üzvüyük”.

Xatırladaq ki, ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biriiki il yarım əvvəl  dünyanın  155  dövlətinin  böyük dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz idi.  Həmin fakt  gənc müstəqil dövlət üçün  beynəlxalq səhnədə mümkün olan ən böyük siyasidiplomatik nailiyyət idi.  BMT Təhlükəsizlik Şurasının fəal üzvü kimi Azərbaycan iki il ərzində sülh, təhlükəsizlik, sabitlik, ədalət amallarının və beynəlxalq hüquq normalarının həyata keçirilməsini  kifayət qədər təşviq etmək imkanı qazanmışdı.  Elə  Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlamağımız da həm tarixi fakt kimi əlamətdar idi, həm də həmin mərasimdə geniş çıxışı ilə dünya ictimaiyyətinin böyük marağına səbəb olmuş dövlət başçımızın dəmir iradəsinin, siyasi qətiyyətinin, natiqlik mədəniyyətinin, liderlik keyfiyyətlərinin təsdiqi kimi yaddaqalan oldu.

Ancaq bütün bunlara baxmayaraq, dünyanın müxtəlif qütblərində Azərbaycana münasibətdə ikili standartları məqsədəuyğun sayan qüvvələr hələ də mövcuddur.  ATƏT Parlament Assambleyasının Bakı sessiyasında çıxış edən Prezident İlham Əliyev həmin məsələni də qonaqların diqqətinə çatdırdı:  “Əfsuslar olsun ki, biz ayrı-seçkiliyə əsaslanan yanaşmanın şahidi oluruq. Bu məsələ Azərbaycan xalqını çox narahat edir. Görürük ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə, sadəcə, kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir. Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o cümlədən beynəlxalq ictimaiyyət üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları kağız üzərində qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaqdır”.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun sosial-iqtisadi inkişafına vurduğu ziyandan söz açan Prezident  bu problemin kökləri və nəticələri barədə də qonaqları növbəti dəfə məlumatlandırmışdır: “ Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, Azərbaycanın 20 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edilən əzəli torpağıdır. Beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın bir sıra ölkəsi tərəfindən tanınıb. Beynəlxalq hüquq normaları pozulub. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilən ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr icra olunmamış qalır, kağız üzərində qalır. Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən də Lissabon Zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Ermənistan, sadəcə, onlara məhəl qoymur. Onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmaq istəmirlər, mövcud vəziyyəti qoruyub saxlamaq fikrindədirlər”.

Sessiya bilavasitə ATƏT-in tədbiri olduğunaiclasda bu mötəbər beynəlxaq təşkilatın ali vəzifəli rəsmilərin iştirak etdiyinə görə  Prezident ermənilərin və Ermənistan dövlətinin məhz bu qurumun sənədlərinə də hörmətsizlik nümayiş etdirdiyini yada salmışdır :Onlar hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlara belə məhəl qoymurlar. ABŞ, RusiyaFransa prezidentləri aydın şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, status-kvo dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmağa başlamalıdır. Lakin Ermənistan bu bəyanatlara məhəl qoymur. Buna görə də beynəlxalq təşkilatların qərarlarının icrası, Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişələrin ölkələrin ərazi bütövlüyü əsasında həlli hər hansı qarşıdurmanın uğurla aradan qaldırılması üçün əsas şərtlərdən biridir”.

Ermənilərin bütün dünyanı çaşdırmaq məqsədi ilə  beynəlxalq hüququn  millətlərin öz müqəddəratını təyinetmə prinsipini bilavasitə Dağlıq Qarabağ münaqişəsinə şamil etmək istəyinin bu münaqişəyə  qətiyyən dəxli olmadığını dəfələrlə söyləyən Prezident növbəti dəfə xatırlatmağa ehtiyac hiss edir:  Öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə, biz Helsinki Yekun Aktına diqqətlə baxsaq görərik ki, öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü şübhə altına salmamalıdır. Bundan əlavə, ermənilərin artıq müstəqil dövləti vardır, onlar artıq öz müqəddəratını təyin ediblər. Buna görə də tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir əsas yoxdur. Nəzərə almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb”.

Dünya ictimaiyyətinin nəzər-diqqətinə çatdırılmalı olan əsas məqamlardan biriodur ki,  erməni işğalına və həlli bilərəkdən uzadılan münaqişəyə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişafını davam  etdirir. Son 10 il ərzində ölkəmiz  dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Sosialiqtisadi islahatlar firavanlığı təmin edir, işsizliyiyoxsulluğu azaldır. Təbii  ki, hökumətimizin ən böyük nailiyyətlərindən biri  məhz sürətli iqtisadi inkişafın güclü sosial siyasətlə müşayiət olunmasıdır.

Bütün bunları, üstəgəl, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın verdiyi töhfələri xatırladan dövlət başçımız qeyd etmişdir ki, enerji siyasəti, enerji təhlükəsizliyi və enerji diplomatiyası sahəsində uğur qazanmaq üçün maraqların tarazlığının təmin olunması mühüm şərtdir. Ekspertlərin fikrincə , bu,  rəsmi Bakının Avropa siyasətçilərinə və parlamentarilərinə növbəti bir çağırışı, xatırlatmasıdır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2014.- 3 iyul.- S.6.