Gəncəlilər Heydər Əliyevi xilaskar kimi qarşılamışdılar

 

1990-cı illərin əvvəllərində, Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra yenidən  çox böyük çətinliklərlə üzləşmişdi. Ölkə daxilində hakimiyyət uğrunda mübarizənin fonunda baş alıb gedən xaosanarxiya respublikanı uçuruma sürükləyirdi.

 

 Hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. Vəziyyət Krılovun məhşur təmsilindəki kimi idi: hərə bir yana çəkirdi. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri vəziyyəti daha da çətinləşdirirdi. Gənc respublika vətəndaş müharibəsi astanasında, dövlətçilik, müstəqillik məhv olmaq təhlükəsi qarşısında idi.

 

 “...Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan, sözün əsl mənasında, siyasi, iqtisadi böhran keçirir. Bunun da əsas səbəbi respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun fəaliyyət” göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi  əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişata nəzarət edə bilmir ... “Bu, “91-lər”in 1992-ci il oktyabrın 16-da (“Səs” qəzeti) Azərbaycanın ümummilli lideri Heydər Əliyevə məşhur müraciətindən bir çıxarışdır və ölkədə AXC-Müsavat hakimiyyəti dövrünü çox gözəl xarakterizə edir. Bəli, həmin dövrdə cəmiyyətdə dərin iqtisadi-siyasi böhran hökm sürür və ölkəni ağır ictimai kataklizmlərə sürükləyirdi.

 

Bu zaman Heydər Əliyev  Taleyin ümidinə buraxılmış tənha bir adada” (öz sözləridir - Q.A.) Naxçıvan Ali Məclisinə rəhbərlik edir, ağır blokada şəraitində camaatın dərd-sərinə əlac arayırdı. Hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Soveti ləğv olunmuş, muxtar respublikanın Ali Məclisi yaradılmışdı. Ali Məclisin binasının üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı. Naxçıvan camaatı öz rəhbərini sevirdionun rəhbərliyi ilə ağır sosial-iqtisadi problemlərini həll edəcəyinə inanırdı. Naxçıvanın belə çətin dövründə xaricdən erməni təcavüzü, daxildən isə AXC irticası vəziyyəti daha da ağırlaşdırırdı. 1992-ci ilin payızında Naxçıvanda qanuni hakimiyyəti yıxmaq istəyən cəbhəçilərin ümidləri alt-üst oldu, necə deyərlər, daş qayaya rast gəldi. Çünki qarşılarındakı xalqın böyüklüyünə arxalanan Heydər Əliyev müdrikliyi idi. Bunu hətta, cəbhəçilər özləri də təsdiq edirdilər.

 

Belə ağır zamanda, dövlətin, millətin taleyiolum, ya ölüm?” dilemması qarşısında qalanda xalqın ziyalıları  üzlərini xalqın böyük oğluna–Heydər Əliyevə tutdu, onu Vətəni, milləti xilas etməyə qadir olan bir siyasi təşkilat yaratmağa, Azərbaycanın bütün mütərəqqi qüvvələrini bu amal ətrafında toplamağa dəvət etdilər. “91-lər”in müraciətinin sonunda deyilirdi: “Möhtərəm Heydər bəy, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz”.

 

Xalq özünün sınanmış liderini hakimiyyətə gəlməyə, müstəqil Azərbaycan dövlətini xilas etməyə israrla dəvət etdi. Xalqın qəzəbindən qorxan hökumət də Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən ziyalıların səsinə səs verdi. Prezident Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya gətirmək üçün şəxsi təyyarəsini Naxçıvana göndərdi.

 

1993-cü il iyun ayının 9-da Bakıya qayıdan ümummilli lider vəziyyətin ağır olduğunu gördü. Onu Bakıya dəvət edən, yüksək hökumət postları təklif edən AXC-Müsavat tandemi, faktiki olaraq, öz hakimiyyətini itirmişdi. Prezident Elçibəyin Dağlıq Qarabağ üzrə öz nümayəndəsi təyin etdiyi, silahlı qüvvələrə nəzarət səlahiyyəti verdiyipolkovnik” Surət Hüseynovun rəhbərlik etidiyi 709 saylı hərbi hissənin döyüşçüləri ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Nəticədə xeyli sayda insan həlak oldu. S.Hüseynovun tabeçiliyində olan hərbi qüvvələr  Azərbaycan rayonlarını bir-bir ələ keçirir, yerli hakimiyyəti devirirheç bir müqavimət görmədən paytaxt Bakıya doğru irəliləyirdi. O, Bakını tutacağını və AXC-Müsavat  liderlərini bir-bir dar ağacından asacağını elan etmişdi. Bir sözlə, hökumətin Heydər Əliyevi Bakıya dəvət etməsi, sadəcə olaraq, onun kölgəsində gizlənmək cəhdi idi. Böyük siyasətçi buoyunu dərhal hiss etdi və Gəncəyə getmək, vəziyyətlə yerində tanış olmaq niyyətini bildirdi. Bu səfərdə Heydər Əliyevi 30 nəfər jurnalist müşayiət edirdi. Bu sətirlərin müəllifi də onlardan biri idi.

 

İndi həmin dövrdən 21 il keçir. Amma indi də açıq-aşkar hiss olunur ki, Heydər Əliyevin Gəncə səfəri nə qədər təhlükəli imiş. Qarabağda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi olan, əslində isə gəncəbasarlı quldur dəstələrinə nəzarət edən “polkovnikS.Hüseynov elə bu quldurların əhatəsində idi. Onların məsləhəti ilə oturub-dururdu. Bu gün nə qədər qəribə görünsə də, S.Hüseynovun məsləhətçiləri arasında R.Qazıyev, Ə.Hümbətov kimi avantüristlərlə yanaşı, “Zombikkimi tanınan qatı cinayətkarlar da vardı. Sonradan eşitdiyimiz məlumata görə, “Zombik” Heydər Əliyevin Gəncəyə gələcəyini eşidən kimi ölüm hökmünü verib, sui-qəsd planını cinayətkar dəstənin  bütün üzvlərinə açıqlayıbmış...

 

Gəncə isə öz sözünü dedi, ümummilli lideri adına layiq hörmət və ehtiramla, əsl xilaskar kimi qarşıladı. Həmin günləri indi də həyəcansız xatırlamaq olmur. Gəncə camaatı dəstə-dəstə küçələrə çıxır, Heydər Əliyevi salamlayır, alqışlayırdı. Yalançı polkovnik həqiqi generalın kölgəsində qalmışdı, görünmürdü. Hamı “Heydər Əliyev” deyirdi, hamı onu qonaq kimi yox, ev sahibi kimi qarşılayırdı. “Nə yaxşı ki, gəlmisən!” yox, “indiyə kimi niyə gəlmirdin, haradaydın?”–deyirdilər. Ümummilli lideri qarşılayanlar arasında bitməkdə olan əsrlə həmyaşıd olan ağbirçək bir qarı da vardı. Onun göz yaşları içərisində sevinc nidalarını indi də həyəcansız xatırlamaq olmur: “Haradasan, evimizin-eşiyimizin yiyəsi, niyə gəlmirsən, niyə bizi bu nankorların əlindən qurtarmırsan?!”

 

Ümummilli liderimizin Gəncə səfəri haqqında çox deyilib, çox yazılıb. Amma bəzi epizodları, maraqlı məqamları yada salmaq, oxuculara çatdırmaq yerinə düşərdi. Gəncədə bizə - jurnalistlərə Surət Hüseynovun özü ilə şəxsən görüşmək, hətta, sual verib cavab eşitmək qismət oldu. Bakıdan gələn 30 jurnalistdən yalnız birinin, “Azadlıq” radiosunun müxbiri mərhum E.Əmrahqızının cəsarəti çatdı (bəlkə də, qadın olduğuna görə) və o, günün reallığını “günün qəhrəmanı”nın üzünə çırpdı: “Axı, bu, dövlət çevrilişidir...”

 

S.Hüseynov xeyli fikirləşdikdən sonra dedi ki, Gəncə, Qazax, Lənkəran - bütün Azərbaycan ayağa qalxıb, bu vecsiz hakimiyyətə qarşı etiraz edir. Biz xalqın iradəsini həyata keçirənlərik. Həmkarımın cəsarətindən, müsahibimizin cavabından ruhlanaraq mən də polemikaya qoşuldum: “Azərbaycanda müharibə gedir, ermənilər torpaqlarımızı işğal edirlər. Siz isə Bakıya yürüş etmək istəyirsiniz?” Müsahibimiz bayaqkı məntiqlə cavab verdi: “Biz əvvəl Bakıya gedəcəyik, ordakı – bəylərlə haqq-hesab çəkəcəyik. Sonra Qarabağa qayıdıb burdakı erməniləri məhv edəcəyik”.

 

Beləliklə, insanlara informasiya çatdırmalı olan biz jurnalistlər Gəncədən istədiyimizi ala bilmədik. Bildiyimiz bir Gəncə camaatının AXC-Müsavat hökumətinə qarşı çıxması, bir də Heydər Əliyevi ümummilli lider kimi qarşılaması oldu. Gəncədə artıq qardaş qanı axıdılmışdı. Bakının girişində – Navahıda isə Surətin dəstələri ilə AXC-nin batalyonları üz-üzə durmuşdu. O zaman biz hələ Heydər Əliyevi gözləyən təhlükədən və yalnız Gəncə camaatının dəstəyi ilə bu təhlükənin sovuşduğundan da xəbərsiz idik. Biz bilmirdik ki, Heydər Əliyevi Gəncədə məlum cinayətkar kvartetS.Hüseynov, R.Qazıyev, Ə.Hümbətov və şəxsən “Zombik” qarşılayıb. Azərbaycan lideri yalnız ağlının gücü və xalqının dəstəyi sayəsində sağ qalıb. Onlar sadəcə olaraq, xalqın qəzəbindən qorxublar və “Zombikin məşum planından imtina ediblər. Ümummilli lider sonralar da deyirdi: Məni xalqım və Allahım qoruyur...

 

Bəli, ümummilli lider müstəqilliyin itirilməsi, dövlətçiliyin məhv edilməsi təhlükəsi qarşısında qaldığı bir vaxtda xalqın tələbi ilə hakimiyyətə qayıtdı və özünün xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə əmin-amanlığa təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv olundu, ictimai-siyasi sabitlik bərqərar olundu. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs elan olundu, sentyabrda isə dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda demokratik dövlət quruculuğu ilə məşğul olmaq, iqtisadi-siyasi islahatlar aparmaq üçün vaxt və imkan yarandı.

 

Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Böyük peşəkarlıqla hazırlanmış əsas qanunumuz ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq formalaşmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üçün fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, insan haqları, söz və fəaliyyət azadlıqlarının qorunması kimi demokratik prinsiplərin real həyatda tətbiqini zərurətə çevirmişdir. Əsas Qanunda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın qanun qarşısında bərabərliyi prinsipi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında əsas vəzifə kimi qoyulmuşdur.

 

Ümummilli liderin müdrik uzaqgörən siyasəti nəticəsində ölkənin demokratikləşdirilməsi iqtisadi islahatların sürətlə həyata keçirilməsi siyasi islahatların genişlənməsi fonunda baş verirdi. Azərbaycan dövlətinin təşəbbüsü ilə respublikanın ümumilikdə bütün, regionun iqtisadi inkişafına təkan verən Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tibilisi-Ərzurum qaz kəmərləri kimi beynəlxalq layihələr reallığa çevrilir, respublikanın beynəlxalq əlaqələri nüfuzu möhkəmlənirdi. Ölkəmizin dünyaya inteqrasiya prosesi uğurla gedirdi - Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü seçilmişdi, Avropa İttifaqı, NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirdi.

 

Beləliklə, ulu öndər keçən əsrin 70-ci illərində sovet Azərbaycanında quruculuq missiyasını şərəflə həyata keçirdiyi kimi, 90-cı illərdə ondan da böyük əzmlə müstəqil Azərbaycanda xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü il iyunun 15-də, xalqın tələbi ilə Ali Sovetin sədri seçildiyi gün elan etdiyi kimi, ömrünün qalan hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi, xalqın qəlbində, tarixində öz əbədi abidəsini ucaltdı.

 

Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti Heydər Əliyev yolu ilə inamla irəliləyir. Bu irəliləyişin, bu inkişafın əsası da 1993-cü il iyunun 15-də, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəldiyi gün qoyulmuşdur. Xalqımız haqlı olaraq bu günü Qurtuluş Günü kimi hər il bayram edir.

 

 

 

Qalib ARİF

Xalq qəzeti. - 2014. - 13 iyun. - S. 3.