Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur

 

Aprelin 29-da Azərbaycan İctimai-Siyasi Universitetində (AİSU) “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudurmövzusunda elmi konfrans keçirilmişdir.

Əvvəlcə dövlət himni səsləndirilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş elmi konfransda AİSU-nun rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev “İnkişafın Heydər Əliyev modelimövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə ulu öndərin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən, gənclərə olan qayğısından söhbət açılmışdır. Bildirilmişdir ki, bu gün biz ümummilli liderin uzaqgörən siyasiiqtisadi fəaliyyətinin nəticəsində Heydər Əliyev ideyalarının təntənəsini yaşayırıq. Dövlətçilik və azərbaycançılıq ulu öndərin həyat fəaliyyətinin əsas prinsiplərindən idi, - deyən rektor bildirmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi uğurlu və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni və digər sahələri sürətlə inkişaf etməyə başlamışdır. Ümummilli liderimiz Azərbaycanı və onun müstəqilliyini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda ölkəmiz regionun lider dövlətinə çevrilmiş, həyata keçirilən qlobalregional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirmişdir.

Tədbirdə akademik Teymur Bünyadovxalq şairi Söhrab Tahir çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan elminin və ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən söhbət açmış, ulu öndərlə bağlı unudulmaz xatirələrini bölüşmüşlər. Natiqlər fenomenal yaddaşa malik Heydər Əliyev şəxsiyyətini böyük insan, bacarıqlı diplomat, uzaqgörən siyasətçi, dünya şöhrətli ictimai-siyasi, dövlət xadimi və yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət kimi yüksək qiymətləndirmişlər.

Konfransda “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında məruzələr dinlənilmişdir. Məruzələrdə müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, ümummilli liderin Azərbaycan ədəbiyyatının inkişafına göstərdiyi dövlət qayğısından söhbət açılmışdır.

Sonda ümummilli lider Heydər Əliyevə həsr edilmiş musiqi nömrələri səsləndirilmişdir.

 

Xalq qəzeti.- 2014.- 1 may.- S. 3.