Elə ki çatdın Qazağa...

 

 Bax, bu da Qazax-Azərbaycanın “Qərb qapısı”. İndi bu qapıdan içəri daxil olan qonaq tamamilə başqa bir mənzərə ilə qarşılaşır. Daha bu, beş-on il əvvəlki mənzərə deyil, tamamilə dəyişib. Elə ki, Gürcüstan sərhədini keçib “Sınıq körpü”dən ipək yoluna çıxdın, ürəyin, könlün açılacaq.

 

 “Sınıq körpü”dən  gömrük buraxılışı məntəqəsi və onun ətrafı, eləcə də magistral yol boyunca təxminən bir kilometr yarım uzunluğunda olan məsafə Azərbaycan milli memarlığının əsl nümunəsidir. Dekorativ arxitekturalı hasarlar, qala bürcləri, şəlalələr, yaşıl çəmənliklər, müxtəlif ağaclar və digər elementlər qonağa deyir ki, bura Azərbaycandır, onun sazlı-sözlü diyarı Qazaxdır.

Bəli, son illər Azərbaycanda gedən böyük inkişafı görmək üçün elə Qazaxı gəzib-dolaşıb geri dönmək kifayətdir. Vaxtilə “Kutaisskaya pravda” qəzetində işləyən, hazırda təqaüddə olan həmkarım  Vaxtanq Sereteli bu yaxınlarda mənə zəng etmişdi. Çoxdan idi səsini eşitmədiyimdən əvvəlcə tanımadım. Sonra “Vaxtanqdır, Abdulla Şərifovun dostu”, — deyəndə tanıdım. Abdulla Şərifov əslən Qazaxdan idionunla “Gəncənin səsi”  şəhər qəzetində işləmişdim. Dedi ki, bir günlüyə Qazağa gəldik, ta şər qarışana kimi şəhəri gəzib dolaşdıq. Dedi ki, sonuncu dəfə Qazaxda 15 il qabaq olmuşdum. Amma indi heç tanımadım. Heydər Əliyev parkına getdim, gölün sahilini gəzdim. Parkın ərazisindəki rəqəmsal planetarium, elektron kitabxana, funksional əlaqə studiyası, bütövlükdə Heydər Əliyev Mərkəzinin özü məni heyran etdi. Dostlarım məni “Fəxri qazaxlılar” parkına apardılar. Dedilər ki, 3 hektar ərazisi olan park tamamilə yenidən qurulub, buradakı büstlərin və heykəllərin postamentləri təzələnib, şəlalə və fəvvarələr tikilib, ağac, gül kolları əkilib. Düzü, qardaş, təəssüratlarım o qədər zəngindir ki, elə evə qayıdan kimi yazı masamın arxasına keçəcəyəm. Təqaüddə olsam da, qəzetlərlə əlaqəni kəsməmişəm”.

Çoxdan səsini eşitmədiyim gürcü həmkarımın Qazax haqqında mənə bu cür həvəslə, həyəcanla danışması qəlbimi dağa döndərdi. Çünki bütün bunlar reallıq idi, Azərbaycan reallığı.

...Qazax bu günlərə elə belə gəlib çıxmayıb. Bir tərəfdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənfur qonşularla 168 kilometr sərhədi olan bu rayona xüsusi diqqət, qayğı göstərib, digər tərəfdən, adamların işə məsuliyyəti artıb, vətənpərvərlik hissi daha da güclənib, işgüzarlığı çoxalıb. Nəticədə son on ildə burada məhsul buraxılışının həcmi təxminən 5 dəfə artıb. Tikinti-quraşdırma işlərinin həcmi 17 dəfədən də çox yüksəlib. Bir-birindən gözəl yollar, körpülər, parkxiyabanlar, ən müxtəlif obyektlər, sosial tikililər Qazaxı tanınmaz dərəcədə dəyişdirib. Son illər istifadəyə verilən obyektlərin təkcə adlarını sadalamaq az qala böyük bir yazıya səbəb olar. Dövlət Bayrağı Meydanı, Yuxarı Salahlı-Kəmərli avtomobil yolu, Qazax-Quşçu Ayrım avtomobil yolu, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Şahmat Mərkəzi, Gənclər Mərkəzi. Hündürlüyü 14,3 metr olan qüllə və 22 metr hündürlüyündə “Obelisk” , konserv zavodu, “Şahnigar” şərab zavodu, “İmperial” meyvə-tərəvəz müəssisəsi, illik gücü 110 min ton olanAzRosPromİnvest” birgə istehsal müəssisəsi, ildə 100 min ton qarışıq yem istehsal edən “Aqrolider-A” MMC, 2 min tonluq meyvə-tərəvəz saxlama kamerası, 3 min tonluq taxıl tədarükü və saxlama anbarı, sement zavodu...Bunların hamısını sadalasaq, oxucunu yormuş olarıq. Biz hələ sayı-hesabı bilinməyən yeni inzibati binaları, heykəlləri, park komplekslərini demirik...

Qazaxda əsl işgüzarlıq mühiti yaradılıb. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Elə buna görə də istər hər hansı bir obyektin tikintisi olsun, yaxud rayonya respublika əhəmiyyətli tədbir, orada işlər çox yüksək səviyyədə təşkil edilir. Çünki ciddi nəzarət var, aparat işçilərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin səfərbər olunması təcrübəsi var.

Bəs bu gün Qazaxda işlərin səviyyəsi necədir? Baş çəkdiyimiz tikinti obyektləri, ayrı-ayrı adamlarla söhbətlərimiz bir daha göstərdi ki, Qazaxda arxayınlaşmaq hissi bu yerlərin sakinlərinə, ilk növbədə abadlıq-quruculuq işləri ilə məşğul olanlara yaddır.

– Arxayınlaşmaq nədir, bu, mümkün deyil,– deyə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirdi. – Qazax görün, harada yerləşir... Düşmən buradakı yüksəlişi görüb dəli olur. O gün sərhəd Quşçu Ayrım və Məzəm kəndlərinə getmişdim. Sağ olsun cənab Prezidentimizi. Qazaxın mərkəzindən bura gözəl asfalt yol çəkdirib. Adamlar çox razılıq edirlər. 220 şagird yerlik 3 mərtəbəli gözəl bir məktəb tikilib istifadəyə verilib. Qaz var, daimi işıq var. Amma sərhədin o tərəfində evlərin bacasından tüstü çıxırdı. Belə getsə, meşəsi, ağacı da qalmayacaq. Pis gündədirlər. Ona görə də qazaxlıların arxayınlaşmağa haqqı yoxdur. Cənab Prezidentimizin bizə yaratdığı şəraitə baxıb,  etimadı doğrultmalıyıq.

...Qazaxda hazırda tikilməkdə olan hər biri 100 yerlik  2 uşaq bağçasının hər ikisinə  baş çəkdik. Onlardan biri N.Nərimanov yaşayış massivində, digəri şəhərdəki Ə.Şıxlinski küçəsində yerləşir. Heydər Əliyev Fondu hesabına tikilən məktəbəqədər müəssisələr bu gün Qazaxda həmin sahədə mövcud olan problemi bir qədər yüngülləşdirəcəkdir. Rayon statistika idarəsinin rəisi Faiq Paşayev bizimlə telefon söhbətində bildirdi ki, hazırda 6 yaşadək uşaqların sayı rayonda10 min 65 nəfər olduğu halda, cəmi 1000 nəfər körpə uşaq bağçası ilə əhatə olunmuşdur. Deməli,  cəmi 10 faiz körpə uşaq bağçasına gedir ki, bu da ümumrespublika göstəricisindən də aşağıdır.

Məktəb tikintilərində də olduq. Rayon icra hakimiyyəti aparatının məsul işçisi Məhəmməd Orucovla birlikdə baş çəkdiyimiz obyektlərdə qızğın gedirdi. Əmin olduq ki, işlər bu sürətlə getsə, tezliklə Quşçu Ayrım kəndindəki 180 yerlik, Məzəmdə 80 yerlik, Bala Cəfərlidə 80 yerlik məktəb binaları öz qapılarını uşaqların üzünə açacaqdır. Qarapapaq kənd ümumi orta məktəbdə bərpa-gücləndirmə işləri aparılır.

Başqa tikinti obyektlərində də işlərin ahəngi pozulmayıb. Qazax sement zavodunun ikinci hissəsi, Xanlıqlar-Kəmərli-Aslanbəyli-Qaymaqlı-İkinci Şıxlı kəndlərinin suvarma şəbəkəsinin bərpası və digər işlər davam etdirilir.

Qazax şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması da rayonun tarixində mühüm hadisə olacaqdır. Hazırda bu nəhəng işin layihə-smeta sənədləri hazırlanır. Digər bir layihə Qazaxbəyli kəndi ərazisində 300 məcburi köçkün ailəsi üçün tikiləcək yaşayış binaları üçün hazırlanır. Bundan ötrü 10 hektar torpaq sahəsi ayrılmışdır.

Qazaxda hər gün gedir. Adamlar bunu görür və yüksək qiymətləndirirlər. Bu , bu yüksəliş, tərəqqi hamıya təsir edib. Əvvəlki ətalətdən, laqeydlikdən əsər-əlamət qalmayıb. Bax, elə ən vacibibudur!

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 12 iyul.-S.6.