Milli Aviasiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

Mayın 7-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Akademiyanın müəllim-tələbə heyəti və Nizami rayonu 58 nömrəli məktəbin şagirdləri iştirak etmişlər.

Muzeyin əməkdaşı Rübabə Əbiyeva tədbirdə “Müstəqil Azərbaycanın memarı - Heydər Əliyev” mövzusunda mühazirə oxumuş, ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, həmçinin dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi tərəqqisi, eyni zamanda, mülki aviasiyamızın inkişafı sahəsində misilsiz fəaliyyəti haqqında  məlumat vermişdir.

Tədbirin sonunda AzərTAc-ın multimedia və videoxəbər şöbəsi tərəfindən hazırlanmış “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi varfilmi nümayiş etdirilmişdir.

 

 

Xalq qəzeti.- 2014.- 8 may.- S. 12.