Samux rayonunda Heydər Əliyevin ad gününə həsr edilmiş elmi-praktik konfrans

 

Samux rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  91 illiyinə həsr olunmuş silsilə tədbirlərin  davamı olaraq Heydər Əliyev mərkəzində elmi-praktik konfrans keçirilmişdir.

Tədbirdə  rayon icra  hakimiyyətinin başçısı  Alı Qocayev, Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan  Tibb Universitetinin tədris terapevtik klinikasının direktoru Surxay Musayev,  hüquq-mühafizə orqanlarının  rəhbərləri, rayon  ictimaiyyətinin nümayəndələri, idarə və  müəssisə rəhbərləri iştirak  etmişlər.

Konfrans  iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra  ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş  video-filimə baxılmışdır.

Rayon icra başçısı Alı Qocayev çıxışında   müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər  Əliyevin Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük nemət olduğunu demişdir.

Qonaqlar  ümummilli lider Heydər Əliyev haqqında xatirələrini konfans iştirakçıları ilə bölüşmüşlər.

Tədbirin sonundaUlu öndər Heydər Əliyev uşaqların gözü ilə ” mövzusunda keçirilmiş müsabiqə iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.

 

H. QASIMOV

 

Xalq qəzeti.- 2014.- 8 may.- S. 15.