“Milli–mənəvi dəyərlərin qorunması qloballaşan dünyamızın aktual problemidir

 

 

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci və Azərbaycanda siyasi hakimiyyətə qayıdışının 21-ci ildönümlərinə həsr olunmuş “Milli–mənəvi dəyərlərin qorunması qloballaşan dünyamızın aktual problemidirmövzusunda elmi-praktik konfrans keçirilmişdir.

 

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra  universitetin rektoru Eldar Qəhrəmanov tədbiri açaraq konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, milli-mənəvi dəyərlərin qorunması hər bir xalqonun dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edir. Xalqlar və millətlər bəşər tarixində özünəməxsus yerini yalnız bu dəyərlərə və onun fərqləndirici xüsusiyyətlərinə görə tanıdır. Rektor qeyd etmişdir ki, Azərbaycan xalqı və dövləti qədim zəngin mədəniyyəti, tarixi, adət və ənənələri, tolerantlığı, bəşər dəyərlərinə verdiyi önəm və tarixi şəxsiyyətləri ilə tanınmışdır. Natiq  milli-mənəvi dəyərlərimizi qorumağın,  onlara sahib çıxmağın, dərindən bilməyin və bu proseslərə tarixi-fəlsəfi aspektdən önəm verməyin mühüm olduğunu xüsusilə vurğulamışdır.

 

Eldar Qəhrəmanov diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyevin zəngin irsini və dövlətçilik təcrübəsini öyrənərkən ulu öndərin milli- mənəvi dəyərlərimizin qorunmasına necə böyük önəm verdiyini aydın görürük.

 

Konfransın plenar iclasında Milli Məclisin deputatları Yaqub Mahmudov və Məlahət İbrahimqızı çıxış edərək milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında dövlətlərin və xalqların rolunu xüsusilə vurğulamışlar. Bildirmişlər ki, milli-mənəvi dəyərlər hər bir xalqın qürur mənbəyidir. Hər kəs öz mədəniyyətinə, tarixinə, incəsənətinə xüsusi diqqətlə yanaşmalıdır. Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi bütün istiqamətlərdə qorumalı, saxlamalı və gənc nəsli bu ruhda tərbiyələndirməliyik.

 

Natiqlər qeyd etmişlər ki, zəngin qədim tarixə və mədəniyyətə malik Azərbaycan xalqı  tarixin bütün mərhələlərində bəşəriyyətə “Kitabi-Dədə Qorqud”,  Nizami Gəncəvi, Füzuli, Üzeyir Hacıbəyli, Lüfi-zadə və digər zəngin mədəniyyət nümunələri və görkəmli şəxsiyyətlər bəxş etmişdir.

 

Konfransda, həmçinin ölkəmizdə milli-mədəni dəyərlərimizin qorunub saxlanılmasında görülmüş işlərdən danışılmış, ümummilli lider Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısından söhbət açılmışdır. Eyni zamanda,  Prezident İlham Əliyevin daim qədim mədəni irsimizin, incəsənətimizin qorunmasına və təbliğ olunmasına böyük önəm verməsi diqqətə çatdırılmışdır.

 

Konfransda  deyilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın həyata keçirdiyi çoxşaxəli layihələr milli mənəvi dəyərlərimizin qorunmasına və tanıdılmasına xidmət edir. Mehriban xanım Əliyevanın qətiyyətli səyləri nəticəsində muğamımız, Azərbaycanın qədim çövkən oyunubir sıra qədim tarixi-mədəni abidələrimiz UNESCO-nun Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

 

Konfrans işiniQloballaşmamultikulturalizm”, “Qloballaşmanın sosial iqtisadi proseslərə təsiri”, “Qloballaşma şəraitində milli mənəvi dəyərlər və islam dini”, “Müasir qloballaşmadilçiliyin aktual problemləri” bölmələri üzrə davam etdirmişdir.

 

 

 

Vaqif BAYRAMOV,

 

Xalq qəzeti”. – 2014. – 10 iyun. – S. 7.