Ukraynada Azərbaycan diasporu televiziya kanalı açmışdır

 

Ukraynadakı Azərbaycan diasporunun internet üzərindən yayımlanacaq televiziya kanalı  - “Diaspora TV” fəaliyyətə başlamışdır.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporutərəfindən təsis olunmuş telekanalın məqsədi Azərbaycanın mədəniyyətini,  tarixini, qazanlmış uğurlarımızı, ölkəmiz haqqında həqiqətləri dünya ictimayyətinə təqdim etməkdir. Telekanal, həmçinin, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandıracaq onlara informasiya dəstəyi göstərəcəkdir.

 

Sutkada 18 saat efirdə olacaq “Diaspora TV”-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq Ukrayna ali məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanacaq. Kanalın xəbərlər xidməti CNN, Reuters BBC şirkətləri  ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutmuşdur. “Diaspora TV”-nin efirə verəcəyi proqramda  Azərbaycanın sosial-siyasi mədəni həyatından bəhs edən müəllif proqramları, müxtəlif tok-şoular, musiqili-əyləncəli, intellektual oyun maarifləndirici verilişlər xüsusi yer tutacaq. Verilişlərin Azərbaycan, rus, Ukrayna, ingilis digər dillərdə yayımlanması nəzərdə tutulur. Telekanal Ukraynanın, Rusiyanın digər ölkələrin aparıcı distribütor şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.

 

 

 

Samirə ƏLİYEVA,

 

Xalq qəzeti. – 2014. – 11 iyun. – S. 5.