Bu ilin ilk iki ayında iqtisadisosial sahələrdə böyük uğurlar əldə edilib

 

Bu gün ölkə iqtisadiyyatının dinamik inkişafı, əldə olunan yüksəliş və tərəqqi Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir, insanların həyat şəraitini yüksəldir. Müxtəlif sahələri əhatə edən dövlət proqramları uğurla həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər öz müsbət həllini tapır. İstehsalsosial infrastruktur obyektləri, yeni yerləri yaradılır, aqrar sahədə müsbət dinamika davamlı xarakter alır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə və idmana dövlət qayğısı durmadan artır.  Sosial-iqtisadi sahədə əldə edilən uğurlarqanunvericiliyin müasir iqtisadi fəaliyyətə uyğunlaşdırılması prosesi cari ilin yanvar- fevral aylarında da davam etdirilmişdir.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ilin ilk iki ayında ümumi daxili məhsul istehsalı 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,6 faiz artaraq 8,5 milyard manat olmuşdur. Əlavə dəyərin 50 faizi sənaye sahələrində, 8,8 faizi tikinti kompleksində, 11,6 faizi ticarət və pullu xidmət sahələrində, 6,3 faizi nəqliyyatda, 1,9 faizi rabitə müəssisələrində, 2,5 faizi aqrar bölmədə, 11,9 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 903,5 manat məbləğində (1151,9 ABŞ dolları) əlavə dəyər istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artmışdır.

Əlavə dəyərin 53,9 faizi qeyri-neft sektorunda istehsal olunub və ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8,8 faiz artım əldə edilib, neft-qaz sektorunda isə məhsul istehsalı 5,7 faiz azalıb. Hesabat dövründə sənaye sahəsində müsbət göstəricilər qeydə alınıb. Bu da təsadüfi deyil. Çünki Azərbaycanda qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye potensialının yaradılmasını vacib sayır. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılması aktual məsələ kimi gündəmə gətirilir.

Sənayeləşmə siyasəti çərçivəsində yenimüasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla təkcə 2012-2013-cü illərdə 150-dən çox sənaye müəssisəsi istifadəyə verilmişdir. Sənaye sektorunun inkişaf etdirilməsində məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı, ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi yolu ilə sənaye sahəsinin davamlı inkişafına nail olmaqdan ibarətdir.

Son 10 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, 2004-2013-cü illərdə regionların inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyintiemal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.

Yeni təsərrüfatçılıq formalarından sənayeləşmənin innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması isə indistrual cəmiyyətin formalaşmasına güclü zəmin yaradır. Dünyada sənayeləşmənin qlobal xarakter alması zəminində Azərbaycanda sahibkarlığın ən iri təşkilati-hüquqi forması olan sənaye texnoparkları layihələrinə üstünlük verilmişdir. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapitaltutumlu bölməsi sayılır və bu parklarda sənayenin bütün sahələrini əhatə edən onlarca zavod fəaliyyət göstərir.

Respublika Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2014-cü ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5,4 milyard manatlıq məhsul istehsal olunmuşdur. Məhsulun 3,9 milyard manatı və ya 71,6 faizi mədənçıxarma bölməsində istehsal olunmuş, 6,8 milyon ton neft və 3,1 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir.

Sənayenin emal bölməsində iki ay ərzində 1,1 milyard manatlıq və ya 0,3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 4 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 9,1 faiz, geyim istehsalı 9,5 faiz, kimya sənayesi məhsulları istehsalı 15,5 faiz, metallurgiya sənayesi 47 faiz, tikinti materialları istehsalı 10,6 faiz, maşın və avadanlıqları istehsalı 26,8 faiz, elektrik avadanlıqları istehsalı 53,2 faiz, avtomobil və qoşquların istehsalı 3,3 dəfə, sair nəqliyyat vasitələri istehsalı 3,2 dəfə, mebel istehsalı 19,5 faiz, zərgərlik, musiqi, idmantibb avadanlıqları istehsalı 20,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,1 dəfə artmışdır.

Elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 6,7 faiziya 363,4 milyon manatlığı istehsal edilmişdir. İstehsal olunmuş 4 milyard kilovattsaat elektrik enerjisi ötənilki səviyyədən 4,3 faiz çox olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 13,3 faiz artmışdır.

İki ay ərzində istehsal olunmuş məhsulun 98,7 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 322,8 milyon manatlıq hazır məhsul olmuş və əvvəlki ayla müqayisədə 35 milyon manat artmışdır.

Hesabat dövründə aqrar sektorda da bir sıra uğurlar əldə edilmişdir. Bu, dövlətin həmin sahəyə göstərdiyi diqqət və qayğı ilə bağlıdır. Hazırda aqrar sektorda çalışan sahibkarlar torpaq vergisindən savayı bütün növ vergilərdən azaddırlar. Dünyanın heç bir ölkəsində fermerlərin xeyrinə belə bir əlverişli qərar qəbul olunmayıb. Bundan əlavə, əkinlə məşğul olan hər bir fermerə istifadə etdiyi yanacaqsürtkü yağlarına görə dövlət kompensasiya ödəyir. Eyni zamanda, fermerlər istifadə etdikləri gübrəni bazar qiymətlərindən ucuz alırlar. Yaranan qiymət fərqini isə Azərbaycan dövləti büdcə hesabına ödəyir. Fermerlərə qayğı bununla da bitmir. Onlara toxum, kənd təsərrüfatı texnikası və cins mal-qara da güzəştli qiymətlərlə satılır.

Bu sahədə qəbul edilən ən önəmli qərarlardan biriaqrar sektorda çalışan fermerlərə uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Artıq güzəştli kreditlər almaq imkanı olan fermerlərin maliyyə problemləri yoxdur.

Aqrar sahədə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2013-cü ildə də davam etdirilmiş, quş əti, damazlıq və əmtəəlik yumurta istehsal üzrə 11 quşçuluq təsərrüfatı, 8700 başlıq 6 cins heyvandarlıq kompleksi, 29,3 hektar ərazidə 10 istixana kompleksi, 8 çörək zavodu, 3 kənd təsərrüfatı məhsullarının emalı və 1 quru meyvə istehsalı müəssisəsi, 1 toxumluq taxıl istehsalı, 469 hektar ərazidə 6 üzümçülük, 25 hektar ərazidə 4 intensiv bağçılıq və tingçilik təsərrüfatı, tutumu 5 min ton olan soyuducu anbar, 2 tara, 1 mebel istehsalı, 6 tikinti materialları istehsalı müəssisəsi və 11 digər sənaye məhsullarının istehsalı və emal müəssisələrinə, ümumilikdə 72 bu cür investisiya layihəsinin maliyyələşdirilməsinə 219,4 milyon manat güzəştli kredit verilmişdir. Müasir texologiyalara əsaslanan investisiya layihələrinin məbləği 2012-ci illə müqayisədə 16,8 faiz artmışdır.

Aqrar sektorda islahatlar həyata keçirildikdən sonra ölkənin kənd təsərrüfatında yeni iqtisadi şərait, müxtəlif təsərrüfat formaları yaradılıb. Yeni təsərrüfat subyektləri arasında üstünlük veriləni fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarıdır. Son illər bu növ təsərrüfat subyektləri daha çox inkişaf edərək öz maddi-texniki bazalarını xeyli möhkəmləndiriblər. İnkişaf prosesində təsərrüfatların formalaşması və maliyyə imkanlarının dəyişməsi birbaşa onların fəaliyyətinə təsir edir.

Hazırda aqrar bölmədə bitkiçilik məhsullarının əkininə başlanılmışdır. Mart ayının 1-nə kimi 46,6 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1,6 min hektar sahədə dənli və dənli paxlalılar, 11,3 min hektar sahədə kartof, 6,9 min hektar sahədə tərəvəz, 26,7 min hektar sahədə çoxillik otlar əkilmişdir.

Heyvandarlıq məhsullarından diri çəkidə ət istehsalı keçən ilə nisbətən 1,7 min ton, yaxud 2,4 faiz artırılaraq 71 min ton, süd istehsalı 8,7 min tonya 3,4 faiz artırılaraq 264,5 min ton, yumurta istehsalı 25,9 milyon ədəd, yaxud 12,1 faiz artırılaraq 240,5 milyon ədəd, bitkiçilik məhsulları isə 3764,1 tonya 12,1 faiz çox tərəvəz istehsal edilmişdir. Qeyd olunan məhsulların istehsalının artması kənd təsərrüfatının ümumi məhsulunun ötən ilki səviyyədən 3,4 faiz yüksək olmasını təmin etmişdir.

Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti sektorunda da böyük uğurlar qazanılmışdır. Dövlətin qeyri-neft sektorunun inkişafına istiqamətlənmiş siyasəti, ölkədə xaricidaxili investisiyalar üçün əlverişli şəraitin yaradılması, əsas kapitala qoyulan investisiyaların dəfələrlə artırılması nəticəsində Azərbaycanda ötən 10 ildə tikinti bumu yaşanmışdır. Böyük vüsət alan inşaat işləri bir tərəfdən dövlət tərəfindən ölkə əhəmiyyətli irimiqyaslı infrastruktur layihələrin reallaşması və sosial obyektlərin inşa edilməsi, digər tərəfdən özəl sektorda həyata keçirilən müxtəlif təyinatlı tikintilər hesabına baş vermişdir. Nəticədə ölkədə tikinti sektoru iqtisadiyyatın sabit şəkildə artan sahələrindən birinə çevrilmişdir.

İlin ilk iki ayında ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1824,6 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 7,9 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 1145 milyon manatı tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 28,1 faiz artmışdır. Əsaslı vəsaitin 70,7 faiziya 1290,2 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, 66,1 faizini (1205,8 milyon manatını) daxili investisiyalar təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 222,9 min kvadratmetr yaşayış evləri, 660 şagird yerlik ümumtəhsil məktəbləri, 270 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Qəbələ rayonundaTufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilmişdir.

Yük və sərnişin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən iki ay ərzində 32,8 milyon ton yük daşınmış, 272,8 milyon nəfər sərnişinə xidmət göstərilmiş və ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 0,5 faiz çox yük, 6,2 faiz çox sərnişin daşınmışdır.

Ölkədə ötən ildə olduğu kimi, cari ildə də informasiya və rabitə sahəsi sürətlə inkişaf etmişdir. İlin əvvəlindən keçən iki ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 243,9 milyon manatlıq xidmət göstərmişlər. 2013-cü ilin yanvar-fevral aylarına nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 11,2 faiz artmış, xidmətlərin 72,4 faizi əhaliyə göstərilmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, yanvar ayında xarici ölkələrlə 2406 milyon ABŞ dolları məbləğində ticarət, o cümlədən 535,2 milyon dollarlıq idxal və 1870,8 milyon dollarlıq ixrac əməliyyatları aparılmış, 1335,6 milyon dollarlıq müsbət saldo yaranmışdır. 2013-cü ilin yanvarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 3,6 faiz, o cümlədən ixracın həcmi 0,2 faiz, idxalın həcmi isə 15,7 faiz azalmışdır. Ticarət əlaqələrinin 91,6 faiziya 2204,1 milyon dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə, 8,4 faizi, yaxud 201,9 milyon dolları MDB üzvü dövlətləri ilə həyata keçirilmişdir.

2013-cü ilin yanvar ayına nisbətən ölkədən MDB üzvü olmayan dövlətlər istisna olmaqla digər dövlətlərə ixrac olunmuş malların dəyəri müqayisəli qiymətlərlə 1,8 faiz artmış və 1792,9 milyon dollar həcmində məhsul göndərilmişdir. Eyni zamanda, MDB ölkələrinə ixrac olunmuş malların həcmi 30,7 faiz azalaraq 77,9 milyon dollar təşkil etmişdir. Yanvar ayında ölkəmizə idxal olunmuş malların 411,2 milyon dollarlığı MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən, 124 milyon dollarlığı isə MDB üzvü dövlətlərindən daxil olmuşdur.

2014-cü ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 2,8 faiz artaraq 601,8 manata çatmışdır. Gəlirlərin 72,1 faizi son istehlaka, 8,9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 16,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

 

 Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 30 mart.- S. 1.