Nəsimi rayonu: ilin

birinci yarısı uğurlu olub

 

Nəsimi rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr edilmiş iclas keçirilmişdir.Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, 2014-cü ilin birinci yarısı ölkəmizin iqtisadiyyatı üçün uğurlu olmuş qarşıda duran bütün vəzifələr yerinə yetirilmişdir.

 

Bu dövrdə ölkəmizdə ümumi daxili məhsul artımı 2,1 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 4,7 faiz yüksəlmişdir. Orta aylıq əmək haqqı 440 manata çatmış, ölkəmizin valyuta ehtiyatları 54 milyard dolları ötmüşdür. Birinci yarım ildə 65 min yeni yeri açılmış, ölkə iqtisadiyyatına 7,6 milyard manatdan çox investisiya qoyulmuşdur.

2014-cü ilin birinci yarısı ölkəmiz üçün bütün sahələrdə uğurlu olmuş iqtisadiyyatımızda dinamik inkişaf davam etmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

İlin birinci yarısında Nəsimi rayonunda da sosial-iqtisadi sahədə uğurlar əldə olunmuşdur. 2014-cü ilin yanvar-iyun aylarında rayonda 183 milyon 635 min manatlıq sənaye məhsulu istehsal edilmişdir xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.

Bu ilin ilk altı ayı ərzində rayonda 1529 yeni yeri açılmışdır. Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1428 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları 321 nəfər ahıl əlilə evlərdə sosial məişət xidməti göstərmişlər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etdi. O bildirdi ki, 2014-cü ilin birinci yarısında rayonda istehlak bazarının dinamik inkişafı davam etmiş, əhaliyə 520 milyon 715 min manatlıq istehlak malları satılmış pullu xidmətlər göstərilmişdir. Həmin dövrdə hüquqi fiziki şəxslərə 19 milyon 419 min manatlıq rabitə xidməti göstərilib. Nəqliyyat sektorunda görülən xidmətlərin həcmi 241 milyon 341 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə nisbətdə 7,5 faiz çoxdur. Yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatları 179 milyon 34 min manat həcmində yerinə yetirmişlər.

Bu dövrdə 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin, 22 saylı körpələr evi-uşaq bağçasının, Elmi-Tədqiqat Hematologiya Transfiziologiya İnstitutunun əsaslı təmiri, Hüseynbala Əliyev küçəsində idman meydançasının inşası başa çatdırılmışdır. Bakı Slavyan Universiteti nəzdindəki məktəb-lisey kompleksində, 46 54 saylı tam orta məktəblərdə, 147 174 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir.

2014-cü ilin ilk altı ayı ərzində Nəsimi Rayon Qaz İstismarı İdarəsi tərəfindən 5 milyon 919 min 212 manatlıq təbii qaz satılmış, satışın 101,2 faizi ödənilmişdir. Həmin dövrdə 1816 mexaniki sayğac “Smart-kart” sayğacları ilə əvəz olunmuşdur.

İlin yanvar-iyun ayları ərzində rayon enerji təchizatı satışı idarəsi tərəfindən satılmış  elektrik enerjisinin 99,6 faizi ödənilmişdir. İdarə tərəfindən, ümumilikdə 15 min 526 metr kabel naqillər dəyişdirilmiş, 8 transformator məntəqəsində daha güclü transformatorlar qurulmuşdur.

Nəsimi Rayon Su-kanal İdarəsi tərəfindən müxtəlif diametrli 3800 su borusu, 400 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir.

Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq yenidənqurma işləri davam etdirilir. Hazırda Cavadxan küçəsində yeni park salınır, “Heydər parkı”nda isə əsaslı təmir işləri yekunlaşmaq üzrədir. MetronunMemar Əcəmistansiyası qarşısındakı A.Məhərrəmov küçəsindəki parklarda abadlıq işləri görülür.  Mir Cəlal küçəsində yeni parkın salınması ilə bağlı hazırlıq işlərinə başlanılıb. S.Vurğun, H.Seyidzadə, Ü.Hacıbəyov daha beş küçə boyunca yeni yaşıllıq zolaqları yaradılır, dekorativ ağac gül kolları əkilir. Bakı Musiqi Akademiyası binasının fasadında əsaslı, müxtəlif küçələrdə 54 binanın fasadlarında təmir işləri aparılır. Respublika velotrekində yenidənqurma bərpa işləri davam etdirilir.

RayondakıTəzə Bazar” MMC 3-cü mikrorayondakıKəndli yarmarkasıərazilərində yarmarkalar təşkil olunmuşdur. Burada hər həftə bazar qiymətlərindən aşağı 40-50 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satılır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2016-cı illər )nın icrası ilə əlaqədar tədbirlər Nəsimi rayonunda davam etdirilir. Görülən işlər daim rayon rəhbərliyinin nəzarətindədir.

Sonra Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin rəisi L.Mustafayev, rayon enerji təchizatı satışı idarəsinin rəisi M.Eyvazov başqalarının çıxışları dinlənildi. Onlar görülmüş işlərdən qarşıda duran vəzifələrdən danışdılar.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev aparatın məsul əməkdaşı Xalid Kərimova bu günlərdə layiq görüldüyüDövlət qulluğunda fərqlənməyə görəmedalını təqdim etdi.

Nəsib Məhəməliyev iclasa yekun vurdu.

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2014.- 17 iyul.- S.6.