Azərbaycandakı multikulturalizm

ideya və dəyərlərinin təbliğində

Heydər Əliyev Fondunun rolu artır

 

Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan fondun multikulturalizm ideya və dəyərlərinin təbliğinə verdiyi önəm təkcə ölkə daxilində deyil, eləcə də dünyanın hər yerində görünür və kifayət qədər yüksək qiymətləndirilir.

 

Məlum olduğu kimi, artıq bir çox fikir adamları mədəniyyəti insan və sivilizasiyaların inkişafının əsas kriteriyası, humanistik istiqaməti kimi dəyərləndirirlər. Ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları tarixən insan sivilizasiyasının “olum, ya ölüm” məsələlərinə fərqli məqsəd və istəklər, imkanlar prizmasından baxıblar. Bəşəriyyətin davamlı inkişaf kodlarının açılması üçün isə müxtəlif mədəni, sosial ənənələrin təhlili, etnik biliklərin sintezi əsasında formalaşdırılan təcrübə mühüm əhəmiyyət kəsb edir.

Sosial elmlərdə mədəniyyət cəmiyyətin irsən ötürülən etiqad, formal qaydalarqeyri-formal normalar sistemi kimi nəzərdən keçirilir. Məşhur iqtisadçı Duqlas Norta görə, istənilən inkişafın köklərini insanların etiqad sistemləri ilə norma və qaydaların qarşılıqlı əlaqəsində axtarmaq lazımdır. İnsan ətraf mühiti dərk edirbu yolla onu idarə etməyə çalışır. Bununla insan dünyada mövcudluğu ilə bağlı qeyri-müəyyənliyi aradan götürməyə səy göstərir.

Sadalananlardan belə bir nəticə çıxarmaq olar ki, mədəniyyət XXI əsrin prioriteti sayılan davamlı inkişaf, insan potensialı inkişafının mühüm amilinə çevrilə bilər və çevrilməlidir. Bir fakt şübhəsizdir ki, özlüyündə inkişaf mədəni faktor nəzərə alınmadan mümkün deyil. Bu səbəbdən istənilən bölgədə, dövlətdə inkişaf strategiyasının əsasını mədəni siyasət, qlobal miqyasda isə mədəniyyətlərin inteqrasiyası təşkil etməlidir. Mədəniyyətin cəmiyyətin, bütövlükdə dünyanın inkişaf strategiyasının determinist əsası olduğu, bu inkişafın hüdudlarını müəyyən etməsi nəzərə alınarsa, bəşəriyyətin inkişafının başlıca zəmini və ilk şərtlərindən biri etnoslar və mədəniyyətlərarası inteqrasiya, dialoqdur. Mədəniyyətlərarası kommunikasiyanın ən effektli üsullarından olan dialoq millətlər, sivilizasiyalar, mədəniyyətlərarası anlaşmaya, insan həyatı və fəaliyyətinin davamlı forma və dəyərlərinin aşkarlanmasına yönəldilmiş əlaqə növüdür. Davamlı inkişaf məqsədlərindən irəli gələn istənilən məsələnin həlli mədəni həyatın universallaşması, bəşəriyyət miqyasında “fikir mübadiləsi” sayəsində mümkün ola bilər.

Hazırda beynəlxalq iqtisadi və mədəni əlaqələr durmadan genişlənir. Artıq zəngin xalqların tam təcrid olunması ilə bağlı tezis qüvvədən düşüb. Dəyərlər mübadiləsi prosesi intensivləşib. Beləcə, dünya yeni sivilizasiyanın formalaşması astanasındadır. Bəşər tarixinin bu innovativ mərhələyə transformasiyasının prioriteti, strateji hədəfi ilk növbədə fərqli mədəniyyətlərin, dünyagörüşlərinin bütövləşməsi sayəsində vahid sosiomədəni məkanı araya-ərsəyə gətirməkdir. Bu hədəfə nail olub - olmamaq isə ümumbəşəri dəyərləri aşkarlamaq, onlara müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcılarının ümumi yanaşmasını təmin etməkdən, bir çox mürəkkəb humanitar, sosial, mədəni-əxlaqi, iqtisadi problemlərin həlli məqsədilə birgə fəaliyyətdən əhəmiyyətli dərəcədə asılıdır. Elə davamlı inkişaf da tələb edir ki, insanlar, böyük anlamda xalqlar könüllüşüurlu şəkildə birgə fəaliyyət gostərib bir hədəfə vursunlar. Bu isə yalnız mədəniyyətlərarası əlaqələrin təhlili, problemlərin çözümü üçün birgə sabit mexanizmlərin işlənməsi, bir sözlə, insan inkişafının multikultur strategiyasının uğurlu icrası sayəsində gerçəkliyə çevrilə bilər.

Əsrlər boyu iki dünyanın – Avropa ilə Asiyanın təkcə coğrafi deyil, həm də mədəni baxımdan “kəsişmə nöqtəsində” yerləşən Azərbaycan da hazırda bu gerçəkliklərin dərkinə əsaslanan siyasi kurs yürüdür. Hər zaman mədəniyyətlərarası dialoqda önəmli rol oynayan ölkəmizin bu sahədə uğurları indi daha diqqətçəkəndir. Əlbəttə, gələcəyi bütün dəqiqliyi ilə proqnozlaşdırmaq çox mürəkkəb məsələdir. Amma artıq bir şey şübhəsizdir ki, Azərbaycan reallıqları kontekstində mədəniyyətlərarası dialoqun çox böyük perspektivi var və ölkəmiz bu prosesin əvəzsiz iştirakçısı olmaq iqtidarındadır. Bunun üçün Azərbaycan dövləti bütün imkanlara malikdir: maddiinsan resursları, milli ruh və ənənələr. Azərbaycana yalnız bu imkanlardan faydalanaraq qloballaşma proseslərinin inkişafına öz töhfələrini vermək qalır ki, məhz bu kontekstdə Azərbaycan rəhbərliyi və vətəndaş cəmiyyəti institutları, ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi diqqət çəkir.

Yeri gəlmişkən, son illər, xüsusən, son aylar regionun və dünyanın kütləvi informasiya vasitələrində Azərbaycanın bu prosesdə iştirakı barədə xəbərlər çox tez-tez tirajlanır. Məsələn, ötən payız Britaniya mətbuatı yazırdı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva LondondaAvropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoqdini tolerantlığın Azərbaycan modelimövzusunda konfransda iştirak edib. Xatırladaq ki, sözügedən tədbir ötən ilin noyabrında Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti və “Odlar Yurduqurumunun təşkilatçılığı ilə keçirilmişdi. Tədbir Azərbaycan multikulturalizm ideyalarının Avropada təbliği baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

Elə həmin ay Parisdəki Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan – tolerantlıq məkanı” mövzusunda fotosərgisi açılmışdı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sərgidə iştirak etmişdi. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çıxış edərək bildirmişdi ki, müxtəlif dinietnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc, yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasına səbəb olmuşdur. Bu qəbildən olan, üstəlik, Avrasiyanın bir çox ölkələrini əhatə edən informasiya onlarcadır və adı çəkilən məkanda həmin tədbirlər davam etməkdədir.

Multikulturalizmin Azərbaycan modelinə gəlincə isə qeyd etməliyik ki, son zamanlar ölkəmizdə bu istiqamətli tədbirlərin keçirilmədiyi il olmur. Məsələn, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaqdevizi altında 2013 - il mayın 29-dan iyunun 1- dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər. Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində dərin məzmunlu nitqlə çıxış edən Prezident İlham Əliyev Bakı Forumunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın dünyada sivilizasiyalararası dialoqmultikulturalizm mərkəzinə çevrildiyini diqqətə çatdırmışdır.

Mötəbər tədbirdə UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İSESCO və digər nüfuzlu beynəlxalq qurumların rəhbər şəxsləri, 110-dan artıq ölkənin nümayəndələri – 40-dan çox ölkədən nazirnazir müavinləri, millət vəkilləri, Bolqarıstan, Serbiya və Xorvatiyanın sabiq prezidentləri, İtaliyanın sabiq baş naziri, 70-dən çox QHT, “beyin mərkəzləri”nin təmsilçiləri, məşhur elm xadimləri, ekspertlər – ümumilikdə 600-dək xarici qonaq iştirak etmişdir.

Ötən ilin ən mühüm mədəni hadisələrindən biri də dekabrın 2-dən 8-dək Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası olmuşdur. Xüsusilə vurğulanmalı məqamlardan biriodur ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərarın verilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatda yüksək nüfuzunun və çoxşaxəli səmərəli fəaliyyətinin mühüm rolu olmuşdur. Azərbaycan Respublikasında multikulturalizmin özünəməxsus, nümunəvi modelinin formalaşdığını avropalılar da, asiyalılar da birmənalı olaraq təsdiqləyirlər. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə hökm sürən millidini tolerantlığın milli tariximizin konkret bir dövrü ilə əlaqələndirilməsi faktı doğru deyil. Çünki ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan xalqlar bir yerdə olmuşlarbugünkü reallıqlar həmin tezisin əyani sübutudur. Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətə məhz bu həqiqətlərin çatdırılması istiqamətində çoxsaylı təşəbbüslərlə çıxış edir, layihələr reallaşdırır.

Mehriban xanım Əliyeva öz əməlləri ilə təsdiqləyir ki, siyasi, diplomatik, iqtisadi, elmi-mədəni istiqamətindən asılı olmayaraq, ölkədə reallaşdırılan bütün tədbirlər son nəticədə dövlətçiliyə xidmət edir. Qeyd olunan məqamlarla bağlı Azərbaycan dövlətinin, xüsusən, cənab Prezidentin mövqeyi də tamamilə aydındır: “Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dinimilli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz”.

 Bakıda və ölkəmizin digər şəhərlərində bəşər övladı üçün nümunə kimi qəbul ediləcək sülh və barışıq məzmunlu, xalqlar və dinlər arasında fərq qoymamaq məqsədilə reallaşdırılan tədbirlər davamlı xarakter almışdır. Bu da bir faktdır ki, həmin tədbirlər barədə yayılan xəbərlərin əksəriyyətinin əvvəlində “Heydər Əliyev Fondunun təşəbbüsü ilə” cümləsinə rast gəlirik. Təkcə ölkə daxilindəmi? Ölkə xaricindəki bir sıra anoloji tədbirlərimiz barədə xəbər hazırlayan müxbirlər də “Heydər Əliyev Fondunun təşəbbüsü ilə” ifadəsini dövri olaraq işlətməli olurlar.

Məsələn, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açan italiyalı jurnalist Paolo Onorati yazır: “Birinci xanım Mehriban Əliyeva incəsənət və mədəniyyət sahəsinə çox böyük diqqət yetirir. Beynəlxalq aləmdə onun bu əməyi əvəzedilməzdir. Birinci xanımın misilsiz əməyi sayəsində Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya çatdırılmışdır. Mehriban xanımın əsas məqsədlərindən biri öz ölkəsində və dünyada milli-mədəni dəyərlərin qorunub saxlanılmasıdır”.

 Bu fond Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə xaricdə həyata keçirilən bir çox layihənin müəllifidir. Fondun Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin multikulturalizm modelinin təbliğində mühüm rol oynayıb. Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər.

Dövlət müstəqilliyimizin 20 illik yubileyi münasibətilə Fransada həyata keçirilən tədbirlər silsiləsi xüsusilə vurğulanmalıdır. Belə ki, Fransanın 20-dən çox regionunda bu fond tərəfindən mərasimlər keçirilmiş, 2013-cü ildə beynəlxalq kino festivalından da yaxşı tanıdığımız Kann şəhərində Azərbaycan mədəniyyəti günləri baş tutmuşdur. Heydər Əliyev Fondu xaricdə Azərbaycan mədəniyyət evlərinin və mərkəzlərinin yaradılması ideyasına həmişə dəstək verib. Əvvəlcə Fransanın paytaxtı Parisdə, daha sonra Vyanada Azərbaycan mədəniyyəti mərkəzləri fəaliyyətə başladı. UNESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva Luvr Muzeyində aparılan bərpa işlərinə qoşuldu, Parisdə 1669-cu ildə Fransa Kralı XIV Lüdovikin hakimiyyəti dövründə əsası qoyulmuş Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılmasına nail oldu. Bununla da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ulu öndərin ideyalarını yaşadaraq ümumbəşəri dəyərlərə öz töhfəsini verdibu proses indidavam edir.

Bir sözlə, Heydər Əliyev Fondu bu gün Azərbaycanın beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsinə özünün xüsusi töhfələrini verir. Ulu öndər qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və əbədiləşdirilməsi ölkədə hər bir təşkilatın və hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Heydər Əliyev Fondu məhz həmin məramı böyük məsuliyyət və şərəflə reallaşdırır.

 

Ziyafət HƏBİBOVA,

 

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

analitik təhlil üzrə müşaviri,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2014.- 9 iyul.- S.5.