Ulu öndərə həsr olunmuş silsilə tədbirlər

 

Azərbaycan Turizm İnstitutu

 

Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycanda turizmin inkişafında mehmanxanarestoran təsərrüfatı: problemlər və perspektivlər” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir. Tədbirdə əsas məqsəd Azərbaycanda və beynəlxalq aləmdə mövcud olan yerləşmə və qidalanma müəssisələri barəsində ilkin informasiya vermək, dünya praktikasından istifadə edərək ölkəmizdə turizmin inkişafını dəstəkləmək olmuşdur.

Azərbaycan qeyri-neft sektoru hesab olunan turizmin inkişafına kifayət qədər maliyyə vəsaiti yatırır və bu sənaye sahəsinin irəliləməsində ölkə Prezidenti möhtərəm İlham Əliyevin səyləri də danılmazdır. Xüsusilə son 5 il müddətində Azərbaycan ərazisində bir sıra zəncirvari mehmanxanaların açılması, mövsümülük amilinin aradan qaldırlması üçün qış turizm mərkəzlərinin fəaliyyətə başlaması və bunların hər birində dövlətin öz dəstəyini əsirgəməməsi ümumi maraqların bir istiqamətdə olduğunu bir daha sübut edir.

Konfransı ATİ-nin rektoru C. Cəfərov açaraq ümummilli lider Heydər Əliyevin turizmin inkişafında göstərdiyi xidmətlərdən söz açmışdır. O, turizm əmək bazarında işçilərə ehtiyac olduğunu, institut məzunlarının asanlıqla tapdığını və ixtisaslı kadrların hər birinin artıq turizm sahəsində fəaliyyətə başladığını qeyd etmişdir. Sənaye sahəsindən əlavə əksər savadlı tələbələrin həm də pedoqoji ixtisasa diqqətini vurğulayan rektor, gələcəkdə onları kolleqaları arasında görmək istədiyini bildirmişdir.

Professor N. Quliev Ümumdünya Turizm Təşkilatının hesablamalarına görə, bir milyarddan artıq planet sakininin 2014-cü ildə səyahət etmək istəyini bildirmişdir. Bu isə o deməkdir ki, dünya böhranına baxmayaraq, mehmanxana sənayesi durmadan inkişaf etməyə və ildən-ilə daha çox yeri yaratmağa davam edir. Mehmanxana işininturizmin effektivliyinin qiymətləndirilməsinin əsas meyarı xidmətin keyfiyyətidir. Buna görə də menecerlər nöqsansız ali təhsilə və qabaqcıl texnologiyalara, xarici dillərə, tənqidi təfəkkürə sahib olmalıdırlar. Belə mütəxəssislərin hazırlanmasında Azərbaycan Turizm İnstititutu bütün potensialından istifadə etməyə çalışır. ATİ - ninMehmanxanarestoran biznesi” kafedrası da hər il sürətlə inkişaf edən turizm sənayesinə dəstək vermək üçün daha aktiv kadrların hazırlanmasında maraqlıdır. Bu kimi konfransların təşkil olunması tələbələrin araşdırma qabiliyyətlərinin artmasına, bazarın tədqiq olunmasına, dünya ölkələri barəsində məlumatların toplanması və mövcud strategiyalardan istifadəyə əsaslanır. Eyni zamanda, konfransda iştirak edən bütün tələbələr çıxışlar zamanı təqdim olunan mövzuları qavrayır, yeniliklərdən ətraflı şəkildə məlumatlı olur və ən əsas prinsip isə müzakirlərdə iştirak edərək rəy və təkliflərini verməkdən çəkinmirlər. Bu da əsaslı surətdə aktiv, kommunikasiya bacarığı yüksək olan, elmi araşdırmalara yönəlmiş, gələcəyini pedoqoji inkişafda görən tələbələr üçün müsbət hal kimi dəyərləndirilir.

Konfransda “Azərbaycanda restoran müəssisələrində çalışan işçilərin motivasiyası”, “Mehmanxanarestoran müəssisələrində xidmətlərin keyfiyyəti və müştəri məmnuniyyəti”, “Mehmanxanarestoran müəssisələrində təşkilatı və idarəetmə” adlı bölmələrdə təqdim olan məqalələr azərbaycan, ingilisrus dillərində hazırlanmışdı. Konfransda 50 nəfərdən çox tələbə çıxış edərək, mehmanxanarestoran biznesi haqqında məlumat verməklə yanaşı, dünya və Azərbaycanda yerləşən müəssisələrdən söz açmışlar. Hazırda mövcud olan qiymət problemi, keyfiyyətli xidmət amili, düzgün menyuların hazırlanması, zəncirvari otellər qrupuna daxil olmağın müsbət və mənfi cəhətləri bu çıxışlarda əks olunmuşdur.

Sonda münsiflər heyyətinin seçdiyi ilk üçlük  qiymətləndirilmiş, onluğa daxil edilən bütün iştirakçılar mükafatlandırılmış, digər məqalələr müəllimlər tərəfindən qənaətbəxş hesab edilmişdir.

 

 

 

Şəmkir

 

Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şəmkir və Gədəbəy rayonları ictimaiyyətinin nümayəndələri, habelə Qarabağ müharibəsi şəhidlərinin, hərbçi ailələrinin uşaqları, Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Qovlar şəhər qarışıq tipli orta internat məktəbinin şagirdləri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, ulu öndərin zəngin dövlətçilik irsi haqqında məlumatlar əldə etmişlər. Bildirilmişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyev xalq qarşısında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir. Çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.

Sonra tədbir iştirakçılarına Heydər Əliyev Parkındakı və “Meqafun” Əyləncə Mərkəzindəki attraksionlardan pulsuz istifadə etmək imkanı yaradılmış, “Şəmburger” kafesində onlara əyləncəli proqram təqdim edilmişdir.

 

Qazax

 

Hər il may ayında ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin doğum günü  böyük təntənə ilə qeyd edilir. Artıq bir neçə ildir ki, bu əlamətdar hadisə ilə bağlı Qazax rayonunda da  Gül bayramı keçirilir.

Builki Gül bayramı öz möhtəşəmliyi, gözəlliyi ilə daha maraqlı olmuşrayon sakinlərinin diqqətini cəlb etmişdir. Şəhər bu məqsədlə bayramsayağı bəzədilmişdir.

Rayon icra hakimiyyətinin başçısı  Ayaz Əsgərov və qonaqlar rayonun əmək kollektivlərinin, QHT və KİV nümayəndələrinin, müharibə və əmək veteranlarının, gənclərin toplaşdığı Heydər Əliyev parkını gəzmiş, maraqlı gül kompozisiyaları ilə tanış olmuşbayram iştirakçıları ilə səmimi  söhbət etmişlər. Bildirilmişdir ki, Azərbaycan xalqı bütün həyatını Vətənin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Xalqımız bu böyük şəxsiyyətin doğum gününü belə gözəl bayramla qeyd edir, ona dərin hörmət və məhəbbətlərini bildirir.

Parkda nümayiş etdirilən yüzlərlə gül kompozisiyası, rəsm, tətbiqi sənət nümunələri və əl işləri hamının marağına səbəb olmuşdur.

Nümayiş etdirilən kompozisiya və əl işləri  icra hakimiyyətinin müsabiqə komissiyası tərəfindən yüksək qiymətləndirilmiş, qaliblərə qiymətli hədiyyələr verilmişdir.

Tədbir bayram konserti ilə davam etdirilmişdir.

 

 

Zərifə BƏŞİRQIZI,

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 14 may.- S. 6.