Təbiət vurğunu, tədqiqatçı alim

 

Azərbaycan xalqı dünya sivilizasiyasına görkəmli simalar, tanınmış elm xadimləri  bəxş etmişdir. Onlardan biri də bütün mənalı ömrünü elmin inkişafına həsr etmiş Azərbaycanın ilk qadın akademiki Validə Xaspolad qızı Tutayuq olmuşdur.

 

O, 1914-cü il sentyabrın 23-də Qarabağın dilbər guşəsi olan  Şuşa şəhərində anadan olmuşdur. 1930-cu ildə Şuşa şəhər 9 illik orta məktəbini bitirən Validə Tutayuq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bağçılıq və bostançılıq fakültəsinə daxil olmuşdur. 1932-ci ildə institutun bağçılıq kafedrasına preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə həmin vaxtdan etibarən burada axşam təhsili almaqla yanaşı, əmək fəaliyyətinə başlamışdır.

Atası Xaspolad Tutayuq  Qroznı şəhərində doğulmuş, sonra isə təhsilini Peterburq Meşə Akademiyasında almışdır. Akademiyanı əla qiymətlərlə bitirdikdən sonra o, Qarabağ meşələrinə gözətçi təyin edilmişdir. Şuşa şəhərində  təyinatla  meşəbəyi  işləyən X. Tutayuq uzun müddət ailə qurmamışdır. Nəhayət, o, dövrünün ən savadlı qadını olanrus dilini mükəmməl bilən Südabə xanımla ailə həyatı qurmuşdur. Bu ailə Azərbaycana, sözün əsl, mənasında korifeylər bəxş etmişdir. Belə ki, Xaspolad bəyin oğlu Murad Tutayuq çox savadlı  fizik olmuşdur. O, Naxçıvanda yaşamış    burada fizika-riyaziyyat müəllimliyi ilə məşğul olmuşdur. Akademik Həsən Əliyev, xalqımızın ümummilli lideri Heydər Əliyev, görkəmli fizik, akademik Həsən Abdullayevonlarca tanınmış görkəmli alim Murad müəllimin ən sevimli şagirdləri olmuşlar. Ulu öndərimiz Heydər Əliyev öz xatirələrində qeyd edirdi: “Murad müəllim mənim ən sevimli müəllimim olmuşdur. O, mənimlə dərsdən əlavə də məşğul olurdu. O, sözün əsl mənasında, çox savadlı və əsl pedaqoq idiöz sənətini çox sevirdi”.

Gəncədə dəmiryolçu ailəsində  doğulan professor A. A. Yatsenko-Xmelevski, akademik V. P. Jukovski, A. A. Feodorov, A. Q. Doluxanov  başqa görkəmli  rus alimləri  şəxsi  xatirələrində qeyd edirdilər ki, Gəncədə yerləşən Kənd Təsərrüfatı İnstitutunun botanika kafedrası bizimSSRİ-nin görkəmli botaniklərinin doğma evinə çevrilmişdir.  Biz Talışda,  BöyükKiçik Qafqazda  botaniki  ekspedisiyalardan  sonra  həmin  kafedrada herbarilərin təyin edilməsi, elmi məsləhətlərin alınması, yerli şəraitin geomorfoloji xüsusiyyətlərinin öyrənilməsini həyata keçirirdik. Bəzən bu ekspedisiyalara azərbaycanlı tələbələr də cəlb edilirdi. Belə tələbələrdən biriöz çevikliyi və savadı ilə diqqəti çəlb edən, hamımızın sevimlisi  Validə Tutayuq idi. O, herbarilərin hazırlanması, təyini və elmi diskussiyalarda fəal iştirak edirdi. Validə xanım rus dilini mükəmməl bildiyindən ekspedisiyaların çoxuna dəvət alırdı.

Görkəmli rus bioloqları Validə Tutayuqun bir alim kimi yetişməsində çöl ekspedisiyalarının böyük rolu olduğunu dönə-dönə qeyd edirdilər. Hələ tələbə ikən professor S. V. Krainski onu özünün bütün tədqiqatlarına və ekspedisiyalarına cəlb edirdi. Yerli meyvə sortlarının tədqiq edilməsi məqsədilə Zaqafqaziya zonasında aparılan ekspedisiya xüsusilə maraqlı və məhsuldar olmuşdur. Onu da deyək ki, V. Tutayuq həmin ekspedisiyanın briqadiri kimi müəyyən yaşayış məntəqələrinin meyvə bağlarını sərbəst tədqiq etmək tapşırığı almışdır. Professor S. V. Krainski onu qozmeyvəlilər üzrə toplanmış materialın tədqiq edilməsi işinə cəlb etmişonlar birlikdə 100-ə qədər yunan qozu və fındıq bitkisinin botaniki təsvirini vermişdilər. Xatırladaq ki, bu, Validə xanımın ilk elmi işi idi.

Həmin dövrlərdə artıq MoskvaLeninqradda Azərbaycan  üçün milli kadrların hazırlanmasına başlanmışdır. Validə Tutayuqun fenomenal tədqiqatçılıq qabiliyyətinə malik olmasını görən akademik P. M. Jukovski ona çoxləçəkli çiçəyi olan bitkilərlə, xüsusilə onun ən maraqlı orqanı - çoxləçəkli çiçəklə məşğul olmağı təklif etmişdir. Validə xanımın namizədlik dissertasiyası “Şəbbügülündə çoxləçəkliliyin təbiəti” adlanırdı. O, bu obyekt üzərində birinci dəfə kiçik ixtira edir: şəbbügülün xaricdən steril çoxləçəkli çiçəklərində ləçəyin içərisində tozcuqla birlikdə toz kisəciyi inkişaf edir. Şəbbügülündə çoxləçəklilik nişanəsi içərisində müəyyən faiz çoxləçəkli nüsxələri olan adi çiçəyə malik toxumları vasitəsilə nəslə keçir.

Validə Tutayuq K. A. Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aspiranturasını bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qayıdır və 1939-cu ildən botanika kafedrasına başçılıq edir. Eyni zamanda, o, SSRİ-nin müxtəlif zonalarında örtülütoxumlu bitkilərin nümayəndələrində çoxləçəkli çiçəklərin tədqiqatını davam etdirir. Çoxləçəkli çiçəklərin öyrənilməsinə aid bütün materiallar bir yerə toplanaraq doktorluq dissertasiyasında yekunlaşdırılır. Beləliklə, Validə Tutayuq 1949-cu il mayın 11-də Leninqrad şəhərində, SSRİ Elmlər Akademiyası V. L. Komarov adına Botanika İnstitutunun elmi şurasında “Çoxləçəkli örtülütoxumluların embriologiyası” adlı doktorluq dissertasiyasını  uğurla müdafiə edir. O, həm də 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur.

Özünəməxsus tədqiqat üsulu və yaratdığı elmi əsərlər onu SSRİ-də və xarici ölkələrdə məşhur alimlərin sırasına çıxarmışdır. V. X. Tutayuq 1959-cu ilin avqustunda Kanadada (Monreal) keçirilən botaniklərin beynəlxalq konqresində çoxləçəkli çiçəklərin çoxillik tədqiqatının nəticələrinə dair ingilis dilində məruzə ilə çıxış edir. Həmin məruzəsi və “Çoxləçəkli çiçəklərin quruluşu” monoqrafiyasının dərc edilməsi müəllifi və onun tədqiqatlarını nəinki Sovet İttifaqında, hətta bir sıra xarici ölkələrdə də tanıtdırır.

Validə Tutayuq Azərbaycanda milli kadrların yetişməsində böyük əmək sərf etmişdir. Onun yetişdirdiyi milli kadrlar nəinki botanika kafedrasının formalaşmasında, eləcə də Azərbaycanda botanika elminin inkişafında yaxından iştirak edirdilər. 1957-ci ildə Azərbaycan EA-nın Botanika İnstitutuna direktor təyin olunan V. Tutayuq burada çalışdığı illərdə onlarca azərbaycanlı gənci LeninqradMoskva şəhərindəki BotanikaFiziologiya institutlarında müxtəlif ixtisaslar üzrə aspiranturaya göndərmişdir. Görkəmli azərbaycanlı alimin rəhbərliyi altında Aqrar Universitetin botanika kafedrasında Kiçik Qafqazın və  qərb rayonlarının, eləcə də   Naxçıvan MSSR-in otlaq sahələrinin geniş geobotanika  tədqiqatları  aparılmış  və onların yaxşılaşdırılmasına dair təkliflər  hazırlanmışdır.

Qarabağı, xüsusən də doğma Şuşanı hədsiz dərəcədə sevən Validə xanım orada  bitki aləminin öyrənilməsi üçün böyük elmi ekspedisiya təşkil etmişdir. Həmin ekspedisyada Qarabağın nadirendem bitkiləri toplanaraq çoxsaylı elmi məqalələr yazılmış və  100 minə yaxın herbari  toplanmışdır. İndi həmin nümunələr Azərbaycan Dövlət Aqrar Universitetinin  biologiya kafedrasının herbari fondunun əsasını təşkil edir. Elmi sunrətdə təyin edilmiş  bu herbarilər, əsasən, Kəlbəcər-Laçın ərazisində toplanmışdır. Qarabağ ekspedisiyasına cəlb edilmiş 100 nəfər alim və tələbə düşərgədə qurulmuş çadırlarda məskunlaşaraq bitki növlərini toplayır və elmi təyinat aparılırdı. Yeri gəlmişkən, Şuşanın cıdır düzünün “Xarı bülbül  bitkisinin bioekoloji xüsusiyyətləri ilk dəfə V. Tutayuq  tərəfindən öyrənilərək elmi məqalə formasında çap edilmişdir. Bundan sonra bütün dünya botanikləri bu nadir bitkinin məhz Şuşa endemi olduğunu qəbul etmişlər.

Akademik Validə Xaspolad qızı Tutayuq Azərbaycanda ilk dəfə olaraq bitki anatomiyası və morfologiyası, sitologiyası və filogeniyası sahəsində elmi işlər aparmış, Azərbaycanın  milliBitki anatomiya”sı məktəbini yaratmışdır. O, həm də Azərbaycan dilində ilkBitki anatomiyası və morfologiyası” (1958, 1967, 1979) dərsliklərini yazmışdır. Sonralar həmin dərsliklər rus (1972, 1980, Moskva şəhəri), gürcü (1984) və başqa dillərə tərcümə edilmişdir.

Validə xanımın rəhbərliyi altında Ü.Ağamirov, G. Ağayev, İ. Qədirov, S.Qədimova, L. Sadıqova, L. Turçaninova, C. Bağırov, B. Mehtiyeva, B.Əliyev, Y. Allahverdiyev, Z. Hümbətov, Z.İsmayılova və başqaları tərəfindən müxtəlif iqlimtorpaq şəraitində bitən ağac, kol, bəzək, meşə yem bitkilərinin morfo-anatomikekoloji xüsusiyyətləri, ağackol bitkilərinin assimilyasiya etməyən orqanlarındakı yaşıl plastidlərin təbiəti, talış meşələrinin üçüncü dövr nümayəndələrinin morfo-anatomik morfoloji xüsusiyyətlərinin öyrənilməsi, “Örtülü toxumluların mənşəyi və onların qədim qrupları”, “Çiçəyin teretologiyası”, talış meşələrinin ağac reliktləri və s. əsərlər yazılmışdır.

Tanınmış pedaqoq alim Validə Tutayuqun  oxuduğu hər bir mühazirə tələbələr tərəfindən xüsusi maraqla qarşılanardı. Onun aydın  diksiyası, səs tonunun ahəngliyi, təqdim olunan mövzunu tələbələrə elmi dəlillər və həyati misallarla çatdırması mühazirəni sanki nağıllar aləminə çevirirdi. Validə xanımın  universitetimizdə  yaratdığı biologiya kafedrasında çalışan keçmiş tələbələri bu ən-ənəni indidavam etdirirlər.

Akademik V. X. Tutayuq  Azərbaycan  elminin  inkişafında,  yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarının, habelə elmi-pedaqoji işçilərin hazırlanmasında göstərdiyi xidmətlərə görə “Əməkdar  elm  xadimi  adına layiq görülmüş, bir sıra ordenmedallarla təltif edilmişdir.

Validə xanım ulu öndərimiz  Heydər Əliyevə çox böyük rəğbət bəsləyirdi.    O, öz tələbələrinə ümummilli liderimizlə olan şəxsi görüşləri haqqında ürək dolusu ilə söhbət açardı. Heydər Əliyevin Siyasi Büroya üzv seçilməsi Validə xanımı hədsiz dərəcədə sevindirmişdi. Hətta o, teleqram vurub Heydər Əliyevi bu münasibətilə Azərbaycan ziyalıları adından təbrik etmişdi. O, həmişə deyərdi ki, Heydər Əliyev Azərbaycanın qəhrəman oğludur, xalqımızın gələcəyidir, onun Siyasi Büroya üzv seçilməsi Azərbaycana çox xeyir gətirəcəkdir. Validə xanım xatirələrində söyləyirdi ki, Heydər Əliyevlə görüşəndə ona 11 kitabımı və elmi monaqrafiyamı bağışlamışdım. Təsadüfi deyildi ki, Azərbaycan  Milli  Elmlər Akademiyasının  50  illik yubileyində ulu öndər demişdir: “Validə xanım mənə 11 kitabını bağışlayıb, mən onlarla tanış oldum, kitabda Azərbaycan təbiəti və  bitkilər aləmi  elmi dəllilərlə tədqiq olunur. Bu  kitablar elmin inkişafı   ilə bərabər, Azərbaycanın  dünyada tanınmasına da xidmət edir, digər alimlər də öz işlərində Validə xanım kimi olmalıdır”.

Ümummilli lider Heydər Əliyev 2000-ci ildə  Gəncədə sakinlərlə görüşü zamanı isə belə demişdir: “ Bəli, mən Validə xanımı yaxşı tanıyırdım. O, çox böyük bir alim idi, ona böyük hörmətim var idi. Allah ona rəhmət eləsin! Mən  Naxçıvanda orta məktəbdə oxuyanda Validə xanımın böyük qardaşı Murad Tutayuq mənim fizika müəllimim olubdur.  Murad Tutayuq çox yaxşı bir müəllim idi. Əlbəttə, onda mən Validə xanımı tanımırdım. Mən gənc idim. Orta məktəbi 16 yaşında bitirmişdim. Amma 16 yaşına qədər biz üç il fizika keçirdik - onu Validə xanımın qardaşı Murad Tutayuq aparırdı və mənə də çox yaxşı  təhsil verdi. Çünki fizika, riyaziyyat,  başqa  elmləri,  ümumiyyətlə,  mən hamısını yaxşı öyrənmişdim. Amma onları daha da yaxşı bilirdim”.

Validə Tutayuq təbiət vurğunu idi. O, bitkilərin insanı başa düşməsi və pis niyyətləri hiss etməsini,  hətta onların  küləklə  rəqs  etməsini, nəğmə deməsini poetik surətdə izah edirdi. Validə Tutayuq ekspremental surətdə müsiqinin çiçəklərin asanlıqla açılmasına    daha  da  təravətli olmasına  təsir etməsini elmi mülahizələrlə sübut etmişdir. Təbiəti,  poeziyanı və  yaradıcılığı hədsiz dərəcədə  sevən Validə xanım hətta dahi bəstəkarımız Fikrət Əmirovla birlikdə “Xarı bülbül” adlı opera da yazmağa başlamışdı. Təəssüf ki, amansız ölüm hər iki korifeyin işlərini yarımçıq qoydu.

Validə xanım mənəvi cəhətdən çox sağlam bir insan idi. Allaha çox inanırdı,  müqəddəs kitabımız Qurani-Kərimi otağında saxlayırdı. İraqa səfəri zamanı  sovet səfirliyindən icazə alaraq İmam Hüseynin qəbrini ziyarət edəndə xalqımıza, ailəsinə xoşbəxtlik arzuladığını diləmişdi.

Validə Tutayuq 1980-ci il dekabrın 12-də dünyasını dəyişdi. Bu, onun doğmaları ilə yanaşı, tələbələri üçünson dərəcə ağır itki idi.

 

Zaur HÜMBƏTOV,

 

Azərbaycan  Dövlət  Aqrar Universitetinin

Validə Tutayuq adına biologiya kafedrasının müdiri,

biologiya elmləri doktoru,

 

Bəhman ƏLİYEV,

kafedranın professoru

 

Xalq qəzeti.- 2014.- 1 iyun.- S.7.