Milli dövlətçiliyimizin xilaskarı

 

Azərbaycan tarixinə qurucuxilaskar kimi daxil olmuş ümummilli lider Heydər Əliyev xalqımızın mənəvi, siyasi  ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Zaman-zaman tarixin sərt sınaqlarından çıxan  Azərbaycan xalqı ötən əsrin sonlarında, nəhayət, nail olduğu müstəqilliyi və dövlətçiliyi məhz Heydər Əliyevin   müdrikliyi, siyasi uzaqgörənliyi və polad iradəsi sayəsində tarix səhnəsində yaşamağı bacardı. Xalqımızın müstəqillik dövründə  qazandığı nailiyyətlər ümummilli liderimizin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində ölkəmiz böyük inkişaf və tərəqqi yolu keçmişdir. 1970-1980-ci illərdə respublikamızın həyatında baş verən tərəqqi güclü lider, bacarıqlı dövlət rəhbəri Heydər Əliyevin tükənməz fəaliyyəti sayəsində mümkün olmuşdur.

1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində xalqımız Azərbaycanın müstəqillik  tarixinin ən  çətin, ağır və problemli günlərini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, hakimiyyəti  ələ keçirmək üçün  torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik, anarxiya, xaos, özbaşınalıq, siyasi hərc-mərclik hökm sürürdü. Regionlarda, paytaxtın ayrı-ayrı məhəllələrində  qeyri - qanuni silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Girovgötürmə, adam oğurluğu  kimi çirkin yollar qazanc mənbəyinə çevrilmişdi. O dövrün səriştəsiz, idarəetmədə naşı  rəhbərləri  üzdə  guya xalqın qədirbiləni olduqlarını göstərirdilər. Əslində isə sərvət düşkünləri olan  belələrinin əsas məqsədi  sovet hakimiyyəti illərində toplanmış xalq əmlakını mənimsəmək, talan etmək, özlərinə var - dövlət toplamaq idi. Talançılıq, quldurluq  baş alıb gedirdi. Faktiki olaraq dövlət, dövlətçilik  yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə dövlət idarəçiliyində heç bir səriştəsi olmayanlar, xaricdəki  himayədarlarının göstərişlərii ilə hərəkət edərək  ölkəni  milli fəlakət həddinə çatdırmışdılar. Müstəqilliyini yenicə qazanmış Azərbaycan  vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilmək həddinə çatmışdı.

Azərbaycan,  demək olar ki, beynəlxalq aləmdən tədric olunmuşdu. Ölkə tədricən parçalnmaq həddinə çatmışdı. Xalq ümidsizlik və təlaş içərisində idi. Artıq sabaha inam qalmamışdı. Ən qorxulu hal isə  Azərbaycanın xaricdəki düşmənləri, ölkəmizin müstəqilliyini istəməyən antiazərbaycan qüvvələr  daxildəki satqınlarla, xəyanətkarlarla birləşmişdilər. Daşnakların “Böyük Ermənistan”  niyyətləri Azərbaycanı Qafqazın, eləcə də dünyanın siyasi xəritəsindən  birdəfəlik silmək idi. Azərbaycan  uçrumun bir addımlığında idi.

Belə ağır və çətin bir vaxtda  xalqın, millətin  dövlət idarəçiliyində zəngin təcrübəsi olan, insanları arxasınca apara bilən,  qüdrətli bir liderə böyük ehtiyacı yaranmışdı. Belə bir lider isə yalnız Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və çox düzgün yol seçərək  dünyanın qüdrətli  siyasi xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasını təkidlə xahiş etdi. Bununla da Azərbaycanın xaricidaxili düşmənlərinin  bütün planları alt - üst olduçirkin niyyətləri ürəklərində qaldı. Məhz həmin vaxtlarda ulu öndər  Heydər Əliyevin ölkəyə rəhbərliyi  ilə müstəqil Azərbaycanın  tarixində yeni mərhələnin əsası qoyuldu. Qüdrətli şəxsiyyət uzaqgörənliyi və qətiyyətli qərarları ilə ölkədə yetişməkdə olan vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xaricidaxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək və  aradan qaldırmaq planı puça çıxdı.

Ümummilli lider ömrünün  qalan hissəsini dövlət müstəqilliyinin möhkəmlənməsinə sərf etmiş, müstəqilliyimizi əbədi və dönməz prosesə çevirmişdir. Həmin illər milli ordu quruculuğu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirilmiş, ilk milli Konstitusiyamız qəbul edilmiş, əsas insan hüquq və azadlıqlarının qorunmasına təminat verilmişdir. Ölkəmizdə ilk dəfə olaraq azad və ədalətli seçkilər keçirilmiş, özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyəti təmin edilmişdir.

Ulu öndər  Heydər Əliyevin  xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir.

 Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə  bağlandı. “Əsrin müqaviləsi”ndə 8 ölkədən  13 şirkət  iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. Bu tarixi müqavilənin imzalanmasından sonra Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin güclənməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu.

“Əsrin müqaviləsi”  Azərbaycanı sosial tədbirlərin  miqyasının dəyişməsinə doğru aparırdı: ölkəyə külli məbləğdə investisiya gətirilməsiylə əlaqədar millət hərc-mərclikdən və parçalanmaqdan xilas olmaq imkanı qazanırdı. Azərbaycan xalqı dəqiq məzmuna malik həyati əhəmiyyətli vəzifələri yerinə yetirməli idi. Ölkə iqtisadiyyatının getdikcə qüdrətlənməsində  və beynəlxalq aləmə sürətli  inteqrasiyamızda  bu tarixi müqavilənin müstəsna rol oynadığını bu güngörürük.

Azərbaycanın inkişafını və dünya birliyində mövqelərinin möhkəmləndirilməsini gözü götürməyən xarici düşmənlərimiz bütün vasitələrlə ölkədə qarşıdurma yaratmağamilli xəyanətkarları qeyri-qanuni yollarla hakimiyyətə gətirməyə cəhd edirdilər. 1994-cü ilin oktyabr 1995-ci ilin mart hadisələri bunun nəticəsi idi. Həmin vaxtlarda xarici düşmənlərimizin himayədarlığı ilə milli xəyanətkarlar hakimiyyəti qeyri-qanuni silahlı birləşmələrin gücü ilə ələ almağa çalışdılar. Lakin ulu öndərin qətiyyəti, siyasi uzaqgörənliyi müdrikliyi bu  qəsdlərin qarşısını aldı. Ölkəmiz bu ağır sınaqlardan uğurla çıxdı. Bu hadisələr bir daha təsdiqlədi ki,  Heydər Əliyev andına sadiq qalan qüdrətli şəxsiyyətdir. Ulu öndər dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə qurban qetməyə hazır olan Prezident qətiyyəti nümayiş etdirdi.  Dövlət başçısının qətiyyəti xalqda ruh yüksəkliyi yaratdı, inamımızı özümüzə qaytardı. Ölkədə sabitlik əmin-amanlıq yarandı.

Prezident Heydər Əliyev xalqı, yurdu ayrı-ayrı hissələrə parçalanmaqdan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlkirəhbərlərintarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı.

Ulu öndər ökənin xarici siyasətində beynəlxalq qurumlarla inkişaf etmiş dövlətlərlə əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoymuşdu. O, müstəqillik yolunda ilk addımlarını atan bir ölkənin beynəlxalq təcrübəyə yiyələnməsini, qabaqcıl təcrübələrdən bəhrələnməsini  zəruri sahələrdən biri hesab edir, bu məsələlərə xüsusi önəm verirdi. Ulu öndərin rəhbərliyi altında  Azərbaycan regional qlobal səviyyədə fəaliyyəti, o cümlədən, beynəlxalq arenada əməkdaşlığı genişləndirərək dərinləşdirərək müstəqil dövlət kimi Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biri olmuşdur. Bu səbəbdən Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görmüş bu tədbirlər uğurla həyata keçirilmişdir. Belə ki, Azərbaycanın milli qanunvericiliyinin demokratikləşdirilməsinə köməklik göstərən Avropa Şurasının Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyasını onun protokollarını 2001-ci il yanvarın 25 -   imzalamış,  2002-ci aprelin 15 -   isə onları ratifikasiya etmişdir. Azərbaycan nümayəndə heyəti Avropa Şurası çərçivəsində, ilk növbədə bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyinin formalaşdırılmasında məqsədyönlü məhsuldar fəaliyyəti ilə seçilmişdir. Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Avropa Birliyi ilə çoxşaxəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycanın Avropa Birliyi ilə münasibətləri TACİS, TRACECA digər müxtəlif proqramlar çərçivəsində inkişaf etdirilmişdir. 1996-cı ildə Azərbaycan ilə Avropa Birliyi arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq Əməkdaşlıq sazişi imzalanmışdır. Bu saziş siyasi dialoq, demokratiyanın qurulmasına kömək, eləcə iqtisadi əməkdaşlıq sərmayələrin qoyuluşunu nəzərdə tutur. Bütün bunlarda ulu öndər Heydər Əliyevin başlıca məqsədi müstəqil Azərbaycanın Avropaya dünya birliynə inteqrasiyasını genişləndirmək olmuşdur.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Azərbaycanda  hökmranlıq edən sabitlik,  həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir. Azərbaycanın demokratiya yolunda qısa vaxt ərzində əldə etdiyi nailiyyətlər bu gün dünyanın aparıcı dövlətləri nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Ölkəmiz Avropa Şurasının, UNESKO, MDB, QİƏT, İKT, GUAM-ın, Dünya Sülh Şurasının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Beynəlxalq Bərpa İnkişaf Bankının, habelə çoxlu sayda beynəlxalq regional təşkilatların, birliklərin, konvensiyaların fəal üzvüdür. NATO və Avropa Birliyi ilə tərəfdaşlıq edir.

 Ümummilli liderimizin uzaqgörənliklə yaratdığı inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.  Xalqımızın böyük xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsi tarix boyu unudulmayacaqqoyduğu irs müstəqil Azərbaycan dövlətinin inkişafının nüvəsi olaraq qalacaqdır.

Azərbaycan xalqı öz Prezidentinə – cənab İlham Əliyevə inanır. Onun müdrikliyi, uzaqgörənliyi, siyasi nüfuzu, beynəlxalq aləmdəki uğuru xalqa işıqlı sabahlardan xəbər verir. Axı ulu öndərimiz də bir vaxtlar “Mən ona özüm qədər inanıram” - demişdi.

 

 

Mirkazım KAZIMOV,

 

Milli Məclisin deputatı,

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

 

Xalq qəzeti.- 2014.- 11 may.- S. 12.