“Təmiz Şəhər” ASC fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırır

 

Ötən il “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə Bakı şəhərində tullantıların qəbulu və zərərsizləşdirilməsi işinin təşkili və təkmilləşdirilməsi davam etdirilmişdir. Paytaxtın fəaliyyətdə olan yeganə poliqonunun - Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi müəssisəsinin fəaliyyətində səmərəliyin artırılması ilə bağlı bir sıra tədbirlər reallaşdırılmışdır. Belə ki, poliqon ərazisində tullantıların qəbulu və yerləşdirilməsi üçün meydançalar genişləndirilmiş, daxili yol sistemi təkmilləşdirilmiş, yanğından mühafizə və mərkəzi kanalizasiya sistemləri qurulmuş, ofis binasına qaz xətti çəkilmişdir. Bütün bunlarla yanaşı, Böyükşor gölünün səviyyəsinin qalxması nəticəsində poliqonun aktiv sahəsinin su altında qalması və gölün çirklənməsi təhlükəsinin aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə həmin aktiv zonanın Böyükşor gölü ilə sərhəd hissəsində torpaq bəndi tikilmişdir. Eyni zamanda, poliqondan Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna asfalt yol çəkilmişdir. Bununla da magistral yola çıxmadan tullantıların təhlükəsiz daşınması təmin edilmişdir.

Poliqonda keçirilmiş yaşıllaşdırma aksiyaları zamanı 1700-dən artıq ağac və bəzək kolu əkilmişdir. Ətraf mühitin, o cümlədən Böyükşor gölünün mühafizəsi məqsədilə poliqon ərazisində müəyyən edilmiş yerlərdə hava, sutorpaqdan nümunələr götürülərək analiz olunmuşdur. Alınan nəticələrə əsasən, ərazidə təsir parametrləri kəmiyyət baxımından xeyli yaxşılaşmışdır.

Onu da xatırladım ki, 2012-ci ilin sonunda istismara verilən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda sınaq rejimi uğurla tamamlanmış və müəssisənin tam gücü ilə istismarı reallaşmışdır. Eyni zamanda, bu zavodun istismara buraxılmasının sertifikatlaşdırılması üçün ötən il Beynəlxalq Müstəqil AuditorBureau Veritas” tərəfindən burada yoxlamalar aparılmışdır. Hesabat dövründə müəssisədə tədarük olunan tullantı həcmi 387 min tona yaxın, yandırılan tullantı həcmi isə 350 min tondan çox olmuşdur. Bunun nəticəsində istehsal edilmiş elektrik enerjisinin həcmi 134,1 milyon kvt/saat, bundan Dövlət Enerji Şəbəkəsinə ötürülmüş enerjinin həcmi 111,3 milyon kilovat/saat, daxili ehtiyaclar üçün sərf olunan enerjinin həcmi isə 22,8 milyon kilovat/saat təşkil etmişdir.

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun fəaliyyəti nəticəsində 7 min ton xammal ayrılmış və təkrar emala yönəldilmişdir. Ayrılan xammalın həcminin artırılması üçün müvafiq tədbirlər görülməkdədir.

Dünya Bankının texniki dəstəyilə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi üzrə işlər davam etdirilir. Bu layihənin reallaşdırılması nəticəsində tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Tullantılar üzrə informasiya sisteminin layihələndirilməsi, təchizatı və tətbiqi üzrə vahid informasiya sistemi hazırlanaraq cəmiyyətə təqdim edilmişdir.  Layihə çərçivəsində sahəsi 200 kvadratmetrdən böyük olan qeyri-qanuni tullantı sahələrindən 483 min tondan çox bərk tullantılar təmizlənərək, zərərsizləşdirilməsi üçün Balaxanı poliqonuna daşınmışdır.

Balaxanı Sənaye Parkının (BSP) qurulması üzrə işlər ötən il davam etdirilmişdir. Park üzrə layihə-smeta sənədlərinin hazırlanması son mərhələyə çatdırılmışdır. BSP-nın ərazisində torpaq işləri görülmüş, hasarlanma aparılmış, parka potensial rezidentlərin cəlb edilməsi üzrə tədbirlər görülmüşdür. Belə ki, elektrikelektron tullantıların emalı ilə məşğul olan Türkiyənin “Exitcom”, akkumulyatorların bərpası üzrə İsrailinBattery Solutions Ltd.” şirkətləri, plastik qabların təkrar emalı üzrə “Az.Ekol” MMC, polietilenin təkrar emalı üzrə “KSC QRUP” MMC, rezinplastik tullantıların piroliz üsulu ilə təkrar emalı üzrə Türkiyənin “Metem Turizm Tekstil İnşaat Ticaret Yatirim A.Ş” qurumu ilə “Təmiz Şəhər” ASC arasında anlaşma memorandumları imzalanmışdır. Bununla yanaşı, digər rezidentlərin cəlb edilməsi üçün hazırda müvafiq işlər görülür.

Bütün bunlarla yanaşı, respublika Prezidentinin 4 may 2011-ci il və 22 iyun 2012-ci il tarixli sərəncamları ilə təsdiqlənmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “Əlavə Tədbirlər Planı”nda nəzərdə tutulmuş Binəqədi qəsəbəsindəki idman kompleksinin qarşısındakı gölün qurudulması, həmçinin Böyükşor, Xocasən, Lökbatan, Qırmızı, Qu, Zabrat, Zığ və Bülbülə göllərinə məişət tullantı, texnikis. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması üzrə məsləhətçi qurum qismində Hollandiyanın “Witteveen Bos” şirkəti ilə İqtisadi İnkişaf Nazirliyi arasında 13 dekabr 2012-ci il tarixli müqavilə imzalanmışdır. İqtisadiyyat və sənaye nazirinin müvafiq əmri əsasında “Təmiz Şəhər” ASC birinci icraçı kimi müəyyən edilmişdir. Hazırda adı çəkilən cəmiyyət tərəfindən müvafiq koordinasiya işləri görülür. Həmçinin dövlət proqramının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərsu” və “Təmiz Şəhər” ASC-lər, Nərimanov, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ rayon icra hakimiyyətlərinin müvafiq nümayəndəliklərindən ibarət işçi qrupu yaradılmışdır. Məsləhətçi şirkət Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış işçi qrupun icmalilkin hesabatlarını təqdim etmişdir.

Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 26 dekabr 2013-cü il tarixli fərmanı ilə Böyükşor gölününonun mühafizə zonasının istifadəsi və mühafizəsi sahəsində idarəetmə, habelə qorunub saxlanılmasına nəzarətin həyata keçirilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir. Adı çəkilən fərmanda nəzərdə tutulmuş məsələlərin həlli üçün bu nazirliyin müvafiq əmrinə əsasən, “Təmiz Şəhər” ASC-yə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Xəzər rayonunun Qala qəsəbəsində üzviqeyri-üzvi tullantıların yığılması və daşınmasının təşkili üzrə pilot layihənin reallaşdırılması davam etdirilmişdir. Qəsəbədə 154 tullantı toplama meydançası və həmin meydançalarda 648 ədəd tullantı konteyneri quraşdırılmışdır.

Hesabat dövründə “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğunun (DTMQ) ərazisində yerləşən evlərdə və müəssisələrdə ilkin çeşidləmə üzrə adı çəkilən qoruq idarəsilə “Təmiz Şəhər” ASC-nin birgə həyata keçirdiyi pilot layihəsi davam etdirilmişdir. Qoruq ərazisində tullantıları çeşidlənmiş vəziyyətdə DTMQ Balaxanı poliqonuna öz nəqliyyat vasitələri ilə daşınmasını həyata keçirir. “İçərişəhər”də sözügedən ASC tərəfindən görülmüş işlər nəticəsində tullantıların ayrı-ayrılıqda yığılmasına sakinlərin marağı daha da artmışdır.

Ötən il Təhsil Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası və “ASAN xidmət” ilə tullantıların çeşidlənməsi, habelə çeşidlənmiş şəkildə toplanması üzrə əməkdaşlıq edilmişdir. Əməkdaşlıq layihələri üzrə hər bir qurumda xüsusi işarələrlə təchiz edilmiş üç növ tullantı konteynerləri, çeşidlənmə layihələri üzrə təşviqat xarakterli poster, buklet və flayerlər hazırlanmış, tələbə və əməkdaşlara təqdim edilmişdir.

Hər zaman maarifləndirməyə böyük diqqət yetirən “Təmiz Şəhər” ASC ötən il Balaxanı qəsəbəsində fəaliyyət göstərən zavodlara məlumat turları, yay məktəbləri, beynəlxalq sərgi və konfranslar, iməcilik aksiyaları və s. kimi ümumilikdə 30-dan artıq maarifləndirmə tədbirini reallaşdıraraq tullantıların idarəedilməsində insanların birbaşa roluna diqqət yönəltmişdir.

Fəaliyyətində keyfiyyətə mühüm önəm verən “Təmiz Şəhər” ASC hazırda öz işini beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində zəruri addımlar atır. Qısa müddətdə ASC “keyfiyyəti idarəetmə sistemləri” üzrə bütün qayda və təlimatları hazırlayaraq fəaliyyətini bu əsasda qurmuşdur. Müstəqil auditorlar tərəfindən keçirilən yoxlamalar nəticəsində ASC - nin bütün sahələrində beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq olunmuşdur. Bu yaxınlarda isə tanınmış “TÜV Austria” şirkəti tərəfindən ASC “Bərk məişət tullantılarının idarəedilməsi fəaliyyəti üzrə” “ISO 9001:2008" beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür.

 

Zakir İBRAHİMOV,

 

“Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri

 

Xalq qəzeti.- 2014.- 15 mart.- S. 6.