Heydər Əliyevlə işləmək böyük şərəf idi...

 

Bütün fəaliyyəti xalqına və dövlətinə xidmətdə keçən, dünyanın haqsız vaxtlarında haqqa tapınan, ədaləti müdafiə etməyi hünər yox, kişiliyin ali keyfiyyəti hesab edən Bilal Mahmudov bu gün dövlət qulluğu təqaüdçüsüdür. Səmimiyyəti ilə ilk andaca adamı çəkən, sözün həqiqi mənasında, klassik ziyalılardan olan bu nurani insanla hər görüşüm məni ötən əsrin 70-80-ci illərinin çox maraqlı aləminə qovuşdurur.

Bilal müəllim hələ gənc yaşlarından bir sıra məsul vəzifələrdə çalışıb.  Tərtər Rayon Komsomol Komitəsinin birinci katibi, rayon partiya komitəsinin şöbə müdiriikinci katibi, Bərdə və Yevlax rayonları birləşərkən yaradılan Partiya-Dövlət Nəzarəti Komitəsinin 1963-64-cü illərdə sədri, 1965-ci ildən isə Tərtər Rayon Xalq Nəzarəti Komitəsinin sədri işləyib. Şəxsi keyfiyyətləri, təşəbbüskarlığı, işgüzarlığı  sayəsində vəzifə pillələrini bir-bir keçsə də, ona bəslənilən etimadı ləyaqətlə doğrultsa da, vicdanlı, obyektivprinsipial insanların  rəğbətini qazansa da bəzilərinin qısqanclığına, qəzəbinə də tuş gəlib.  Amma bundan sınmayıb, ruhdan düşməyib...

Özübütün bunlar respublikada  hakimiyyətin yuxarı eşalonunda gizli çəkişmələrin baş verdiyi, siyasi elitanın bir çox nümayəndələri arasında korrupsiyanın və qohumbazlığın tüğyan etdiyi bir vaxtda müşahidə olunub. Bax belə bir dövrdə - 14 iyul 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Həmin dövrü xatırlayarkən, o günlərin sevincini yaşayırmış kimi Bilal müəllimin çöhrəsinə təbəssüm qonur:

– 1969-cu il iyul ayının 14-də axşam xəbər yayıldı ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilibPlenum təşkilati məsələləri müzakirə edib. Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibibüro üzvü seçilib. Səhəri gün, 15 iyulda isə respublikamızın və İttifaqın bütün mərkəzi qəzetləri bu plenum barədə məlumatı birinci səhifələrində iri şriftlərlə dərc etdilər...”.

Ulu öndər o illərdə savadlı, bacarıqlı  kadrlara etimad göstərir, bütün işlərdə onlara dayaq, arxa dururdu. Bunu deyərkən, keçdiyim ömür yolunda ulu öndərin mənə qayğısı, diqqəti gözlərim önündə canlanır. Yeri gəlmişkən, bir əhvalatı xatırlatmaq istərdim. Heydər Əliyevin respublikaya rəhbər təyin edildiyi ilk vaxtlar idi. Azərbaycan KP MK-ya  dəvət edilmişdim. Söhbət zamanı bildirdilər ki, Tərtərə birinci katib vəzifəsinə mənim namizədliyimi irəli sürmək fikrindədirlər. Mən yerli adam kimi bu vəzifəyə göndərilməyimin məqsədəuyğun olmadığını diqqətə çatdırdım. Belə halda  hələlik Tərtərdə üçüncü katib işləyəcəyimin,  sonra isə rayonlardan hansınasa birinci katib vəzifəsinə  namizəd veriləcəyimin nəzərdə tutulduğunu dedilər.

Bu, Heydər Əliyeviçin şəxsi tapşırığıdır” söyləniləndə  isə, sözün düzü,  heyrətləndim. Bir müddət keçdikdən sonra mən bildim ki, Heydər Əliyev hələ respublika Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən barəmdə kifayət qədər məlumatı olub. Hətta mənə qarşı olan haqsızlıqlardan da xəbəri varmış...

 

Bilal Mahmudov daha sonra deyir:

 

– 1970-ci ilin martında Tərtər Rayon Partiya Komitəsinin plenumunda üçüncü katib seçildim. Etimadın nə qədər məsuliyyətli, eyni zamanda, şərəfli olduğunu dərk edirdim. Ona görə də özümə  son dərəcə tələbkarlıqla yanaşır, gecəli-gündüzlü işləyirdim... Bir müddət sonra məni yenidən MK-ya dəvət etdilər. Respublika rəhbərinin tövsiyəsi ilə Balakən rayonunda birinci katib vəzifəsinə seçildim. Heydər Əliyevin respublika rəhbəri kimi xarakterində belə bir cəhət var idi ki,  inanıb vəzifə etibar etdiyi adamın arxasında dayanır, tövsiyələrini və yardımını ondan əsirgəmirdi. Balakəndə dəfələrlə bunun şahidi oldum.

Bir dəfə ulu öndərin  qəbulunda olanda  Balakənin çox həssas bölgədə yerləşdiyini diqqətimə çatdırıb, hansı məsələlərə daha çox önəm verilməsinin zəruriliyini xatırlatdı. Növbəti görüşlərmizin birində dedim ki, Balakəndə azsaylı ingiloylar yaşayırlar və onlar orta məktəbi bitirib ali təhsil almaq üçün qonşu Gürcüstana gedirlər. O dərhal soruşdu ki, bunun səbəbi nədir? Bildirdim ki, müəyyən dil problemləri var. Elə həmin gün müvafiq şöbələrə tapşırıq verdi ki, növbəti qəbul imtahanları zamanı ingiloy abituriyentlərin  güzəştli şərtlərlə ali məktəblərə qəbul olunması üçün müvafiq qərar layihəsi hazırlasınlar...

Dahi rəhbər Balakəndə qazandığım uğurlardan çox razı qalmışdı. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, beş ildə tapşırılan işin öhdəsindən layiqincə gəlmişdim.

Sonra Heydər Əliyev məni o dövrdə respublikanın, necə deyərlər,  ən ağır rayonlarından birinə – Kürdəmirə RPK-nın birinci katib göndərdi. Rayona getməmişdən əvvəl ulu öndərlə olan söhbəti bu günböyük qürur hissi ilə xatırlayıram. Bir saatdan artıq çəkən söhbət zamanı Balakəndəki fəaliyyətimdən razı qaldığını bildirdi və əlavə etdi ki, Kürdəmir çox çətin rayondur. Birdən ağlına başqa şey gələr. Unutma ki, səni Balakənə də özüm məsləhət bilmişəm, Kürdəmirə də özüm göndərirəm. Bu rayonların hər ikisi eyni ictimai -siyasi mühitə malik rayonlardır. Sən Balakəndə yaxşı işləmisən, istəyirəm Kürdəmirdə də bizə köməyini göstərəsən. Bir qədər fikrə gedib əlavə etdi:

Bilal, sən bir az utancaq adamsan, çəkinmə. Bu telefonlar  da həmişə sənə cavab verəcək, o qapıda da (kabinetinin qapısını göstərdi) sən heç vaxt çox gözləməyəcəksən.

Bu, mənim üçün çox böyük etimad idi. Ona görə dərin minnətdarlığımı bildirdimsöz verdim ki, mən bu görüşdən sonra daha gərgin işləməliyəm. Axı bu münasibətin cavabını tək sözdə yox, həm də əməli fəaliyyətimlə verməli idimverdim də.

Bilal müəllim deyir ki, Heydər Əliyevin dilindən çıxan elə bir söz olmadı ki, sadəcə, kiməsə xoş gəlmək üçün söylənilsin. Mən ulu öndərin rəhbərliyi altında on il çalışdım və bir dəfə də olsa belə onun sözündən döndüyünü görmədim. Kürdəmirdə işlədiyim  beş ildə elə vaxtlar olub ki, mən bir həftədə iki dəfə bu böyük şəxsiyyətin  qəbulunda olmuşam və nə xahiş etmişəmsə hamısı öz həllini tapıb. Beş  ildə beş dəfə Kürdəmirə səfər edən  Heydər Əliyevlə görüşlərimiz mənim yaddaşımda ən əziz xatirə kimi bu gün də yaşayır.

Tam səmimi deyirəm ki, 70-ci illərdə təsərrüfat, sovetpartiya orqanları Heydər Əliyevin rəhbərliyi altında çox böyük işlər görürdülər. Şəhər və rayon partiya komitələri və onların birinci katibləri əsl fədakarlıq göstərirdilər. Bu, ondan irəli gəlirdi ki, biz Heydər Əliyevi ürəkdən sevir, ona son dərəcə inanır və sədaqətlə xidmət edirdik. Çünki o, bizdən  ikiqat artıq enerji və səylə çalışırdı.

Bilal Mahmudov xatirələrində yazır: “1969-cu il iyulun 14-ü  Azərbaycanın tarixinə taleyüklü bir gün kimi yazılıb. Həmin gün ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbər seçilib. Deyərdim ki, Azərbaycanın  sosial-iqtisadi, mədəni yüksəlişi, xalqımızın rifah halının yaxşılaşması, indiki müstəqil dövlətimizin təməlinin qoyulması məhz o vaxtdan başlanıb. Mən bunun canlı şahidiyəm...”.  Ulu öndər Heydər Əliyev çox cavan, yaraşıqlı, həsəd aparılan şəxsiyyətli bir adam idi. O vaxta kimi insanlar ulu öndəri efirdə və üzbəüz az görmüşdülər. Ona görə də hamı bu dahi şəxsiyyəti heç olmasa, televizorda görməyi arzulayırdı... Hamı respublikadakı ictimai mühitin yaxşılaşmasını, haqq-ədalətin bərpa edilməsini, bərbad vəziyyətin düzəlməsi üçün sanballı tədbirlərin həyata keçirilməsini səbirsizliklə gözləyirdi...”.

Bilal Mahmudov deyir ki, çox keçmədi, ümummilli lider Heydər Əliyevin başçılıq etdiyi Mərkəzi Komitənin kəsərli qərarları biri digərinin ardınca mətbuatda dərc edilməyə başladı. Əvvəlcə respublika, sonra isə şəhər və rayonlar səviyyəsində respublikanı pis vəziyyətə salan “rəhbərlər” barədə zərgər dəqiqliyi ilə təsirli tədbirlər görüldü. Həyata keçirilən bu tədbirlər isə xalq tərəfindən böyük rəğbətlə qarşılanıb alqışlanırdı və adamların ruh yüksəkliyi ilə işləməsinə səbəb olurdu. Xalq Heydər Əliyevin şəxsində özünün arzuladığı rəhbəri tapmışdı.

Heydər Əliyevin respublika rəhbəri kimi ilk tədbirlərindən biri də təşəbbüskar,  xalqa sadiq, mənəvi cəhətdən saf kadrları seçib şəhər və rayonlarda rəhbər vəzifələrə göndərməsi idi. Ulu öndər belə şəxsləri axtarıb tapır və rəhbər vəzifələrə tövsiyə edir, onlara böyük etimad və kömək etməklə bərabər, tələbkarlıq da göstərirdi...

Heydər Əliyev doğma Vətəni Azərbaycana və millətinə ürəkdən bağlı olan, onları qəlbən  sevən və respublikamızın yüksəlişi üçün fədakarlıq göstərən rəhbər idi. Bu dahi şəxsiyyətin  müdrik, uzaqgörən və səriştəli rəhbərliyi nəticəsində respublikamız nəinki nəhəng Sovet İttifaqında yüksək göstəricilərə nail oldu, həm də dünyada tanındı və özünün hazırkı müstəqilliyinə təməl yaratdı.

Onun həyatı böyük bir məktəb idi. İdarəçilik üslubu, nitq söyləməsi, adamlarla ünsiyyəti, onları səbrlə dinləməsi, göstəriş və tövsiyələr vermək qabiliyyəti, kadrlara qayğı və tələbkarlıq göstərmək üslubu, çətin məsələləri həll etmək üçün çıxış yolu tapmaq bacarığı, iradə möhkəmliyi və yorulmazlığı heyrət doğururdu.

Heydər Əliyevin fitri istedada malik olmasını və idarəçilik qabiliyyətini SSRİ-nin  bütün tanınmış adamları yaxşı bilirdilər. Bir dəfə SSRİ Hərbi Hava Qüvvələrinin komandanı, Sovet İttifaqı marşalı Koldunov Qəbələdəki RLS-ə baxmaq üçün Azərbaycana gəldi. Onun xidməti təyyarəsi Kürdəmirdəki hərbi hissənin təyyarə meydançasına endi. Koldunov Heydər Əliyevin müdrikliyindən, yüksək təşkilatçılıq qabiliyyətindən, natiqlik istedadından, orduya münasibətindən və misilsiz xidmətlərindən söz açdı. Koldunov əvvəllər Bakı Hava Hücumundan Müdafiə Dairəsi komandanının birinci müavini işləyərkən Heydər Əliyevlə olan görüşlərindən, Hərbi Şuranın yığıncaqlarında dahi öndərin  iştirakından və çıxışlarından ağızdolusu danışır və deyirdi ki, onunla hər bir görüşümüz bizim üçün böyük dərs idi. Marşal dedi ki, Heydər Əliyev hərbi işi, onun elmi-nəzəri əsaslarını ölkənin yüksək çinli hərbçilərindən daha yaxşı bilirdi. Heydər Əliyev Azərbaycan xalqı üçün bir Tanrı bəxşişidir, onu qoruyun...”.

Bir sözlə, ümummilli liderimizin  respublikamıza uzunmüddətli rəhbərlik dövrü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk edilmişdir. İndi ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil dövlətimizi Heydər Əliyev irsinə sadiq qalaraq idarə etməsi, onu bütün dünyada tanıtması, bu fırtınalı dünyada sükanı düzgün tutması və respublikamızın çiçəklənməsi üçün tədbirlər həyata keçirməsi bütün xalqımız kimi, bu dahi şəxsiyyətlə  1970-ci illərdə fədakarlıqla və sədaqətlə çiyin-çiyinə işləmiş Bilal Mahmudov kimi dövlət qulluqçularını da ürəkdən sevindirir.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 4 may.- S. 4.