Astara: ilk yarımilin

nəticələri fərəhlidir

 

Bu günlərdə Astara Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında 2014-cü ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Yığıncaqda icra hakimiyyəti aparatının işçiləri, şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişlər.

 

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, bütün respublikada olduğu kimi, Astara rayonunda da cari ilin birinci yarısı uğurlarla müşayiət olunmuşdur. Yerli gəlirlər 2 milyon 568 min manata qarşı 2 milyon 970 min manat icra olunmuşdur ki, bu da 115,7 faiz təşkil edir. Ümumi məhsul buraxılışı 59,7 milyon manat olmuşdur. Bunun 10,2 faizi sənaye sahələrində, 43,1 faizi kənd təsərrüfatında,   33,6 faizi ticarət pullu xidmət sahələrində, 10,3 faizi tikintidə olmuşdur. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 579 manat təşkil etmişdir.

Altı ayda rayonda tikinti-abadlıq quruculuq sahəsində  xeyli görülmüşdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikeş avtomobil yolunun tikintisi asfaltlaşdırılmasına 2014-cü ilin mart ayında başlanmışdır. 21 kilometr məsafədə yolun tikintisi ilə əlaqədar torpaq işləri yekunlaşmış, 13,5 kilometrlik hissə asfaltlaşdırılmışdır hazırda yol tikintisi işləri davam etdirilir.

Kakalos-Kolatan, Suparibağ-Seləkəran yolları asfaltlaşdırılmışdır. Bundan əlavə Pensər-Şahağacı, Astara-Qamişovka, Astara-Alaşa avtomobil yolunda asfalt-beton qarışığı ilə təmir işləri yerinə yetirilmiş, ayrı-ayrı kəndlərarası yollar avtoqreyderlə hamarlanmışdır. Siyaku-Marzəsə Siyaku-Şəmətük avtomobil yollarında 4 körpü tikilmişdir.

Astara şəhərində ictimai yaşayış binalarının fəsadları əsaslı təmir edilmiş, bir sıra küçədə abadlıq işləri görülmüş, yeni işıqlandırma sistemi quraşdırılmış, kuveytlər təmizlənərək, betonlanmışdır. Gənclər küçəsi 1,3 kilometr asfaltlaşdırılmış yan daşlar  düzülmüşdür. 

Əlamətdar işlərdən biri şəhərin Xəzərsahili ərazisində  8 hektar  sahədə park-bulvarın tikintisinə başlanmasıdır. Burada bulvarın salınması üçün 200 min kubmetr torpaq daşınmış, gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmışdır. Hazırda bulvar  ərazisində 1400 kvadratmetrlik əyləncə mərkəzinin, çay evi kafelərin, fəvvarə, karusel, mini-futbol, voleybol meydançalarının tikinti-quraşdırma işləri görülür. Həmin ərazidə 12 istirahət evinin, üçmərtəbəli mehmanxananın da  inşası davam etdirilir.

Suparibağ kəndində tikilən 220 şagird yerlik tam orta məktəbi üçün yeni binada   tamamlama işləri aparılır. Asxanakəran ərazi nümayəndəliyinin Anboba Əzərud kəndlərində 80 şagird yerlik ibtidai məktəblər üçün yeni binalar tikilir. 

Astara şəhərində Maliyyə İdarəsi üçün ikimərtəbəli müasir tipli inzibati bina tikilmiş, Telman kəndində yeni çay emalı fabrikinin tikintisinə başlanmışdır. Züngüləş kəndi ərazisindəki “Astara-1” kiçik su elektrik stansiyasında tikinti işləri davam etdirilir.

Rayonda inşaat işlərinin aparılması üçün 2014-cü ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon manat məbləğində vəsait  yönəldilmişdir. İnvestisiyanın 3,3  milyon manatı istehsal təyinatlı obyektlərin, 3,7 milyon manatı isə xidmət sahələrinə aid obyektlərin inşasında istifadə edilmişdir.

Son dövrdə rayonda 6276  yeri açılmışdır ki, bunun da 5860-ı  daimi xarakterlidir.  Birinci yarımillikdə  403 yeni yeri yaradılmışdır.

Əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədilə xeyli görülmüşdür. Şəhərdə, Telman, Təngərüd, Pensər, Kakalos, Balaca Şahağacı kəndlərində  qazlaşdırma həyata keçirilmişdir.

Elektrik şəbəkəsi təsərrüfatında da zəruri səliqə-sahman yaradılmışdır. Rayonun 2000 hektara yaxın ərazisinə xidmət edən Lovayın nasos stansiyasında təmir işləri aparılmışdır.

Əhalinin əkin sahələrin sel sularından mühafizəsi məqsədilə Astaraçayda Pensərçayda məcra təmizləmə işləri görülmüşdür.

Birinci yarımildə 29 hektar çay plantasiyası salınmışdır. Ümumən mövcud olan  533 hektar plantasiyanın 205 hektarı məhsuldar çay sahəsidir. 1115 hektarlıq sitrus subtropik meyvə bağlarında aqrotexniki qulluq işləri aparılmış, kimyəvi preparatlarla  ziyanverici xəstəliklərə qarşı mübarizə tədbirləri görülmüşdür.

2014-cü ildə 147 heltarda çəltik, 163 hektarda payızlıq buğda, həmçinin   yetərli  qədər tərəvəz, dənli dənli-paxlalı bitkilər, kartof bostan məhsulları əkilmişdir. Hazırda bol məhsul yığılır. Diri çəkidə 1702,3 ton ət, 15 min ton süd, 2 milyon 956 min ədəd yumurta istehsal olunmuşdur. Qaramalın sayı 45 min 794 başa, o cümlədən xırda buynuzlu mal-qaranın sayı 29 min 81 başa çatmışdır.

Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 10 min 402 ailə üzvünü əhatə edən 2 min 81 ailəyə ÜDSY ödənilmişdir. Hər bir ailəyə düşən orta aylıq məbləğ 130 manat təşkil etmişdir. Rayon Dövlət Sığorta Filialı 46 min 158 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə zərər çəkmiş əlillərə 20,9 min manat  sığorta yardımı verilmişdir.

Rayon Məşğulluq Mərkəzinə üçün müraciət edənlərin 112 nəfəri müxtəlif idarə müəssisələrdə daimi işlə təmin olunmuşdur. 

İcra hakimiyyətində 524 ərizə şikayət qeydə alınmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 159 ərizə azalmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində 18 səyyar qəbul keçirilmiş, 86 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır.

Məruzəçi bildirdi ki, cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı  çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə ediləcək, əhalinin güzəranının daha da yaxşılaşdırılmasına nail olunacaq, rayonun abadlaşdırılması naminə bütün qüvvələr səfərbər ediləcək.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 22 iyul.- S.6.