Binəqədi Rayon İcra Hakimiyyətində milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi qeyd edildi

 

Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi,  önünə tər çiçək dəstələri düzdülər.

Rayon icra hakimiyyətinin akt zalında davam etdirilən tədbirdə Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən sənədli film nümayiş etdirildi.

Rayonun hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbiri rayon icra hakimiyyəti başçısının birinci  müavini İlqar Süleymanov açdı. O, milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşdirilməsi üçün göstərdiyi diqqət və qayğıdan danışdı, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamlauğurla davam etdirildiyini söylədi. Natiq bildirdi ki, gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhdlə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı harada olmasına baxmayaraq, müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, onun inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdır.

Rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolundan söhbət açdı, qarşıdan gələn peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarını təbrik etdi  onlara uğurlar arzuladı.

Milli Təhlükəsizlik Nazirliyi Binəqədi rayon şöbəsinin rəisi Faiq Möhbalıyev çıxışında 95 il öncə yaradılan Azərbaycan milli təhlükəsizlik orqanlarının tarixindən bəhs etdi. Bildirdi ki, Azərbaycanın ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi kimi fəaliyyətə başlamışdır. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən yaradıldığını diqqətə çatdıran F.Möhbalıyev dedi ki, ümummilli liderimizin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin formalaşmasına imkan vermişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın sivil, demokratik, hüquqi dövlət kimi inkişafına yönəlmiş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi üçün əlverişli şəraitin yaradılmasında MTN əməkdaşları da yaxından iştirak edirlər. Terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdəki səmərəli fəaliyyət, Prezident İlham Əliyevin rəhbərliyi, dövlət strukturlarının və hüquq-mühafizə orqanlarının birgə səyləri ilə yaradılmış təhlükəsizlik mühitisabitlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

Rayon polis idarəsinin rəisi Ağalar Məhərrəmov çıxışında bildirdi  ki, bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.

Mərasimdə Milli Təhlükəsizlik Nazirliyi Binəqədi rayon şöbəsinin bir qrup əməkdaşına  rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələri təqdim edildi.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 20 mart.- S. 4.