Ben KARDİN: Azərbaycan ABŞ-ın strateji müttəfiqidir

Amerikalı senator bu fikri ABŞ Helsinki Komissiyasının Amerika – Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyatinsan hüquqları aspektləri üzrə keçirdiyi dinləmələr zamanı səsləndirmişdir

 

Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi artıq beynəlxalq aləmdə də öz təsdiqini tapıb. Bunu çoxlu faktla əsaslandırmaq mümkündür. Ancaq təkcə bir faktı qeyd etməklə də kifayətlənmək olar: 2011-ci ilin oktyabr ayında BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçkisi zamanı Azərbaycanı dünyanın 155 ölkəsi dəstəkləmiş və ölkəmiz bu nüfuzlu quruma qeyri-daimi üzv seçilmişdir.

 

 2012-2013-cü illərdə Azərbaycan iki dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Xatırladaq ki, ölkəmiz sədrlik estafetini ABŞ-dan almışdır. Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurasında 13 açıq, 16 qapalı iclas keçirilmişdir. Bu müddət ərzində BMT Təhlükəsizlik Şurasının ikisi Sudandakı vəziyyətə, biri isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir. Bu fakt SSRİ-nin süqutundan sonra postsovet respublikaları arasında Azərbaycanın 20 illik müstəqilliyi tarixində necə sürətli inkişaf yolu keçdiyini, dünya birliyində böyük nüfuz qazandığını, yüksək tribunalarda söz sahibi olduğunu bir daha təsdiqləyir. Ölkəmizin qısa bir zamanda yüksək reytinq qazanması və dünya birliyinə sürətlə inteqrasiyası, təbii ki, düşmənlərimizi, Azərbaycanın inkişafını gözü götürməyən dairələri, ermənipərəst beynəlxalq təşkilatları və hakimiyyət hərisi olan radikal müxalifət nümayəndələrini təşvişə salmaya bilməzdi. Ona görə də “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportoyrlarkimi qərəzli qurumlar tez-tez yalanböhtanla doluhesabatlar” hazırlayaraq ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Ancaq onların canfəşanlıqlarına baxmayaraq, Azərbaycanın beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir. Belə “hesabatlar”dakı şər-böhtanla dolufaktlaraistinad edən bəzi “siyasətçilər” də sonradan özlərini rüsvay edirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq.

 

Təəssüf edirik ki, Azərbaycanın suyu, havası və çörəyi ilə boya-başa çatan bəzi bədxahlar donosbazlıq edərək, ermənipərəst beynəlxalq təşkilatlara yalan faktlar ötürərək ölkəmiz haqqında mənfi rəy formalaşdıranlarla həmrəy olurlar. Hər dəfə belə qərəzli hesabatlar işıq üzü görəndə Azərbaycanın radikal müxalifət nümayəndələri ermənilərdən də artıq sevinirlər. Sanki, azərbaycanlı olduqlarını da unudurlar. Məsələn, ABŞ-ın müstəqil kütləvi informasiya vasitələrindən biri olanForein Policy” jurnalında ölkəmiz haqqında böhtan xarakterli məqalə tapan “Azadlıq” qəzetinin rəhbərliyi necə sevincək olubsa, hətta, qəzetin 12 iyun 2014-cü il tarixli sayının 9-cu səhifəsində bu jurnalın adını belə təhrif edib– (“Foren Policy”).

 

Bu il iyunun 11-də ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmələr keçirilən zaman da həmin qərəzli təşkilatların saxta hesabatlarına əsaslanan bəzi diplomatlar üzlərini bəyan etdilər. Qeyd edək ki, həmin dinləmələr zamanı ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyatinsan haqları aspektləri müzakirə olunub. “Azadlıq” qəzeti yenə də bəzi məqamlarla əlaqədar sevincini gizlədə bilməyib. Çünki yenə də qəzetin həmin sayında ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələr zamanı ölkəmiz haqqında səsləndirilmiş obyektiv fikirlərin üstündən sükutla keçib, bir-iki qərəzli çıxışlardan bəzi məqamları seçərək dərc edib.

 

ABŞ-Azərbaycan münasibətlərində təhlükəsizlik, iqtisadiyyatinsan haqları  aspektləri üzrə dinləmələrə senator Ben Kardin rəhbərlik edib. Dinləmələrdə ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tom Melia, Dövlət Katibinin AvropaAvrasiya məsələləri üzrə müşaviri Erik Rubin, Demokratiyaya Dəstək Fondunun (NED) RusiyaAvrasiya üzrə direktoru Miriam LanskoyCorctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer çıxış ediblər.

 

Dinləmələr zamanı amerikalı diplomatların əksəriyyəti ölkəmizdəki inkişafı obyektiv qiymətləndirmiş, ABŞ-Azərbaycan əməkdaşlığının, ikitərəfli münasibətlərin müsbət olduğunu bildirmişdir. Senator Ben Kardin çıxışında bildirib ki, Azərbaycan ABŞ-ın strateji müttəfiqidir. O, təhlükəsizlik sahəsində ABŞ hərbi qüvvələri ilə birgə Azərbaycan hərbiçilərinin Əfqanıstanda xidmətini xüsusi vurğulayıb. Senator diqqətə çatdırıb ki, Azərbaycan BMT Baş Assambleyasının sessiyasında Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsinə dair səsvermədə ABŞ-ın mövqeyinə tərəfdar çıxan bir ölkədir. İqtisadi baxımdan zəngin olan Azərbaycan neft sektorunda önəmli ölkədir. Həmçinin, mineral ehtiyatların hasilatı (EITI) üzrə sənaye sahələrindən əldə olunan gəlirlərin şəffaf idarə edilməsində Azərbaycan ilk ölkələrdən birinə çevrilib. Ben Kardin deyib ki, Ukrayna hadisələri ilə yanaşı, Azərbaycana səfərimiz zamanı dondurulmuş münaqişələr, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparmaq gündəmimizdədir. Senator qeyd edib ki, enerji sektorunda Azərbaycan EITI-yə (Extractive İndustries Transparency İnitiative) qoşulan ilk ölkələrdən olub. Azərbaycan ABŞ-ın regionda mühüm müttəfiqlərindən olan İsrail ilə çox konstruktiv münasibətlərə malikdir.

 

ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin də iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycan ilə əməkdaşlıq ABŞ üçün çox önəmlidir. E.Rubin demişdir: “İyirmi ildən çoxdur demokratik, firavan və təhlükəsiz cəmiyyətin qurulması üçün ABŞ Azərbaycanla birgə səylər göstərir. Azərbaycan NATO və ABŞ-ın Kabuldan Kosovoyadək əsas müttəfiqlərindən biri olub. Hazırda Azərbaycanın 94 nəfərdən ibarət hərbi birləşməsi Əfqanıstanda xidmət göstərir və 2014-cü ildən sonra da orada xidmətlərini davam etdirmək niyyətindədirlər. Azərbaycan Şimal Təchizat Şəbəkəsində (NDN) əsas bağlayıcıdır. Qeyri-hərbi yüklər ABŞ-dan Əfqanıstan ərazisinə və oradan da geriyə Azərbaycanın hava məkanı vasitəsilə daşınılır. Xəzər dənizinin təhlükəsizliyinin gücləndirilməsi, terrorçuluğa qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz domen məlumatlandırma sistemi ABŞ-ın Azərbaycana göstərdiyi əsas yardımlar siyahısında prioritet olmağa davam edir”.

 

O, həmçinin qeyd edib ki, ABŞ Azərbaycan ilə iqtisadi sahədə artan əlaqələrinə, xüsusilə, enerji sahəsində əməkdaşlığının inkişaf etməsi ilə bağlı məmnunluq hissi keçirir. Azərbaycanın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyindəki rolu çox önəmlidir.

 

 Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin Azərbaycanla əməkdaşlığın gələcəyinə inamla baxdığını söyləyib və mühüm strateji tərəfdaş münasibətlərinin inkişafına ümidvar olduğunu bildirib.

 

Hayfa Universitetinin professoru Brenda Şeyfer də Azərbaycanı strateji baxımdan əhəmiyyətli ölkə hesab edib. Onun fikrincə, Azərbaycan müstəqillik dövründə, demək olar ki, hər bir əhəmiyyətli məsələdə ABŞ-ın müttəfiqi olub. Amerikalı professor bildirib ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, dünyəvi bir dövlət qurmuş, eyni zamanda dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarını qoruyur. Ölkədə dini azadlıqların təmin olunması ilə yanaşı, dində azadlıq vardır və heç kimə dini təzyiq yoxdur: “Azərbaycanın strateji seçimi ABŞ və Avropa yönümlü siyasətdir”.

 

Senator Roger Wicker isə Əfqanıstanla bağlı yardımına görə azərbaycanlılar qarşısında baş əydiklərini vurğulayıb. R.Wicker Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini qeyd etmiş və Azərbaycan hökumətinə ABŞ-a Əfqanıstan məsələsində və başqa təhlükəsizlik sahələrində göstərdiyi yardıma görə təşəkkürünü bildirmişdir.

 

Göründüyü kimi, dinləmələr zamanı ölkəmiz haqqında yüksək fikirlər səsləndirilmiş, ABŞ-Azərbaycan əməkdaşlığının inkişaf etdiyi, ölkəmizin strateji müttəfiq olması diqqətə çatdırılmışdır. Təbii ki, Azərbaycanın inkişafını gözü götürməyən bəzi diplomatlar da qərəzli beynəlxalq təşkilatların və radikal müxalifətin donosbazlığına istinad edərək “köhnə bayatıları” yenidən gündəmə gətirməyə cəhd etmişlər. “Azadlıq” qəzeti də bu “ciddi tənqid”dən məmnunluğunu gizlədə bilməyərək, həmin qərəzli çıxışları sevinclə dərc etmiş, hətta, guya Azərbaycanın ABŞ-dan “sarsıdıcı zərbə” aldığını şad xəbər kimi çatdırmağa çalışmışdır. Nə imiş görəsən “Azadlığ”ı sevindirən bu “sarsıdıcı zərbə”?

 

 ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia ölkədə guya insan haqlarının qorunmasının pisləşdiyini, “siyasi məhbuslar”ın artdığını, insanların siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib. Həm amerikalı diplomatın, həm də “Azadlıq qəzeti”nin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanda insan haqlarının müdafiəsi daim dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Fakt üçün deyək ki, Prezident İlham Əliyev son 10 ildə 35 160 nəfərdən çox məhkumu azadlığa buraxıb. 1995-2003-cü illərdə Azərbaycanda 7 amnistiya və 32 əfv sərəncamı ilə 21325 məhkum azadlığa qovuşub.

 

 Ölkə rəhbəri İlham Əliyev 2003-cü ildən 2013-cü ilədək, yəni fəaliyyətinin 10 ili ərzində 23 əfv sərəncamı imzalayıb. Dövlət başçısının fərman və sərəncamlarına əsasən, indiyədək 5683 nəfərdən çox məhkum azadlığa buraxılıb. 1995-ci ildən 2013-cü ilədək 55 əfv sərəncamı imzalanıb. 2003-2013-cü illərdə üç dəfə, 2007-ci ildə 9877, 2009-cu ildə 9564, 2013-cü ildə isə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib.

 

Amerikalı diplomatın Emin Milli və Adnan Hacızadənin 2009-cu ildəki həbsini 5 ildən sonra gündəmə gətirməsi isə “köhnə palan içi eşələmək”dən başqa bir şey deyil. Dinləmələrdə REAL hərəkatının sədri İlqar Məmmədov, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və bir sıra başqa “siyasi fəal”ların həbsini dinləmə iştirakçılarının diqqətinə çatdırmaqla ölkədə insan haqlarının “pisləşdiyi” barədə rəy formalaşdırmaq istəyən Tomas Melia nədənsə unudub ki, hüquqlarını “müdafiə etdiyi” şəxslər konkret olaraq törətdikləri cinayət əməllərinə görə həbs ediliblər. Bunu həmin şəxslərin özləri də etiraf ediblər. Hazırda həbsdə olan NİDA Vətəndaş Hərəkatının fəal üzvlərindən biri olan Bəxtiyar Quliyev Prezident İlham Əliyevə açıq məktubla müraciətində də bunu etiraf edib.

 

2013-cü ilin martında Azərbaycanda kütləvi iğtişaşlara cəhdə görə 7 il müddətinə azadlıqdan məhrum edilən B.Quliyev Prezidentə müraciətində səhv etdiyini anladığını bəyan edərək bağışlanmasını istəyib. O, müraciətini belə bitirib: “Mən bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, yanlış insanların təxribatlarına uyaraq etdiyim cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirirəm”. Bu müraciətdən sonra həm Tomas Melia, həm də “Azadlıq” qəzeti yalan və qərəzli mövqelərinə görə, yəqin ki, Bəxtiyar Quliyevdən də çox peşmançılıq hissi çəkəcəklər.

 

Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy isə öz çıxışında ABŞ-Azərbaycan əməkdaşlığının inkişafından sanki qısqandığını açıq şəkildə büruzə vermiş və iki ölkə arasındakı münasibətlərin korlanması üçün əsası olmayan məsələlərdən söhbət açmışdır. O demişdir ki, guya son dövrlərdə Azərbaycanda açıq-aşkar ABŞ əleyhinə kampaniya aparılır. Onun deməsinə görə, guya vəziyyət o həddə çatıb ki, Prezident Administrasiyasının rəhbəri məqalə ilə çıxış edərək, ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirib. Bu fikirlərin müəllifi xanım Lanskoy, görünür ABŞ-ın digər ölkələrə demokratiya, söz, fikir azadlıqları, insanların öz fikirlərini sərbəst ifadə etmələrinə şərait yaratmaq barədə “dərs verməsini” unudub. Necə ola bilər ki, bəzi amerikalı diplomatlar bizim ölkəmiz haqqında yalan və böhtan xarakterli fikirlər səsləndirə bilərlər və ya Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlanılmasına, bir milyondan artıq soydaşımızın 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün şəraitində yaşamasına göz yuma bilərlər, biz isə əsl həqiqəti deyə bilmərik? Ona görə də xanım Lanskoyun dinləmələr zamanı səsləndirdiyi fikrin heç bir əsası yoxdur və bu, yalnız iki ölkə arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişafından doğan qısqanclıq hissindən başqa bir şey deyil.

 

Dinləmələr zamanı QHT-lərə münasibətə və bu sahədə qəbul olunan qərarlara edilən dəyişikliklərə mənfi münasibət bildirilməsi də qərəzdən irəli gəlir.

 

 Dinləmələrdə çıxış edən diplomatların çoxu ABŞ-Azərbaycan əməkdaşlığının və münasibətlərin getdikcə yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmasının tərəfdarı olduqlarını bildirmişlər.

 

 

 

Əliqismət BƏDƏLOV,

 

Xalq qəzeti”. - 2014. - 13 iyun. - S. 4.