“Azərbaycanın regionları. Yeni inkişaf

dövrü” üçcildliyi çapdan çıxmışdır

 

 “Azərbaycanın regionları. Yeni inkişaf dövrü” adlı üçcildlik nəşr bu günlərdə işıq üzü görmüşdür. Nəfis şəkildə çap olunmuş, yüksək zövqlü bədii tərtibata və poliqrafik keyfiyyətə malik bu nəşr Azərbaycan Respublikası Prezidentinin katibliyi tərəfindən buraxılmışdır. Nəşrin hazırlanmasında Prezidentin mətbuat katibi xidmətinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuşdur.

 

Prezidentin katibliyindən AzərTAc-a bildirmişlər ki, nəşr Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən proqramların - Azərbaycan  Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və  Azərbaycan  Respublikası Prezidentinin  2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş   “Azərbaycan Respublikası regionlarının   2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı dövlətimizin başçısı tərəfindən qəbul edilmiş bir sıra digər sərəncamların icrası sahəsində görülən işləri əks etdirir.

Azərbaycanın regionlarında görülən işlərin, həyata keçirilən proqramların ətraflı, əhatəli və sistemli şəkildə işıqlandırılmasına xidmət edən mükəmməl struktura malik bu nəşr Prezident İlham Əliyevin aşağıdakı sözləri ilə başlayır:

Bizim gözəl iqlimimiz, təbiətimiz, torpağımız var, əlverişli coğrafi vəziyyətimiz,  zəngin təbii ehtiyatlarımız, gözəl, istedadlı insanlarımız var. Bunlar olan halda, biz mütləq və mütləq Azərbaycanı müasir, zəngin, qüdrətli dövlətə çevirməliyik və çevirəcəyik.

Azərbaycanın hərtərəfli inkişafı bölgələrin inkişafından asılıdır. Məhz buna görə də biz bölgələrə yeni infrastruktur gətirməyə çalışırıq. Yaradılan müəssisələr, fabriklər, zavodlar bölgələrin inkişafına xidmət edir. Mənim məqsədim ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin və dünyadakı ən yüksək səviyyə, ən yüksək standartlar Azərbaycanın hər bir yerində tətbiq olunsun, bölgələrdə, rayonlarda dünya standartlarına cavab verən infrastruktur obyektləri, idman qurğuları, tibb ocaqları, məktəblər, zavodlar, fabriklər istifadəyə verilsin.

Əminəm ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır,  Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik. Biz düz yolla gedirik - bu yol inkişaf yoludur".

Nəşrin 1-ci cildinin əvvəlində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə əlaqədar keçirilmiş konfranslarda Prezident İlham Əliyevin nitqləri verilmişdir.

Birinci cildə daxil edilmiş “Naxçıvan iqtisadi rayonu”, “Abşeron iqtisadi rayonu” və “Aran iqtisadi rayonu” bölmələrində adıçəkilən regionlarda iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilmiş layihələr barədə rəngarəng illüstrativ və məlumat xarakterli materiallar dərc edilmişdir.

İkinci cildə “Dağlıq Şirvan iqtisadi rayonu”, “Gəncə-Qazax iqtisadi rayonu”, “Quba-Xaçmaz iqtisadi rayonu” və “Lənkəran iqtisadi rayonu”, üçüncü cildə isə “Şəki-Zaqatala iqtisadi rayonu”, “Yuxarı Qarabağ iqtisadi rayonu” bölmələri daxil edilmişdir. Üçüncü cildin sonunda verilmiş “Əlavələr” bölməsində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər barədə dövlətimizin başçısının sərəncamları daxil edilmişdir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizin möhkəm iqtisadi təməli yaradılmış, hərtərəfli inkişaf yolu dönməz xarakter almışdır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli fərmanının davamı olaraq 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq olunmuş “2004-2008-ci illər üçün Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafına yol açmışdır.

Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən Dövlət Proqramı ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini - neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla ölkənin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.

Dövlət Proqramı ölkənin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən müddətdə öz bariz təsdiqini tapmış, regionların siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta və digər iri şəhərlərə axını səngiyərək əks proses başlanmış, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artmışdır. Bu gün hər bir ailə, hər bir vətəndaş Dövlət Proqramının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Proqramın uğurlu icrasını və beş ildə bütün sahələrdə əldə olunmuş nailiyyətləri real qiymətləndirən Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi, bölgələrin infrastrukturkommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifahının daha da yüksəldilməsi yeni proqramın əsas hədəfləri  kimi müəyyən edilmişdir.

Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi irəli sürülmüşdür.

Dövlət proqramlarının icrası nəticəsində ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir.

İki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmışdır. İnvestisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, ölkədə 1 milyon 240 min yeni yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.

Bütövlükdə 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə - 55.615 yeni müəssisə açılmışdır. Yeni yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə,  2013-cü ildə isə 5,3 faizə enmişdir.

Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilmişbu layihələr hesabına 110 minədək yeni yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan yerlərinin isə 81 faizi regionların payına düşür.

Böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin vergilərdən azad olunması, fermerlərə subsidiyaların verilməsi, “Aqrolizinq” xətti ilə onların güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası, avadanlıq, toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi, dövlətin dəstəyi ilə regionlarda aqroservislərin və logistik mərkəzlərin yaradılması ölkə iqtisadiyyatının inkişafının mühüm istiqamətlərindəndir.

Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində bu gün regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılmış, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmışdır.

Son 10 ildə inşa edilmişya əsaslı təmir olunmuş yüzlərlə  su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli suenerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə dövlətimizin başçısının  müvafiq qərarları ilə  Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır və hazırda digər iri sənaye mərkəzlərinin təşkili işi həyata keçirilir.

Son 10 il ərzində regionlarda 500-dən çox iri sənaye müəssisəsi, o cümlədən Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlığı, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, habelə yüzlərlə digər istehsalemal müəssisələri fəaliyyətə başlamışdır.

I və II Dövlət proqramlarında infrastruktur layihələrinin icrası prioritet məsələ olmuşdur. 10 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası, o cümlədən regionlarda 10 elektrik stansiyası  - “Şahdağ” , “Sumqayıt”, “Cənub” , “Füzuli” , “Qusar-1", ”İsmayıllı-1", “Göyçay-1", ”Biləv", Arpaçay və Taxtakörpü su elektrik stansiyaları tikilib istifadəyə verilmiş, 10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. İndi ölkənin ümumi generasiya gücü artıq 6300 meqavata çatdırılmışdır ki,?bunun da 2300 meqavatı son on il ərzində yaradılmışdır. Bu gün ölkənin enerji təhlükəsizliyi artıqlaması ilə təmin edilmiş, təxminən 600-700 meqavat həcmində ixrac potensialı yaradılmışdır. Ölkədə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqon və tədris mərkəzi istifadəyə verilmişdir.

2004-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılmışdır. Ölkə əhalisi üzrə qaz abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min kilometrə yaxın boru xətti əsaslı təmir olunmuşdur. Qazlaşdırma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunmuş, 41 qazpaylayıcı stansiya yenidən qurulmuş və ən müasir qurğularla təchiz olunmuşdur. 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qaz verilməsi bərpa edilmiş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə olaraq təbii qazla təmin edilmişdir.

Sosial infrastrukturun yaradılması ilə bağlı son on il ərzində böyük işlər görülmüşdür. Dövlət proqramlarına uyğun olaraq artıq 22 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

I və II proqramlar çərçivəsində regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya xətti, 96 su anbarı, 39 sukanalizasiya nasos stansiyası tikilmişdir. Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır. Bakıda 10 il bundan əvvəl cəmi 29 faiz əhali 24 saat ərzində su ilə təmin edilirdisə, indi bütün gün ərzində tam su təminatı əhalinin 78 faizini əhatə edir.

Ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olmuş, magistral yolların,?şəhərlərarası və kəndlərarası yolların, şəhərdaxili və kənddaxili yolların tikintisi, təmiri  və yenidən qurulması işləri geniş vüsət almışdır.

Ümumilikdə 2004-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpüyolötürücü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iriorta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşların istifadəsinə verilmişdir. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Azərbaycan düzgün yoldadır. Bizim apardığımız siyasət real işlərdə - insanların həyat səviyyəsinin yaxşılaşmasında, şəhərlərimizin gözəlləşməsində, ölkəmizin güclənməsində və Azərbaycanın iqtisadi inkişafında özünü göstərir.

Bu gün bölgələrdə vəziyyət tamamilə dəyişmişdir. Yeni müəssisələr, fabriklər yaradılır, abadlıq işləri sürətlə gedir, iri infrastruktur layihələri həyata keçirilir. Biz bunu dünyada mövcud olan ən yüksək səviyyədə edirik. Bölgələrin inkişafı nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin olunur.

Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq edirik, ən yeni texnologiyaları Azərbaycana gətiririk. Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir. Bizim yolumuz inkişaf yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik".

Bu dövrdə əhəmiyyətli ekoloji tədbirlər həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi iki dəfə artırılaraq 900 min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və bəzək kolu əkilmişdir.

Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilmiş, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet istifadəçisidir.

Proqramlar çərçivəsində regionlarda 2708 məktəb, 38-i mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti  tikilmişya əsaslı təmir olunmuş, 41 Olimpiya İdman Kompleksi yaradılmışdır.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə regionlarda uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.

Ümumilikdə 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir. Son 10 ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə və məhəllə salınmış, burada 37 min ailə yerləşdirilmiş, 170 minə yaxın köçkün yeni evlərə köçürülmüşdür. Qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbə və məhəllələrdə 120 orta məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788 mənzilli, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Turizmin inkişafı ilə bağlı atılan böyük addımlar, xüsusilə bölgələrdə hər cür şəraiti olan otellərin  istifadəyə verilməsi,?yeni turizm mərkəzlərinin açılması Azərbaycanın zəngin turizm potensialını ölkənin inkişafına, xalqın rifahının yaxşılaşmasına yönəltmək məqsədlərinə xidmət edir. Son beş ildə QusardaŞahdağ” Qış-Yay Turizm Kompleksinin, Qəbələdə “Tufan” Dağ-Xizək Mərkəzinin yaradılması Azərbaycanda turizmin inkişafı üçün mövcud imkanlardan səmərəli və yaradıcı istifadənin bariz ifadəsidir. Bu gün artıq keçmiş şöhrətini bərpa etməkdə olan Naftalanda inşa edilmiş möhtəşəm “Çinar” və “Qaşaltı” otel kompleksləri buranı turizm və sağlamlıq mərkəzi kimi daha cazibədar etmişdir. Bütövlükdə ötən müddətdə 14-ü beşulduzlu otel olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafında yeni mərhələ açmışdır.

2012-ci ilin sonundan ölkə paytaxtında fəaliyyətə başlamış “ASAN xidmət”in artıq  Gəncə və Sumqayıt şəhərlərində mərkəzləri vardır. Sırf Azərbaycan məhsulu, ixtirası və brendi olan, gündən-günə  regionlarda da öz xidmət dairəsini genişləndirən “ASAN xidmət” əhaliyə qayğı, onun rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini gerçəkləşdirir.

İstehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən müəssisələrin, komplekslərin yaradılması sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli,  çoxşaxəli və sistemli sosial-iqtisadi siyasət, genişmiqyaslı quruculuq işləri bu gün Azərbaycanı müasir, dinamik inkişaf edən, iqtisadi cəhətdən qüdrətli ölkəyə, çiçəklənən bir diyara çevirməklə, xalqımızın rifahını gündən-günə yaxşılaşdırmaqla yanaşı, müstəqilliyimizin möhkəmlənməsinə, əbədiliyinə və dönməzliyinə birbaşa xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Biz regionların sosial-iqtisadi inkişafının bütün istiqamətlərində istədiyimizə nail ola bilmişik. Bu gün regionların siması dəyişir, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşir, gözəlləşir, abadlaşır. Bölgələrdə iri infrastruktur layihələri icra edilir, sosial obyektlərin tikintisi həyata keçirilir.

Bizim ildən-ilə artan iqtisadi imkanlarımız bizə şərait yaradır ki, quraq, yaradaq, tikək, ölkəmizi abadlaşdıraq, güclü infrastruktur yaradaq. Bununla da Azərbaycanın gücü artır.

Azərbaycan yüksək sürətlə inkişaf edir. Biz bunu həyatda görürük, bölgələrin inkişafında, bölgələrdə yaradılan müasir iqtisadi, sənaye, nəqliyyat, səhiyyə, təhsil infrastrukturunda görürük. Biz bütün bu işlərlə Azərbaycanın hərtərəfli inkişafına nail ola bilmişik".

Regionlarımızda aparılan irimiqyaslı tikinti, abadlıq və quruculuq işləri, insanlarımızın yüksək səviyyəli həyat tərzinin təmin edilməsi məqsədilə inşa olunan ən müasir sosial obyektlər, gerçəkləşdirilən nəhəng infrastruktur layihələri, yaradılan güclü iqtisadi potensial, kənd, qəsəbə və şəhərlərimizin başdan-başa dəyişən siması 3 cildliyin müvafiq bölmələrində özünün dolğun, müfəssəl illüstrativinformativ əksini tapmışdır. Nəşr son on ildə Azərbaycanın sürətli, dinamik, hərtərəfli və irimiqyaslı sosial-iqtisadi inkişafı barədə indiki və gələcək nəsillərdə aydın təsəvvür yaratmaq üçün istifadə oluna bilən sanballı əyani vəsaitdir.

 

Xalq qəzeti.- 2014.- 4 iyun.- S.5.