Heydər “Xalq!” deyəndə

Xalq “Heydər!” dedi

 

Qara imperiya caynaqlarından

Salamat qurtaran tək kişiydi o.

Böyüdü, ucaldı fələklər qədər,

Yerin , göyün gərdişiydi o.

 

Ağbirçək ananın saçları kimi,

Öpdü pambığı baxışlarıyla.

Hər yerdə Vətənə xalı toxundu

Torpağa vurduğu naxışlarıyla.

 

Əlində bərəkət, gözündə işıq,

Çəkdi qara nefti yanağına.

Dünyanı gətirib qədəmlərinə,

Qaldırdı milləti Tanrı dağına.

 

Sahildən-sahilə körpülər atdı,

O əsri bu əsrə bağlamaq üçün.

Keçdi birdəfəlik sağlamlığından,

Vətəni salamat saxlamaq üçün.

 

Memar baxışıyla baxdı dağlara,

Əridi, yonuldu qranit qaya,

Nəsimi, Cabbarlı, Cavid, Nəriman,

Heykələ çevrilib gəldi dünyaya.

 

Gecə , gündüz həvəsindədir,

Yaz günü, yay günü, qış günü yoxdu.

Bütün könüllərə səyahətdədir,

İşsiz saatı, günü yoxdu.

 

Yüksələn dövlətlə qalxır, ucalır,

Sünbüllə, zəmiylə ətirlənir o.

Hər eldə bir şirin xatirə qalır,

Hər yerdə sevgiylə xatırlanır o.

 

Sevgi birdən-birə yarana bilməz,

Aylarla-illərlə yığılıb gəlir.

Gözdən qəlbə köçür, candan ürəyə,

Millətin bağrından doğulub gəlir.

 

Xalqını dünyaya tanıtmaq üçün

Səsi qanadlandı altı qitədə.

Bu gün diqqəti var bütün dünyanın

Azərbaycan adlı bir xəritədə.

 

Məkkədə görmüşdüm, o xoş günləri

Ömrünün ən gözəl vaxtı sayırdı.

Orda da əl açıb dua yerinə

Azərbaycansözü pıçıldayırdı.

 

Çində görmüşdüm böyüklüyünü,

Orda ucalmışdı Çin səddi kimi.

Onu qoruyurdu baxışlarımız,

Vətənin müqəddəs sərhədi kimi.

 

Manasdastanının min illiyində

Yaratmaq eşqiylə aşıb-daşırdı.

Ordaca bizləri yığıb başına,

Qorqud bayramına hazırlaşırdı.

 

Zamandan-zamana gələcək səsi,

Bir qaya səngəri, daş qalasıdı.

O, mənim xalqımın baş sərkərdəsi,

O, mənim yurdumun baş qalasıdı.

 

Xalq elə güclüdü, sevdiklərini

Qaldırar başında qızıl tac eylər.

Onun hər sözünü, işarəsini

Hər ağır dərdinə bir əlac eylər.

 

Xalq elə güclüdü, o dirildəni

Əzrayıl heç zaman öldürə bilməz.

Min dəniz qabara, min çay kükrəyə,

İzini torpaqdan sildirə bilməz.

 

Oğullar doğular bu qoca dünya

Bir əvəzini gətirməz onun.

Yazar yaddaşına, hafizəsinə,

Heç vaxt zəhmətini itirməz onun.

 

Qorquda bənzətdidədədeyənlər,

Kimiatadedi, kimiərdedi.

Ana-bala kimi qucaqlaşdılar,

HeydərXalq!” deyəndə,

XalqHeydər!” dedi.

 

Xilaskarın gəlişiylə

alov yatdı, qan dayandı,

Sanki, bir az rahatlandı,

nəfəs dərdi Azərbaycan.

Zirvələrə qaya kimi

sinə gərdi Azərbaycan.

 

Ölüm-itim qorxusu yox,

başçı başda, yerindədi.

Saf arzular qaynağıdı,

təzə-tərdi Azərbaycan.

 

Öz varını özünə ver,

aşıb-daşsın dəniz kimi.

Dolu qızıl külçəsidi,

parlaq zərdi Azərbaycan.

 

Sərkərdələr sərkərdəsi

öz işinin başındadı.

Birhardan tapasıdı

belə mərdi Azərbaycan?

 

Hünərsizlər bacarmadı,

bu Vətəni saxlamağı.

Öz hünərli oğlu ilə

hünərvərdi Azərbaycan.

 

Zəlimxan YAQUB,

xalq şairi

 

Xalq qəzeti.- 2014.- 15 iyun.- S.4.