Şəki: reallıqlar və perspektivlər

 

Altı ay ərzində Şəkidə çox görülüb, tədbirlər keçirilib. Bütün bunlar barədə 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr həsr olunmuş yığıncaqda ətraflı söhbət getdi.

 

Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov ilk əvvəl burada keçirilən və artıq ənənə şəklini alan “İpək yolu” Beynəlxalq Musiqi festivallarından danışdı. Bildirdi ki, bu tədbir yaddaşlarda gözəl bir xatirə kimi qalıb.   Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları , məşhur ifaçıların qatıldığı festival xoş  bayram ovqatı bəxş edib. “İpək yolu  Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Beşinci dəfə keçirilən festivalda dünyanın tanınmış musiqi kollektivləri iştirak etdi, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərildiyini qeyd edən natiq Prezident İlham Əliyevin, UNESCO-nun  İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğuladı.

2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab Prezidentimiz demişdir : “ Bizim, ümumiyyətlə, çox zəngin mədəniyyətimiz vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq”. Məhz bunun nəticəsidir ki,  iyul ayının 1-də başlananbeş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunan diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı  konsert proqramlarını izlədilər.Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi oldu. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açıldı, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgisi  nümayiş etdirildi.

Festivalda Azərbaycanla yanaşı 14 ölkənin tanınmış musiqi kollektivləri çıxış etdi.  Bir sözlə beş gün davam edən musiqi bayramı nəinki şəhərimizin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Odur ki, festivalda iştirak edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə müsahibəsində bildirdi ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır .

Sonra məruzəçi ilin birinci yarısından  qazanılan digər uğurlardan danışdı. Göstərdi ki, 2014-cü ilin I yarısında ilkin hesablamalara görə faktiki qiymətlərlə 143 milyon 81 min manatlıq məhsul buraxılıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz təşkil edir.  Adambaşına faktiki qiymətlərlə 795 manatlıq məhsul istehsal olunub. Rayon üzrə orta aylıq əmək haqqı 248 manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 5,7 faiz çoxdur.  Altı ay ərzində Şəkidə 822 yeni yeri açılıb.  İş yerlərinin 7,9 faizi yeni yaradılan, 16,1 isə faizi mövcud müəssisə və təşkilatların , 76 faizi isə fiziki şəxslərin payına düşür.

Ötən illərdə olduğu kimi, bu ilin birinci yarısında da məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilib. Yetişən məhsulu tezitkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilib, taxıl biçininin tezitkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilib. Son məlumatlara görə  64575 min ton taxıl istehsal olunub, hər hektardan orta məhsuldarlıq 12,3 sentner təşkil edib.

Çıxışında Şəkidə aparılan yenidənqurma, tikinti-quraşdırma işlərinə xüsusi yer ayıran məruzəçi bildirdi ki, 2014-cü ildə şəhərimizin 15 küçəsində abadlıq , 17 küçəsində isə  əsaslı təmir işləri nəzərdə tutulub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013- il tarixli sərəncamı ilə tikintisi 2014-cü ildə davam etdiriləcək 5 məktəb və 1 uşaq bağçası, əsaslı təmiri nəzərdə tutulan 2 uşaq bağçası və Aşağı Göynük - Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisi üçün ayrılan maliyyə vəsaiti hesabına  bu obyeklərin inşası davam etdirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə 80 şagird yerlik Qırxbulaq və 180 şagird yerlik  Qaratorpaq kənd tam orta məktəblərinin, Şəki şəhər uşaq-gənclər idman məktəbinin tikintisi üçün layihələndirmə işləri artıq başa çatıb.  Həmçinin cari ildə Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin sifarişi ilə Gənclər evinin, Baş Göynük kəndi ərazisində idman zalının tikintisi işlərinə başlanılıb. Eyni zamanda, “Asan  xidmət” mərkəzinin Şəki Ərazi İdarəsi, şəhər polis şöbəsi üçün inzibati binaların tikintisi  məqsədilə aidiyyatı dövlət qurumları tərəfindən aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir, yeni uşaq bağçaları tikilir, uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının təqdimatı zamanı demişdir: “Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır. Artan təlabatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir ”. Bu istiqamətdə Şəkidə də bir sıra işlər həyata keçirilir. Hazırda rayonda 61 məktəbəqədər təhsil müəssisəsi fəaliyyyət göstərir. Həmin müəssisələrə 2780 nəfər uşaq cəlb olunub ki, bu da məktəbəqədər yaşlı uşaqların cəmi 16 faizini təşkil edir. Şəkinin 30 -dan artıq kənd yaşayış məntəqəsində bağçası yoxdur. Məhz bu amili nəzərə alaraq əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisi nəzərdə tutulub. Yaponiya hökumətinin proqramı çərçivəsində “Şəki şəhərində 15 saylı uşaq bağçasının  təmiri” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.

Daha sonra icra hakimiyyətinin başçısı əhalinin işıq və qazla təminatı sahəsində görülən işlər və problemlər barədə məlumat verdi.

Natiq Şəkidə cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərə də toxundu. Qeyd etdi ki, bu sahədə bir sıra işlər görülüb. Altı ay ərzində 79 cinayət hadisəsi qeydə alınıb.  Qeydə alınan cinayətlərdən 90,4 faizinin  açılması  təmin edilib. Rayon polis şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 11 fakt aşkar edilib.

Yığıncaqda çıxış edən digər natiqlər də Şəkidə qazanılan uğurlardan danışdılar, qarşıda duran vəzifələri təhlil etdilər. Bildirdilər ki, Şəki ili yüksək nəticələrlə başa vuracaq. Bunu altı ayda qazanılan nailiyyətlər deyir.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.-2014.- 24 iyul.- S.6.