Naxçıvan Muxtar Respublikasında aqrar müşavirə keçirilmişdir

 

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir. 2013-cü ildə muxtar respublika üzrə 109 min 468 ton dənli və dənli paxlalılar, 66 min 497 ton tərəvəz, 43 min 276 ton meyvə və 41 min 297 ton kartof istehsal olunmuşdur. Heyvandarlıq məhsullarının istehsalında da artım olmuş, ümumilikdə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 337 milyon 127 min manatdan artıq olmuşdur. Hazırda muxtar respublika üzrə 29 min 698 hektar sahə payızlıq taxıl əkini altındadır. Təkcə ötən il sahibkarlara 14 milyon 700 min manatdan artıq kredit verilmişdir.

Qeyd olunmuşdur ki, əldə edilmiş bütün nəticələr muxtar respublikada kənd təsərrüfatı sahəsində yaradılmış əlverişli şəraitin nəticəsində mümkün olur. Cari ilin ötən dövründəAzərbaycannasos stansiyasından Kəngərli rayonunun Böyükdüz kəndinin ərazisini əhatə edən boru xəttinin Sədərək rayonunda nasos stansiyasının tikintisi başa çatdırılmış, Babək rayonunda Uzunoba Su Anbarının yenidən qurulması, Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan 40 km uzunluğunda boru xəttinin çəkilişi davam etdirilir. Görülmüş tədbirlər nəticəsində Sədərək rayonunda 1500, Kəngərli rayonunda isə 4000 hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılacaqdır.

Naxçıvan AqrolizinqAçıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış edərək demişdir ki, “Naxçıvan AqrolizinqAçıq Səhmdar Cəmiyyətinin rayon bazaları üçün inzibati bina, anbar, texniki park təmir sexləri tikilib istifadəyə verilmişdir. Fəaliyyəti dövründə cəmiyyətin xətti ilə muxtar respublikaya 1383 ədəd texnika texnoloji avadanlıq gətirilmiş, onlardan 996 ədədi lizinq yolu ilə sahibkarlara satılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Kənd təsərrüfatı iqtisadi fəaliyyətin aparıcı sahəsi kimi muxtar respublikamızda qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş birinci ikinci dövlət proqramları, kartofçuluğun inkişafı, eləcə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, meyvəçiliyin tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası daha böyük nəticələrin əldə olunmasına şərait yaradıb. Həyata keçirilən tədbirlər artıq öz nəticələrini göstərməkdədir. Ötən il kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalında 7 faiz, əkinçilikdə isə 8 faiz artıma nail olunmuşdur. Lakin bunlar arxayınçılıq üçün əsas yaratmamalıdır. Kənd təsərrüfatına diqqət artırılmalıdır. Ona görə ki, bu sahə bir tərəfdən əhalinin ərzaq təminatını ödəyirsə, digər tərəfdən ildən-ilə artan yeni emal müəssisələrinin xammalla təmin olunması muxtar respublikanın ixrac potensialının artırılması üçün geniş imkanlar yaradır. Qeyd olunan sahələrdə fəaliyyətin gücləndirilməsi, eləcə yaz-tarla işlərinin başlanması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulu istehsalçıları, həmçinin bu sahənin inkişaf etdirilməsinə cavabdeh dövlət orqanları qarşısında bir sıra mühüm vəzifələr dayanır.

Ali Məclisin sədri müşavirədə aidiyyatı orqanlara tapşırıqlar vermişdir.

Ali Məclisin sədriNaxçıvan AqrolizinqAçıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına, təmir sexinə, gübrə ehtiyat hissələr anbarlarına baxmışdır.

 

***

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif TalıbovAraz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatına gəlmiş, əkin sahələrinə baxmışdır.

 

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat vermişdir ki, yardımçı təcrübə təsərrüfatının sahəsi 70 hektardır. Bu ilin məhsulu üçün şırım üsulu ilə 41,1 hektarda payızlıq taxıl əkini aparılmışdır. Səpin zamanı məhsuldar buğda arpa sortlarından istifadə olunub. Həmçinin 9 hektarda “Santa” sortlu kartof, 16 hektarda yonca, 1 hektara yaxın ərazidə isə bostan məhsulları əkilmişdir. Birliyin nəzdində 25 texnika var. Əkin becərmə işlərinin həyata keçirilməsində texnikadan səmərəli istifadə olunur.

Ali Məclisin sədri əkin zamanı yerli iqlim şəraitinə uyğunlaşmış toxum növlərindən istifadəyə üstünlük verilməsi, torpaq mülkiyyətçiləri fermerlərlə kənd təsərrüfatı bitkilərinin əkin becərilmə qaydaları haqqında söhbətlərin aparılması, seminarların rayonlarda səyyari yığıncaqların keçirilməsi, mütərəqqi əkin üsullarının izah edilməsi, qeyd olunan məsələlərlə bağlı kitabçaların hazırlanıb paylanılması, yardımçı təcrübə təsərrüfatında yerli sortlarından ibarət meyvə bağının salınması barədə müvafiq tapşırıqlar vermişdir.

 

 Xalq qəzeti.- 2014.- 11 may.- S. 10.