Heydər Əliyev Naxçıvanın muxtariyyətini qorumaqla

onu işğaldan və məhv olmaqdan xilas etdi

 

Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxmışdı. 1918-ci ilin may ayında Cənubi Qafqazda müstəqil respublikaların - Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaranması onlar arasında ərazi-sərhəd məsələlərini həll etməyi zəruri etdi. Gürcüstan və Ermənistan dərhal Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Xüsusilə, “Böyük Ermənistan” yaratmaq xülyası ilə çıxış edən və tarixi torpaqlarımızda yaradılan Ermənistan bununla kifayətlənməyərək Azərbaycanın bir sıra əzəli torpaqlarını da – Qarabağı, Zəngəzuru, Naxçıvanı və başqa əraziləri öz sərhədlərinə qatmaq üçün açıq mübarizəyə başladı. Bu işdə onlara bir sıra dövlətlər siyasi, iqtisadi və hərbi yardım göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti düşdüyü çətin vəziyyətə, qarşılaşdığı daxilixarici amillərə baxmayaraq, Naxçıvana imkan daxilində siyasi dəstək verir, ona iqtisadi və hərbi yardım göstərməyə çalışırdı. Naxçıvan əhalisi erməni basqınçılarına qarşı inadla mübarizə aparır, bölgəni qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə edirdi. Erməni silahlı qüvvələri qarşısında lazımi silah-sursata malik olmayan yerli müsəlman əhalisi, Müsəlman Milli Şurası, onun rəhbərləri – Cəfərqulu xan, Rəhim xan, Kalbalı xanyerli ziyalılar erməni daşnaklarına qarşı özünümüdafiə dəstələri yaradırdılar.

1918-ci ilin yayında vəziyyətin çətinliyini nəzərə alan Naxçıvan nümayəndələri kömək üçün Osmanlı hökumətinə müraciət etdilər. 1918-ci ilin iyul ayında Kazım Qarabəkir paşanın başçılığı ilə Osmanlı ordusu Naxçıvana gəldi, yerli müsəlman əhaliyə kömək etdi. Lakin Birinci Dünya müharibəsində məğlub olan və 1918-ci il 30 oktyabrda Mudros müqaviləsini imzalayan Osmanlı dövləti öz qoşunlarını Cənubi Qafqazdan, eləcə də Naxçıvandan çıxarmağa məcbur oldu.

Naxçıvanda Müsəlman Milli Şurası bölgənin təhlükəsizliyini təmin etmək üçün 1918-ci il noyabrın 3-də paytaxtı Naxçıvan olan Araz-Türk Cümhuriyyətini yaratdı. Araz-Türk Cümhuriyyətinin yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmiş və onların təklifi ilə ordubadlılar da bu siyasi tədbirə qoşulmuşdular.

Bu cümhuriyyətin yaranması ilə bir sıra dövlət və idarəçilik orqanları təsis edilmiş, hökumətin tərkibi formalaşdırılmışdı. Bu hökumətin tərkibi sədrdən və 6 üzvdən ibarət idi,  başçısı naxçıvanlı Əmir bəy Əkbərzadə idi. Əmir bəy bölgə əhalisi arasında və siyasi dairələrdə çox bacarıqlı, vətənpərvər və millətsevər bir şəxsiyyət kimi dəyərləndirilirdi.

Araz-Türk Cümhuriyyətinin ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, VedibasarMehri bölgələri daxil idi. Sahəsi 8,6 min kvadratkilometr, əhalisi bir milyon nəfərdən artıq idi. Əsas vəzifəsi bölgənin təhlükəsizliyini erməni basqınlarından qorumaq üçün silahlı dəstələr yaratmaq və onların fəaliyyətini təmin etmək idi. Qısa müddətdə 500 nəfərlik süvari alayı və könüllü xalq dəstələrindən ibarət 20 tabor yaradıldı.

Naxçıvanda yaradılmış bu ali qurum Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün yollar aramışdı. Bu cümhuriyyət, eyni zamanda, erməni basqınlarına lazımi cavab verir, Naxçıvanın təhlükəsizliyini təmin edirdi. Bununla belə erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların azərbaycanlılardan boşaldılmasına çalışırdı. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasidiplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini qıra bilmədi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli 1919-cu ildə parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi, “igid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldularbununla da, hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.

Naxçıvanlılar özlərini Azərbaycandan ayrı təsəvvür etmir, birləşmək üçün yollar arayır, inadla və qəhrəmanlıqla mübarizə aparırdı. Onlar bəyan edirdilər ki, “bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”. Naxçıvan Müsəlman Milli Şurasının Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanladığı məktubda deyilirdi: “Biz ermənilərə tabe olmuruq. Tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycana birləşməsini gözləyirik”.

Naxçıvanlıların yaşadıqları torpaqları Ararat Respublikasına vermək istəyən ingilis general-qubernatoruna da kəskin etirazlarını bildirdilər. Ona göndərilən məktubda yazırdılar ki, “bütün dünyanın və bütün mədəni qüvvələrin azad həyat, xalqların öz müqəddəratlarını həll etmək hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə, bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər”.

Naxçıvanlıların qəhrəmanlığını Ermənistanın birinci baş naziri O.Kaçaznunietiraf etməyə məcbur olmuşdu: “Müsəlman Naxçıvanı və Şərurunda, müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq... Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduqgeri çəkildik”.

Göründüyü kimi, naxçıvanlıların siyasi, silahlı və inadlı mübarizəsi bölgənin erməni işğalına düşməsinə yol verməmiş və Azərbaycan ərazisi kimi qorunub saxlanılmışdır. Lakin Zəngəzur mahalı 1920-ci ildə Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən ayrı düşmüş, sərhəd əlaqəsi pozulmuşdu. Belə olan halda Naxçıvan qəza və rayon hüququnda Azərbaycanın tərkibində qala bilməzdi. Ona görə də Naxçıvanın muxtariyyəti məsələsi gündəmə gəldi və bu zəruri idi. Ümummilli lider Heydər Əliyev bununla əlaqədar deyirdi: “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

Sovet Azərbaycanının rəhbərliyi isə Zəngəzurla bərabər, Naxçıvanı da Sovet Ermənistanına verirdi. Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. HİK-in sədri Nəriman Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın diqtəsi ilə yazılmışdı və “iki sovet respublikaları arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi: “Bundan sonra heç bir ərazi məsələsi əsrlər boyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir.”

Naxçıvanın Sovet Ermənistanına verilməsi xəbərini eşidən bölgə əhalisi bu bəyanata qarşı kəskin etirazlarını bildirdi. Vəziyyətin gərginləşdiyini görən Azərbaycan Respublikasının rəhbərliyi respublika HİK-in üzvü, ədliyyə komissarı B.Şahtaxtinskini Naxçıvana göndərdi. O, Naxçıvan, Şərur və Ordubad əhalisi ilə görüşlərində, mitinqlərdə yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını aldı.

Naxçıvan diyarının əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edirdi. Ona görə də “1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü və iştirakı ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi”. Bu, əslində, Naxçıvanın gələcək müqəddəratında mühüm rol oynadı.

Bu dövrdə Rusiya-Türkiyə yaxınlaşması da məsələyə müsbət təsir göstərdi.  Sovet Rusiyası Avropa dövlətləri tərəfindən təcrid olunduğundan Türkiyənin timsalında  Şərqdə başlıca müttəfiqini itirməkdən qorxaraq, Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq və eləcə də Azərbaycan bolşeviklərinin millətsevər qisminin mövqeyini nəzərə alaraq, Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı.

Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan milli kommunistlərin arasında Behbud ağa Şahtaxtinskinin xüsusi əməyi olmuşdu. Onun V.Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqramında və əlavə etdiyi arayışda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir, Naxçıvanın müqəddəratı ilə bağlı təkliflər irəli sürülürdü. O qeyd edirdi ki, “Naxçıvan diyarı böyük siyasi, iqtisadistrateji əhəmiyyətə malikdir... Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipiniSovet Azərbaycanının hüquqlarını pozur”.

B.Şahtaxtinskinin təklifləri və məsələnin qoyuluşu V.Lenini maraqlandırmış və o, Naxçıvan məsələsinin RK(b)P MK siyasi bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi. Naxçıvan məsələsi həm siyasi büroda, həm də Rusiya-Türkiyə danışıqlarında müzakirə edildi. 1921-ci il martın 16-da RK(b)P MK siyasi bürosu B.Şahtaxtinskinin təkliflərini bəyənərək, Azərbaycanın tərkibində Naxçıvan Sovet Sosialist Respublikası yaradılması haqqında qərar qəbul etdi. Həmin gün Rusiya ilə Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi də imzalandı. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu (protektoratı) altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir”.

1921-ci il oktyabrın 13-də RSFSR nümayəndəsinin iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Müqavilədə göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin beşinci maddəsində və üçüncü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.

Beləliklə, MoskvaQars beynəlxalq müqavilələri ilə RSFSR, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanıdı və ona beynəlxalq hüquqi təminat verdi.

Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan vəzifə deyildi. Amma o vaxt milli mənafeyi qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar”.

MoskvaQars müqavilələrinin əhəmiyyətini, Naxçıvanın  muxtariyyət statusunun qorunub saxlanılmasında bu beynəlxalq müqavilələrin tarixi rolunu qiymətləndirən ulu öndər deyirdi: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.

Qeyd etməliyik ki, Moskva müqaviləsindən sonra Naxçıvan Azərbaycan Respublikasının muxtar qurumu kimi idarə olunsa da, bu hüquqi cəhətdən tam rəsmiləşdirilməmişdi. Ona görə də bu məsələ 1922-ci ilin noyabrında RK(b)P MK siyasi bürosunun iclasında müzakirə olundu və həmin bölgədə muxtar respublikanın yaradılması haqqında qərar qəbul edildi.

Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də, Naxçıvan Muxtar Respublikasının yaradılmasına üç il vaxt lazım oldu. 1923-cü ildə Naxçıvanın muxtar respublika statusu azaldılaraq muxtar diyara çevrildi. Lakin muxtar diyar dövrü uzun sürmədi. 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan Respublikasına çevrildi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK Naxçıvan SSR-in yaradılması haqqında qərar verdi. Burada bir cəhəti də qeyd etməliyik ki, Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunurdusa da 30-cu illərin ortalarına qədər o bütün rəsmi sənədlərdə “Naxçıvan SSR” adlandırılmış, “muxtarsözü adından silinmişdi.

Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 90 il keçir. Muxtar respublikanın yaradılması burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına, Naxçıvanın inkişaf etmiş bir diyara çevrilməsinə şərait yaratmışdır. Lakin bununla belə, muxtar respublikanın təqribən 45 illik inkişaf tarixi ağır siyasi, sosial-iqtisadi və mədəni problemlərlə üzləşdiyi bir dövrdür. Bu dövrün müxtəsər siyasi xarakteristikasını verən ümummilli lider demişdir ki, bizim xalqımız XX əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına gələn bəlalar, bəlkə Azərbaycanın başqa bölgələrindən daha dəhşətli, faciəli olubdur... Naxçıvanın hüquqlarını tam məhdudlaşdırmaq istəyiblər.  1949 və 1964-cü illərdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 25 və 40 illiyi qeyd olunmuşdur. Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra Naxçıvan Muxtar Respublikasının dirçəliş dövrü başlamış, bu diyar özünün əsl inkişafına qovuşmuşdur. Keçən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilmişdir. 1974-cü ildə Naxçıvan MSSR-in 50 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, yubiley tədbirində ulu öndər Heydər Əliyev iştirak etmiş və tarixi nitq söyləmişdir.

XX əsrin 80-ci illərinin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan əraziləri barədə erməni iddiaları baş qaldırmış, mərkəzin ikiüzlü siyasəti bu hadisələri qızışdırmışdı. 1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etdi.

1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə Heydər Əliyev hər iki qanunverici orqanın deputatı, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu diyarın taleyini həll etdi. Heydər Əliyevin siyasi fəaliyyəti və artan nüfuzu o dövrdəki iqtidarı ciddi narahat edirdi. Ona görə də bu naşı siyasətçilər görkəmli dövlət xadimi Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmaq üçün Naxçıvanın muxtariyyətini ləğv etmək istəyirdilər. Lakin onlar başa düşmürdülər ki, Naxçıvana beynəlxalq müqavilələrlə muxtariyyət statusu verilibbu statusu birtərəfli qaydada ləğv etmək olmaz.

İkinci bir tərəfdən məkrli düşmənlərimiz də belə bir xülya ilə uzun illərdir ki, yaşayırlar və məqsədlərinə nail ola bilmirlər. Ümummilli lider nəinki muxtariyyətin ləğv olunması, onun möhkəmləndirilməsi, muxtariyyətin verdiyi imkanlardan istifadə edərək Naxçıvanın blokadadan çıxarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirdi. Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun dəyişdirilməsi ilə bağlı təklifləri ermənilərin işğalçı siyasəti ilə eyni olduğunu bildirərək məkrli düşmənlərin və AXC-Müsavat iqtidarının diqqətinə çatdırırdı ki, “Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır”.

Qətiyyətli və müdrik dövlət xadimi kimi Heydər Əliyev Naxçıvanı blokadadan qurtarmaq üçün 1992-ci ilin martavqust aylarında Türkiyə və İrana səfərlər etmiş, onlarla müqavilələr bağlamış, xüsusi ilə Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə, beynəlxalq aləmin diqqətini ona cəlb etmişdi. Ulu öndərin Naxçıvandakı fəaliyyəti muxtar respublikanın xilası ilə nəticələnmişdi. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “naxçıvanlılar Heydər Əliyevi qorudu, Heydər Əliyev isə Naxçıvanı xilas etdi”.

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandığı kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırıldı. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Naxçıvanın muxtariyyət statusunun zəruriliyini əsaslandıran Azərbaycan Prezidenti Heydər Əliyev deyirdi: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən, Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biriodur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ çətin vəziyyətdə yaşamaqda, inkişaf etməkdə olan Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna ehtiyacı vardır”. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının hazırlanmasına başlandı. Konstitusiya layihəsi Konstitusiya Komissiyasında bir neçə dəfə müzakirə edildi. Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında ümummilli lider Heydər Əliyev geniş nitq söylədi. Ulu öndər həmin nitqində Naxçıvanın muxtariyyətindən bəhs edərək dedi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Muxtar Respublika Ali Məclisinin 1998-ci il aprelin 28-də keçirilən sessiyasında qəbul edilərək 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Konstitusiyanın birinci maddəsində göstərilirdi ki, “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir”.

Ümummilli lider Heydər Əliyev ölkə Prezidenti kimi “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 4 fevral 1999-cu il tarixli fərmanda Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amil göstərilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.

XX əsrin 90-cı illərində Naxçıvan üçün yaranmış təhlükəni aradan qaldıran muxtar respublika əhalisinin fəaliyyətini yüksək qiymətləndirən ulu öndər demişdi: “Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdionun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə müsbət təsirini göstərdi”.

Naxçıvanın muxtariyyət statusubuna əsasən yaradılan Naxçıvan Muxtar Respublikasının ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyəti olmuşdur. Bunu nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir... Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır”.

Naxçıvanın muxtariyyət statusunuonun verdiyi imkanları yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.

Beləliklə, müstəqillik dövründə Azərbaycanın dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi ilə bağlı kompleks problemləri uğurla həll etmiş ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu əleyhinə yönələn cəhdlərin qarşısını böyük qətiyyətlə almış və onu möhkəmləndirmişdir. Dövlət rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxilixarici siyasət Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafına, çiçəklənən bir diyara çevrilməsinə səbəb olmuşdur. Naxçıvan bu gün çoxminillik tarixinin  90 illik muxtariyyət dövrünün ən şərəfli , möhtəşəm mərhələsini yaşayır və ümummilli lider Heydər Əliyevin Naxçıvanla bağlı arzuları gerçəkliyə çevrilir.

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan bölməsinin sədri,  akademik

 

Xalq qəzeti.- 2014.- 22 iyun.- S.4.