Kooperasiyaların yaradılması kənd

təsərrüfatının inkişafının etibarlı yoludur

 

 Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli fərmanında kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin hazırlanması tapşırılmışdır.

 

Kooperasiyalar kənd təsərrüfatı istehsalçılarına nə verəcəkdir? Başqa sözlə, kooperasiyaların təşkili hansı problemlərin həllinə kömək edəcəkdir? Zənnimcə, aşağıdakı məsələlərin həlli:

 – kənd rayonlarının istehsal etdikləri məhsullara, relyefiqlim şəraitinə görə ixtisaslaşdırılması;

– kənd təsərrüfatında intensiv inkişafın, müasir texnologiyaların tətbiqi, istehsalın təşkili və yeni idarəetmə sisteminin yaradılması;

– kənd təsərrüfatında elmi nailiyyyətlərin və qabaqcıl təcrübənin tətbiqi;      

– kənd təsərrüfatı mütəxəssislərinin məşğulluq səviyyəsinin yüksəlməsinə və onların ixtisaslarının artırılması üçün təkmilləşdirilmə kurslarının təşkili;

 – istehsalçıların texnika, kənd təsərrüfatı maşınları və s. avadanlıqlarla asan lizinq yolu ilə təmin olunması;

– torpaqların fiziki-kimyəvi xassəsi və mexaniki strukturunun yaxşılaşdırılması üçün mineralüzvi gübrələrdən müasir texnologiya əsasında istifadə edilməsi;

– əkin sahələri üçün əkin yerlərində meliorasiya, irriqasiya və açıq-qapalı dren kollektor şəbəkəsinin hazırlanması üçün əlverişli şəraitin yaradılması;

istehsal sahələrindən yüksək məhsul əldə etməklə bazarlarda ərzaq məhsullarının qiymətinin tənzimlənməsi;

– kənd təsərrüfatı məhsulları istehsalçılarına yüksək məhsuldar toxumların və cins mal-qaranın verilməsi yollarının asanlaşdırılması və güzəştli kredit şərtlərinin nəzərə alınması;

– məhsul istehsalının artırılması nəticəsində emal müəssisələrinin və istehsalın  istehlakı üçün özəl və dövlət tədarük təşkilatlarının yaradılması;

– ailə və kəndli fermer təsərrüfatlarının birləşdirilməsində onların bir-birilə torpaq sərhədlərində çəkdikləri faydasız su arxlarının və əkdikləri bar verməyən böyük çətir quruluşuna malik olan  ağaclar (əsasən söyüd ağacları) nəticəsində torpağın məhv olmasının qarşısının alınması və eyni zamanda, yeni yaradılacaq əkin yerlərinin ətrafında tarlaqoruyucu meşə zolaqlarının salınması ilə torpaqların erroziyasının qarşısını almaqla müntəzəm olaraq atmosferin transprasiya edilməsi;

— bitkilərin zərərverici və xəstəlik törədicisi olan mikroorqanizmlərə qarşı tədbirlərdə mütərrəqi üsulların tətbiqi və s. mümkün olacaqdır.

Göstərilənlərdən mövcud vəziyyətdə kənd təsərrüfatı bitkilərinə xəstəlik və zərərvericilərin zərər vurmasının azaldılmasında kooperasiyaların rolu haqqında məlumatı diqqətə çatdırırıq: Ölkəmizdə 1996-cı ildə torpaq islahatı aparılmışdır. Təxminən 1.400.000 hektar əkin yeri adambaşına 0,10-0,86 hektar olmaqla 2 milyon nəfərə yaxın torpaq mülkiyyətçilərinə paylanmışdır. Düzdür, bəzi ailələrin say tərkibindən asılı olaraq, onlara verilən torpaq sahələrinin ən böyüyü 3-5 hektar arasında olmuşdur. Bu, göstərilən ailələrin çox az qismini təşkil edir. Bir əkin yerində ayrı-ayrı  ailələrin pay torpaqlarının yerləşməsi və onların müxtəlif əkin sahələrindən (yem bitkiləri, kartof, bostan-tərəvəz, taxıl və s. bitkiləri əkilməsi) istifadə etməsi xəstəlik, zərərverici və alaq otlarının inkişafına müsbət təsir edir. Bu da istehsal olunan məhsulun xeyli itkisinə səbəb olur. Bəzən əkin sahələrində bir torpaq mülkiyyətçisinin öz sahəsində apardığı aqrotexniki və kimyəvi mübarizənin nəticəsinin səmərəsi qonşu mülkiyyətçinin sahəsinə münasibətindən asılı olur. Belə ki, qonşu öz sahəsində heç bir aqrotexniki tədbir görmürsə, onda onun ətrafında aparılan mübarizənin nəticəsi olmur. Nəticədə zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirini aparan torpaq mülkiyyətçinin məhsul istehsalına çəkdiyi xərc maya dəyərindən yüksək olur. Digər tərəfdən, hər iqtisadi zonaya aid olan növbəli əkin sistemindən istifadə olunmaması və torpaq mülkiyyətçilərinin kənd təsərrüfatına aid ixtisas təhsilinin olmadığına görə məhsuldarlığın aşağı düşməsinə səbəb olmaqla bərabər bitkilərə zərər verən mikroorqanizmlərin kütləvi şəkildə çoxalmasına gətirib çıxarır. Yaranmış vəziyyətdən çıxış yolu isə iri kooperasiyaların yaradılmasıdır.

Respublikamızda ötən əsrin 70-80-ci illərdə rekord məhsul istehsal edilmişdir. Yəni bir ildə üzüm plantasiyalarından  2.125.000 ton və pambıq tarlalarından 1.000.000 tondan çox xam pambıq istehsal edilmişdir. Sözsüz ki, burada bitkilərə zərər verən mikroorqanizmlərə qarşı kimyəvi mübarizənin böyük rolu olmuşdur. O, dövrdə yaşayış məntəqələrinin ətrafında üzüm plantasiyaları, pambıq tarlaları və dənli-taxıl sahələrində aparılan kimyəvi mübarizə tədbirində əkin sahələrindən başqa, ətrafda yaşayan insanheyvanlar üçün təhlükə mənbəyi olan göbələklər, bakteriyalar, viruslarilk dəfə 1881-ci ildə fransız alimi Laveren tərəfindən kəşf edilən malyariya paraziti də məhv edilirdi.

Azərbaycan florasının tərkibində 4100-dən çox bitki növü vardır. Bu bitkilərin inkişafına müxtəlif canlılar— həşəratlar, gənələr, ilbizlər, nematodlar, siçan və siçanabənzər gəmiricilər, göbələklər, bakteriyalar, viruslaralaq otları həddindən artıq zərər vururlar.

Həşəratlar sinfinin 64000 növünün xeyli hissəsinin respublikamızda kənd təsərrüfatı bitkilərinə zərər vurması qeydə alınmışdır. O cümlədən, bunun 4000 növü bitkilər üçün olduqca təhlükəli zərərvericilər sayılır.

Göbələklərin 6 sinifdən ibarət olmaqla, 100.000 növü elmə məlumdur. Bunun da 90 faizdən çoxu bitkilər üçün təhlükəli xəstəliklər törədirlər. Xarici şəraitin uyğunsuzluğu nəticəsində  göbələklər tərəfindən, adətən, hərarətin, rütubətin, işığın, küləyin, şaxtanın, yaxud başqa amillərin bitkilərin inkişafına lazım olan tələbatdan artıq və əskik olması nəticəsində baş verir ki, bu da orqanizmlərdə ümumi inkişafı zəiflədir, yaxud dayandırır. Nəticədə bitkilərdə müxtəlif sormalar, ümumi zəiflik baş verir, yaxud tam tələfolma ilə qurtarır.

Bakteriyaların uzunluğu 0,5-4,5 mikron, eni isə 0,3-0,6 mikrondur. Torpağın hər qramında 6 formada yüz milyonlarla bakteriya olur. Onlar bitkilərdə, heyvanlardainsanlarda müxtəlif qorxulu xəstəliklər törədir. Bakteriyaların yayılması əsas etibarilə hava cərəyanı, su, həşəratlar, heyvanlar, quşlarinsanlar tərəfindən ola bilər. Bakteriyalar bitkilər üzərində müxtəlif ləkələr, şişlər, sormalar, çürümələr və başqa hallar törədə bilir. Bu proseslərin nəticəsində bitkilərdə potoloji dəyişiklər yaranır, beləliklə, bitkilərdə maddələr mübadiləsi pozulur. Bu pozulma onların boylarının aşağı olmasına, inkişafın zəifləməsinə , məhsuldarlığın aşağı düşməsinə və nəhayət, bitkilərin məhvinə səbəb olur.

Viruslar törədikləri xəstəliyin əlamətinə görə 4 tipə bölünür. Xəstəliklər keçici olduğundan onların təbiəti parazit formada törənən xəstəliklərə daha çox uyğun gəlir. Viruslarda bitkidən-bitkiyə keçmə qabiliyyəti olduğundan onlarakeçici viruslardeyilir. Virusun əsas mənası “zəhər” deməkdir. Bunlara çox vaxt filtrdən keçən viruslar deyilir, çünki virus xəstəliklərini törədən amillər ən kiçik mikroorqanizmlərin keçə bilmədiyi bakterioloji filtrlərdən belə keçir və bitkilərdə xəstəliklər törədir. Viruslar bitki hüceyrəsinə daxil olduqdan sonra çox asanlıqla hüceyrədən-hüceyrəyə, toxumadan-toxumaya yayılır. Son illərdə respublikamızın dənli taxıl sahələrində yeni virusların əmələ gəlməsi xəbəri yayılmışdır. Alimlərimizin araşdırması nəticəsində məlum olmuşdur ki, bu viruslar yeni deyildir, onların bitkiləri zədələməsi prosesi daha çox olduğu üçün indi görünür. Həmin virusların sarı cırtdan və mozaika növlərinin 2013-cü ildə qonşu Rusiya Fedorasiyasının Stavropol vilayətinin 285,500 hektar dənli-taxıl sahəsində nəzərə çarpacaq dərəcədə xəstəlik törətməsi qeydə alınmışdır.

Hər il dünya miqyasında zərərverici, xəstəlik və alaq otlarının təsiri nəticəsində 75 milyard ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları azalır, bu da potensial məhsulun 34,9 faizini, yaxud həqiqi məhsulun 54 faizini təşkil edir. Göstərilən itkinin 13,8 faizi zərərvericilər, 11,6 faizi  xəstəliklər və 9,5 faizi isə alaq otları hesabına olmuşdur.

Kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul almaq üçün zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı kompleks kimyəvi mübarizə tədbirlərinin aparılması böyük rol oynayır. Bu müsbət cəhətləri ilə yanaşı, kimyəvi mübarizədə mənfi xüsusiyyətlər də  meydana çıxır: insan və heyvanların zəhərlənmə qorxusu, ekologiyanın çirklənməsi və s. Hazırda təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi bəşəriyyət qarşısında duran ən vacib problemlərdən biri kimi ümumidövlət əhəmiyyətli qərar və sənədlərdə tez-tez öz əksini tapır.

Akademik Zelinski demişdir: “Kimya elə gözəllik aləmidir ki, orada insanların xoşbəxtliyi gizlənmişdir”. Pestisidləri o yerdə tətbiq etmək lazımdır ki, orada məhsulun real azalması və onun keyfiyyətinin aşağı düşməsi qorxusu olsun.   Buna görə də kimyəvi mübarizəni düzgün və məhdudlaşmış qaydada hazırlanması məqsədilə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Universiteti) bitki mühafizəsi fakültəsi yaradılmışdır. Bu sahədə xeyli kadr hazırlandığı üçün o dövrdə kimyəvi mübarizə üsulu ilə yanaşı, bioloji mübarizə (entomofaq və yırtıcı böcəklərdən) üsulundan da istifadə edilmişdir.

Keçmiş sovxozkolxozlarda aparılan islahatlar nəticəsində bitki mühafizəsi üzrə mütəxəsislər yerlərini itirdiklərinə görə, bir hissəsi peşələrini dəyişərək başqa sahə ilə məşğul olurlar.

 Möhtərəm Prezidentimiz  İlham Əliyevin imzaladığı yeni fərmanda kənd təsərrüfat kooperasiyalarında yeni elmi texnologiyaların tətbiqi üçün aqrar sahə üzrə kadrların hazırlanması və respublikaya idxal olunan zəhərli kimyəvi maddələrin istifadəsinin hüquqi normativ sənədlər əsasında  tənzimlənməsi məqsədilə tapşırıqlar verilmişdir.

Əhalimizi geni dəyişdirilməmiş ərzaq məhsulları ilə təmin etməyin  idxaldan azad olunmağın yeganə yolu  kooperasiyaların yaradılmasıdır. Kənd təsərrüfatı kooperasiyalarının yaradılmasına və aqrar sahənin inkişafına daimi diqqət və qayğı göstərdiyinə görə  Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

 

Xanoğlan ƏZİMOV,

 

Füzuli Rayon Məşğulluq Mərkəzinin direktoru

 

Xalq qəzeti.- 2014.- 8 iyun.- S.5.