Xətai rayonu: Həmişə olduğu kimi, yenə də ön sıralarda

 

On il əvvəl çıxışlarının birində səsləndirdiyi “Güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı olan ölkə qurmağı qarşımıza məqsəd qoymuşuqfikri ilə Azərbaycanın strateji inkişaf hədəflərini açıqlayan Prezident İlham Əliyevin praqmatik düşüncəsinin məhsulu olan bir çox regional sosial-iqtisadi inkişaf proqramlarının, iri infrastruktur layihələrinin reallaşması, iqtisadiyyatın idarə olunmasında tətbiq edilən çevik mexanizmlər, bu istiqamətdə qəbul olunan prinsipial və qəti qərarlar, Azərbaycanda milli mənafeyə, sosial rifaha xidmət edən milli iqtisadi inkişaf modelini formalaşdırmışdır. Ölkəmiz həyata keçirilən bu layihələr sayəsində, 2009-cu ildən bu günədək dünyanı gərginlikdə saxlayan qlobal maliyyə böhranından uğurla çıxmış, sosial-iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi, sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycan iqtisadiyyatı tarixə qovuşan 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşdırılması ilə başa vurmuşdur.

2013-cü ildə respublika iqtisadiyyatının sürətlə inkişaf etməsində, istehsal potensialının artmasında, yenidənqurma, abadlıq və tikinti-quruculuq işlərinin geniş vüsət almasında Bakı şəhərinin və onun rayonlarının müstəsna rolu var. Son illərdə paytaxtın aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonu bu sırada həmişə öndə olmuşdur.

2013-cü ilin yekunlarının təhlili göstəririr ki, rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik inkişaf etmiş, 2012-ci illə müqayisədə 12,4 faiz çox məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9,3 faiz, pullu xidmətlərin həcmi isə 6,3 faiz artmışdır.

 Rayonun tikinti kompleksində iqtisadisosial sahələrin inkişafı üçün bütün mənbələr hesabına 327 milyon 470,2 min manat məbləğində investisiyadan istifadə olunmuş, əhaliyə, müəssisə və təşkilatlara 110 milyon 796,5 min manatlıq rabitə xidməti göstərilmiş, nəqliyyat xidməti 13,8 faiz artmışdır.

Diqqətçəkən əsas məqamlardan biribu il rayon əhalisinin pul gəlirlərinin artmasıdır. Rayonun iqtisadisosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2,6 faiz artaraq 559,8 manata çatmışdır. Bu göstərici sənayedə 8,3 faiz, tikinti kompleksində 3,9 faiz, nəqliyyatda isə 4,3 faiz olmuşdur ki, bu, artım dinamikasını aşkar nümayiş etdirir.

Sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun payı da əvvəlki illə müqayisədə 0,6 faiz artmış, istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Rayon əhalisinə 1milyard 265 milyon 777,2 min manatlıq, yəni 2012-ci ilin eyni dövründəkindən 8,5 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Əhaliyə göstərilən iaşə xidməti 5,5 faiz, məişət xidməti isə 7 faiz artmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri olan sahibkarlığın inkişaf etdirilməsinə diqqət və qayğı, özəl sektora dövlət dəstəyi Xətai rayonunda da öz real əksini tapmışdır. Məhz bunun nəticəsidir ki, rayonda ötən il hamısı daimi olmaqla 4554 yeni yeri, 2003-cü ilin oktyabrından indiyə kimi isə 33246 yeni yeri yaradılmışdır ki, bunun da 33040-ı daimi yerləridir.

 Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyinin artırılması məqsədilə müəyyən işlər görülmüş, rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1185 nəfər vətəndaşdan 1121 nəfəri qanunvericiliyə uyğun olaraq işaxtaran vətəndaş kimi qeydiyyatdan keçmiş və 537 nəfər daimi işlə təmin olunmuşdur. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması, məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar barədə məlumatların emalı üçün tədbirlər görülmüşbu vacib məsələlər diqqətdə saxlanılmışdır. Rayonumuzda əhalinin maddi-rifah halının davamlı olaraq yaxşılaşmasına, vətəndaşların sosial müdafiəsinin təşkilinə diqqət artırılmışdır.

Artıq bir neçə idir ki, ulu öndər Heydər Əliyevin “Qara şəhəri şəhərə çevirək” deyimini deviz seçmiş Xətai rayonunda genişmiqyaslı və davamlı “Bakı şəhər” layihəsinin icrasına başlanmışdır. Son ildə böyük sürət götürən layihə çərçivəsində Xocalı prospektindəki İş Mərkəzində, Nobel prospektindəki “Yeni həyat” yaşayış kompleksində, Belarus səfirliyi binasının tikintisində işlər başa çatdırılmışdır. Neapol dairəsinin yenidənqurulması tamamlanmış, şəhidlərin abidə kompleksinin açılışı olmuş, Boks Federasiyasının tikintisi davam etdirilmişdir.

Abadlaşdırma layihələri çərçivəsində Nobel prospekti, F.Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsi davam etdirilmiş, yararsız vəziyyətdə olan dam örtüklərinin yeni mansard tipli dam örtükləri ilə əvəz olunması, binaların işıqlandırma işləri başa çatdırılmışdır.

Sevindirici haldır ki, son illər Xətai rayonunda abadlıq layihələri çərçivəsində yaşıllıqların salınmasına xüsusi diqqət verilirbu istiqamətdə xeyli işlər görülür. Rayonda, bütövlükdə paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq, ölkə başçısının tövsiyə və tapşırıqları əsas götürülməklə yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanmsı da bunu təsdiq edir. Həmin proqramla Zığ yolu-Nobel prospekti boyunca relyefə uyğun 100 min kvadratmetrdən çox ərazidə yaşıllıq massivləri salınmış, park-xiyabanlar yaradılmış, suvarma sistemləri quraşdırılmış, artezian quyuları istismara verilmişdir. Rahib Məmmədov küçəsində yeni tikilmiş və cənab Prezident İlham Əliyevin açılşında iştirak etdiyi parkda, Xocalı prospektindəki xiyabanda və digər ərazilərdə Türkiyə Respublikasından gətirilmiş 140 mindən çox gülağac əkilmişdir.

Bakı şəhərində həyata keçirilən layihələr sırasında əsasən Xətai rayonunun ərazisinə aid olan Milli Parkın genişləndirilməsi və “Bakı şəhər” layihələri çərçivəsində işlər həqiqətən böyük sürət götürmüşdür. Prezident İlham Əliyevin 2013-cü ilin may ayının sonlarında “Bakı şəhər” layihəsi çərçivəsində Milli parkın ikinci mərhələsinin təməlqoyma mərasimində iştirakından az bir müddət sonra bu ərazidə işlər böyük sürətlə həyata keçirilir və artıq layihədə nəzərdə tutulan bir çox tikililərin, inşasına start verilmişdir. Rayonun ərazisində həyata keçirilən belə böyük layihələrdə rayon icra hakimiyyəti də yaxından iştirak edir. Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış müvafiq komissiya qısa müddətdə bu ərazidə yaşayan ailələrə və məcburi köçkünlərə müvafiq təzminatlar və birdəfəlik maddi yardımlar ödənilməklə onların heç bir narazılıq olmadan ərazidən köçürülməsini təmin etmişdir.

İlin yaddaqalan hadisələri sırasında rayonun sənaye potensialının artmasına yeni töhfələr verəcək Xəzər Dəniz Gəmiçiliyinin Gəmi Təmiri Zavodunun və 1 saylı Çörək Zavodunun tikintisinin başa çatdırılması, müasir üslubda tikilən və ən son avadanlıqla təchiz olunan hər iki zavodun açılışında Prezidentin şəxsən iştirak etməsi olmuşdur. Ötən ilin may ayında açılış mərasimində ölkə rəhbərinin də iştirak etdiyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması rayon sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və ona edilmiş əlavələrə, həmçinin digər investisiya proqramlarına uyğun olaraq rayonda əsaslı təmiri nəzərdə tutulmuş 28 məktəbdən 21-də işlər başa çatdırılmış, 194 nömrəli məktəbin binasının inşası, 63 saylı məktəbdə əlavə tədris korpusunun tikintisi, 48 və 56 saylı məktəblərin və 171 saylı orta məktəbdə yeməkxana və akt zalının təmiri işləri aparılır. Tədris ilinin başlanması ərəfəsində Dövlət Proqramı çərçivəsində əsaslı təmirdən sonra 249 və 138 saylı tam orta məktəblərin açılış mərasimində  Prezident İlham Əliyev iştirak etmiş, görülən işlərin keyfiyyətindən razı qalmışdır. Rayonda Dövlət Proqramı çərçivəsində məktəbəqədər müəssisələr və uşaq bağçaları da əsaslı təmir olunur. Ötən il 8 və 315 saylı uşaq bağçaları əsaslı təmir olunub istifadəyə verilmişdir. Vaxtı ilə uşaq bağçası kimi fəaliyyətə başlamış, sonralar təyinatı dəyişmiş və yararsız vəziyyətdə olan bir bina isə Heydər Əliyev Fondu tərəfindən sökülərək yerində ümumi sahəsi 5300 kvadratmetr olan və ən müasir avadanlıqla təchiz olunmuş yeni uşaq bağçası tikilmişdir. Hazırda akademik Zərifə xanım Əliyevanın adını daşıyan və respublikamızda analoqu olmayan bu uşaq bağçasının açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.

Səhiyyə müəssisələrinin əsaslı təmir və tikintisi də ürəkaçan faktlardan sayılmalıdır. Belə ki, Dövlət Proqramı çərçivəsində rayondakı 5 səhiyyə müəssisəsi əsaslı təmir olunmuş, Əhmədli qəsəbəsindəki 14 saylı poliklinikanın və 2 saylı Vərəm Dispanserinin binaları isə sökülərək yerində müasir binalar tikilmişdir. Yeni tikilmişya əsaslı təmir olunmuş bütün təhsil və səhiyyə müəssisələrinin, uşaq bağçalarının maddi-texniki bazaları yenilənmiş, bugünün tələblərinə cavab verən ən müasir avadanlıqla, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur.

Qəbul edilmiş “2014-2018-ci illər Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ilə tanışlıqdan aydın oldu ki, rayonda fəaliyyət göstərən 9 tam orta məktəbin, 4 uşaq bağçasının, 1 uşaq evinin və 1 peşə liseyinin əsaslı təmirini də dövlət ən qısa zamanda həyata keçirəcək.

Bu gün rayon ərazisində bir qəsəbə və dörd sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik fəaliyyət göstərir. Yeni yaradılmış nümayəndəliklərdə ev təsərrüfatının uçotunun aparılması işləri davam etdirilmiş, ərazilərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla, özəl strukturlarla əlaqəli fəaliyyətlərinə səy göstərmiş, onlarla işin səmərəli təşkilini təmin etmək üçün operativ idarəetmə mərkəzi yaradılmışdır. Yeni təhsil və mədəniyyət müəssisələrin açılması şübhəsiz ki, rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsində yüksək göstəricilərin əldə oluması ilə nəticələnmişdir.2013-cü ildə orta təhsili başa vurmuş rayon məktəbləri məzunlarının 90,24 faizi ali məktəblərə qəbul üçün sənəd vermiş və 66,98 faizi yaxşı nəticə göstərərək ali məktəblərə qəbul olmuşdur. Ali məktəblərə qəbul olanların 277 nəfəri 500-650 bal və 28 nəfər 650-700 bala qədər toplamışlar. Rayonda ali məktəblərə qəbul Bakı şəhəri üzrə göstəricidən 10,34 faiz yüksək olmuşdur.

Xidmət təsərrüfatının normal fəaliyyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində vaxtında görülən işlər ciddi problemlərin yaranmasına imkan verilməmiş, əhalinin enerji daşıyıcıları ilə təminatı yüksək səviyyədə olmuşdur.

Rayondakı mənzil-kommunal obyektlərinin istismarındakı vəziyyətin yaxşılaşdırılması da icra olunan layihələr çərçivəsində həyata keçirilir. Nobel, 5 ünvanda inşa olunmuş modul tipli istilik qazanxanası bu ərazidə 20 ildən artıq müddətdə istilik almayan 18 çoxmərtəbəli binanın istilik təchizatını təmin etmiş, N.Tusi, 31 ünvanında müasir tipli yeni istilik qazanxanasının istismara verilməsi ətrafdakı obyektlərin və yaşayış binalarının istilik təminatını yaxşılaşdırmışdır.

Ötən il rayonda çoxmərtəbəli yaşayış binalarında istismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması istiqamətində də işlər sürətlə aparılmış, 693 lift yenisi ilə əvəz olunmuş, 192 liftdə isə əsaslı təmir işləri aparılmışdır.

Rayonda diqqət mərkəzində olan əsas məsələlərdən birisağlam mühitin yaradılması, vətəndaşların müraciətləri zamanı süründürməçilik və digər xoşagəlməz hallara yol verilməməsi, dövlət qulluqçusunun etik davranış qaydalarına ciddi riayət etmələridir. Vaxtında görülmüş tədbirlər öz səmərəsini vermişrayonda neqativ halların yer almasına imkan verilməmişdir.

Prezident İlham Əliyevin “Sənaye ilielan etdiyi 2014-cü ildə qarşıda Azərbaycanın iqtisadi yüksəlişinə, tərəqqi və rifahına ünvanlanan məsul vəzifələr və böyük işlər durur. Şübhə etmirik ki, Xətai Rayon İcra Hakimiyyətinin kollektivi, idarə və müəssisələr Azərbaycanı yüksək rifah ölkəsinə çevirmək naminə dövlət başçısının qarşıya qoyduğu tapşırıqların, prioritet elan etdiyi vəzifələrin həyata keçirilməsində həmişə olduğu kimi, yenə də ön sıralarda olacaqlar.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 1 mart.- S. 6.