Saatlı: əl işdən soyumur, ürək isə qurub-yaratmaq həvəsindən

 

“Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik”. Altmış- yetmiş ildən çoxdur ki, dildə-ağızda dolaşan bu məşhur misranı şair sanki müstəqillik yolunda qətiyyətlə addımlayan, yaradılmış bütün süni maneləri və əngəlləri inamla dəf edərək günbəgün çiçəklənməkdə olan doğma Azərbaycanımızın bugünkü haliyyəsini qabaqcadan hiss edərək qələmə alıb. Doğrudan da, dünyanın təlatümlər qoynunda çalxalandığı bir vaxtda ölkəmizdəki sabitliyin, əmin-amanlığın, birki, tərəqqinin qiyməti misilsizdir.

Bütün bunlar isə, əlbəttə, öz-özünə yaranmayıb, minlərlə, yüz minlərlə insanın qanı-canı bahasına başa gəlib. Təsadüfi deyil ki, indi ölkədə baş verən sosial-iqtisadi inkişaf prosesini hər rüb ərzində təhlil etmək, nəticələri ətraflı müzakirə edərək sabaha doğru düzgün istiqamət müəyyənləşdirmək bir adət-ənənə halını alıb. Bu ənənəyə böyük ruh yüksəkliyi ilə əməl edən bölgələrdən biri də Saatlıdır. Aran zonasında yerləşən Saatlı rayonunun torpağı bərəkətli, insanları yorulmaz və zəhmətsevər olduqlarından burada istənilən zaman deməyə söz tapılır, çünki ortada konkret olaraq görülmüş var, ürəkaçan nəticə var.

Elə bu mənada Saatlı rayonunun 2014-cü ilin birinci rübündə qazandığı uğurlardan danışmaq yerinə düşər.

Sözsüz ki, “çox mənanı özündə əxz edən rəqəmlərin dili ilə” giriş vermək daha məqsədə uyğundur. Beləliklə, rayonda ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 7,1 faiz artaraq otuz milyon doqquz yüz əlli iki min manatı keçmişdir.Ümumi məhsul buraxılışının həcmində özəl sektorun xüsusi çəkisi 88,6 faiz təşkil etmişdir.Yanvar- mart aylarında ümumi məhsul istehsalının həcmi kənd təsərrüfatında 5,5, sənayedə 38,3, nəqliyyatda 5, tikintidə 9,8, rabtədə 35,5, ticarət üzrə isə 1,6 faiz artmışdır.

Bütün Saatlı camaatını bu aylar ərzində ürəkdən daha çox sevindirən əsas məsələlərdən biri, heç şübhəsiz ki, dövlət başçısının sərəncamına əsasən 44 min nəfər əhalinin yaşadığı,17 yaşayış məntəqəsini birləşdirən, 21 kilometr uzunluğunda Qarayevkənd-Smadakənd yerli əhəmiyyətli avtomobil yolunun tikilməsidir. Hacıqabul-Bəhramtəpə magistral avtomobil yoluna qədər olan 23,2 kilometrlik yolun 21 kilometri Saatlı rayonunun, 2,2 kilometri isə Sabirabad rayonunun ərazisindən keçir. Saatlıda yolun 11 kilometri, Sabirabadda isə 2,2 kilometri ötən il istifadəyə verilmişdir. Ölkə rəhbərinin 27 mart 2014-cü il tarixli sərəncamı ilə ayrılmış 3,7 milyon manat vəsait hesabına hazırda Smadakənd istiqamətində yolun tikintisi davam etdirilir. Eyni zamanda dövlət sifarişi əsasında tikilən 11,4 kilometrlik Saatlı-Heydərabad avtomobil yolunun avqust ayında istifadəyə verilməsi üçün də qızğın işlər aparılır. Bu mühüm layihə də rayon əhalisinin sevincinə min qat sevinc qatıb desəm, yeri var. Həmçinin qeyd etmək yerinə düşər ki, Prezidentin 12 may 2011-ci il tarixli sərəncamı ilə rayonda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikilməsi məqsədi ilə ilkin olaraq bir milyon manat vəsait ayrılmışdır.

 2013-cü ilin 29 avqustunda dövlət başçısı İlham Əliyevin iştirakı ilə Olimpiya İdman Kompleksinin 800 tamaşaçı yeri olan əsas korpusu, 200 yerlik üzgüçülük hovuzu və 5 kottec binası istifadəyə verilmişdir. Hazırda futbol meydançasının, xidməti otaqların və tribunanın tikintisi davam etdirilir.

 Qeyd etmək lazımdır ki, son illər rayonda təhsil sahəsində də çoxlu əlamətdar işlər görülmüş və görülməkdədir. Məsələn, rayon mərkəzində tikilən Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbin açılışı,dəqiq proqnoza görə, işlər indiki sürətlə davam etdirilsə avqust-sentyabr aylarında baş tutacaq. Bu da özlüyündə rayon əhalisi üçün böyük töhfədir. Məlumat üçün: məktəbin yeni binası ikimərtəbəlidir, tutumu 480 şagird yerlikdir, ümumi sahəsi 2052 kvadratmetrdən çoxdur.

 Məmmədabad kəndində 80 şagird yerlik ibtidai məktəb binasının tikintisinin, demək olar ki, tamamlanması, ardınca Nəsimikənd tam orta məktəbinin əsaslı təmirinə başlanılması da təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün möhkəm təməl yaradır.

 

Əhalinin sıxlığı nəzərə alınaraq hazırda iki ərazidə hər biri 100 yerlik körpələr evi-uşaq bağçası tikilir. Yeri gəlmişkən, rayonda yeni tikilən və ya əsaslı təmir olunan bütün təhsil ocaqlarının müasir standartlara cavab verməsinə, yeni inventar və avadanlıqlarla təchiz olunmasına xüsusi diqqət yetirilir.

 İnsana qayğı, problemlərinin həlli əsas amil kimi Saatlıda həmişə ön sırada gəlir. Buna ən bariz nümunə kimi hazırda Əlisoltanlı kəndində istismar müddəti başa çatmış fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 230 məcburi köçkün ailəsi üçün tikilən yeni qəsəbəni göstərmək olar. Hər cür zəruri sosial-texniki infrastruktura malik yeni qəsəbənin tikintisinə 2013-cü ildə başlanılıb. Nəzərdə tutulub ki, bu ilin sentyabr ayına qədər 230 birmərtəbəli fərdi yaşayış evi, içməli su, elektrik, qaz təchizatı və yol-küçə şəbəkəsi, 198 şagird yerlik məktəb (qazanxana ilə birlikdə), 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və poçt binası tikilərək təhvil verilsin.

 Məlumdur ki, Saatlının təbiəti yaşıllıq baxımından çox da “səxavətli” deyil. Məhz buna görə də burada ekoloji tarazlığın bərpa olunmasına xüsusi fikir verilir, abadlıq işləri həvəslə və ardıcıllıqla aparılır. Xüsusilə də Saatlı şəhəri ərazisində yerləşən gölməçənin qurudulması üçün çox ciddi səylər göstərilir.

Birinci rübdə idarə, müəssisə və təşkilatların, yerli icra strukturlarının və bələdiyyələrin, əmək kollektivlərinin iştirakı ilə ağacəkmə kampaniyası davam etdirilmişdir. Şəhərin mərkəzi küçələri boyu, parkxiyabanlarda, eləcə də şəhərdən başlamaqla magistral avtomobil yolunun kənarlarında, kənd yollarının qıraqlarında və digər ərazilərdə müxtəlif növ həmişəyaşıl və dekorativ ağaclar, həmçinin yerli iqlim və şəraitə uyğun ağaclar, gül kolları əkilmişdir. Bu işlər hazırda da davam etdirilməklə ötən aylarda 20 minə yaxın ağac əkilmişdir.

Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində rayonda sahibkarlığın inkişafı dəstəklənir, yeni yerləri açılır, adamlarının yerli xammallardanehtiyatlardan düzgün istifadə etməklə qeyri-dövlət sektorunun inkişafına hərtərəfli şərait yaradılmışdır. Hazırda Saatlı rayonunda 608 hüquqi, 3981 fiziki şəxs kiçikorta sahibkarlıqla məşğul olur. 2014-cü ilin ötən dövründə 188-i daimi olmaqla 226 yeni yeri yaradılmışdır. Məhsul istehsalının həcmi yüksəlmiş, əmək haqları, pensiya və müavinətlər artırılmışdır. Bu da əhalinin pul gəlirlərinə müsbət təsir etmişdir. Keçən müddətdə əhalinin pul gəlirləri 219132,5 min manat olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə adambaşına düşən gəlirlər 3,1 faiz artaraq 2203,8 manat təşkil etmişdir.

Saatlı kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində respublika üzrə öncül yerlərdə qərarlaşan rayonlardan biri kimi həmişə fərqlənib.Saatlı taxılının adı ölkəmizin hüdudlarını çox-çox kənara aşaraq məşhurlaşmışdır. Burada əkinçiliyin özünəməxsus ənənələrini indiqorunub saxlanılır. Məhz bunun nəticəsidir ki, bu işə maraq göstərən torpaq adamlarının sayı ilbəil sürətlə artmaqdadır. Onlar, sözsüz ki, dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunurlar. Təkcə bir faktı deyim ki, cari ilin əvvəlində 15002,22 hektar sahədə buğda əkmiş 5350 nəfərə 600088,80 manat subsidiya ödənilmişdir. Bundan əlavə, ilin birinci rübündə kənd təsərrüfatı məhsulları istehsalçılarına 8396,43 hektar əkin sahəsi üçün ümumi dəyəri 808,5 min manatlıq 1333,2 ton mineral gübrə də 50 faiz güzəştlə verilmişdir. Ümumiyyətlə, rayonda 2013-cü ilin payızında 21031 hektar taxıl əkilmişdir. Bunun 16740 hektarını buğda, 4291 hektarını isə arpa təşkil edir.

Yaşı 40-dan keçmiş insanların yəqin yaxşı yadındadır: bir vaxtlar respublikanın qabaqcıl pambıqçılıq rayonları sırasında Saatlının da adı qürurla çəkilirdi. İndibu ənənənin bərpası üçün təqdirəlayiq addımlar atılır, “ qızıl”ın məhsuldarlığının daha da artırılması üçün imkan daxilində bütün tədbirlər həyata keçirilir. Bu baxımdan 2014-cü ilistisna təşkil etmir. Bu il rayonun pambıq zavodları ilə əhali arasında 4720 hektarda pambıq əkilməsinə dair müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq fermerlərə avans şəklində 470 min manat nəqd pul vəsaiti verilmişdir.

 

Saatlıda heyvandarlığın da inkişafı istənilən səviyyədədir.Hazırda rayonun bütün təsərrüfatlarında 66702 baş iri buynuzlu mal-qara, o, cümlədən 31555 baş ana inək və camış,102041 baş qoyunkeçi varbu say keçən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

2014-cü ilin birinci rübündə rayonun əkin sahələrinin daha yaxşı suvarılmasını təmin etmək üçün həyata keçirilmiş meliorasiya-irriqasiya tədbirləri nəticəsində 84,7 kilometr kollektor-drenajlar 236,3 min kubmetr lildən təmizlənmiş, 132 kilometr suvarma kanalında mexanizmlə 341 min kubmetr lildən təmizləmə işləri aparılmış, 36 ədəd hidrotexniki qurğu, 2 ədəd istehsalat binası, 6 ədəd hidropost və 2 nasos stansiyası cari təmir edilmişdir.

2014-cü ilin birinci rübündə Azadkənd kəndində SİP kabelSmart-kart tipli sayğacların qurulmasına başlanılmış, 180 ədəd 10 kv-luq dəmir beton dayaq basdırılaraq 5 kilometr 10 kv-luq elektrik verilişi xətləri çəkilmişdir. Soltanabad kəndində enerji itkisinin qarşısını almaq məqsədilə istismara yararsız 1,2 kilometr naqil dəyişdirilərək SİP kabel çəkilmiş, kəndin 2 fazalı transformatoru 3 fazalı transformatorla əvəz olunmuşdur. Bu kənddə yeni tikilmiş evlərdə əhali tərəfindən çəkilmiş və mühəndis-texniki şərtlərə uyğun gəlməyən elektrik xətləri ləğv olunaraq 10 ədəd dəmir-beton dayaq basdırılmış, 1,8 kilometr naqil çəkilməklə enerji itkisinin qarşısı alınmış və əhali normal enerji ilə təmin olunmuşdur. Bundan başqa, Xanlarkənd kəndində 10 kv-luq hava xəttində əlavə dayaqlar basdırılmaqla elektrik xətləri normal vəziyyətə gətirilmişdir.

2014-cü ilin birinci rübündə Saatlı şəhəri, Mollavazlı, Qıraqlı, Mustafabəyli, Bəylik və Novruzlu kəndləri təbii qazla təmin edilmiş, daha 11 kəndi mavi yanacaqla təmin etmək üçün qaz xətlərinin çəkilişinə başlanılmışdır. Ümumilikdə 5932 abonent yeni “ELSTER” G-4 T tipli qaz sayğacı ilə təmin olunmuşdur. Əhalinin normal qaz təminatı üçün şəhərin ən işlək vəziyyətdə olan küçələrini əhatə edən qaz kəmərlərində müxtəlif diametrli yeraltı keçidlər təmir edilərək qaz sızmalarının qarşısı alınmışdır. Bundan əlavə, bir neçə küçənin sakinləri də mavi yanacaqla təmin olunmanın sevincini yaşamışlar.

Məlumdur ki, 2012-ci ilin sentyabr ayından “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işlərinə başlanılıb. Bu məqsədlə su anbarı, nasos stansiyası, içməli su laboratoriyası və əməliyyat mərkəzi, şəhərdaxili paylayıcı su xətləri, 395 ədəd yanğın hidrantı, ikinci dərəcəli su kollektorları və 11 ədəd kanalizasiya nasos stansiyası tikilir. Öz növbəsində, bütün bunlar Saatlı şəhərinin və ətraf kəndlərin keyfiyyətli və dayanıqlı su təchizatını xeyli yaxşılaşdıracaq. Bu il həmçinin Saatlı şəhərinin kanalizasiya sisteminin qurulması işləri də davam etdirilmişdir. Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyəti içməli su qurğularından istifadə edilməsinə, yenilərinin tikilməsinə və şəhər əhalisinin təmiz içməli su ilə təmin olunmasına xüsusi diqqət ayırır. Mövcud su qurğuları sisteminə nəzarət gücləndirilmiş, daxili imkanlar səfərbər edilməklə 28 yaşayış məntəqəsində 434 bulaqdan ibarət modul tipli sutəmizləyici qurğular tikilərək istifadəyə verilmişdir. Hazırda 56 min sakin bunların xidmətindən istifadə etməkdədir. Təqdirəlayiq haldır ki, 17 kənddə sudurulducu qurğuların yanında hər birinin tutumu 20-30 ton olan su anbarları tikilmişdir.

 Cari ilin müvafiq dövründə, səhiyyə, mədəniyyət və idman sahələrinə də böyük diqqət yetirilmiş, vacib sosial layihələrin həyata keçirilməsinə birgə lazımı səylər göstərilmişdir. Əlbəttə, rayonda Tibb Kollecinin açılması orta tibb işçisinə olan ehtiyacları da aradan qaldıracaqdır. Mərkəzi Rayon Xəstəxanası, GigiyenaEpidemiologiya Mərkəzi tərəfindən əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması sahəsində tədbirlər mütəmadi olaraq həyata keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir olunması insanların daha gözəl şəraitdə müayinə olunmalarına və müalicə edilmələrinə geniş imkanlar yaratmışdır. Xəstəxana təmirdən sonra müasir tibbi avadanlıqla və lazımi texniki vasitələrlə təchiz olunmuşdur. Müasir tibbi avadanlıqlardan istifadə üçün Mərkəzi Xəstəxananın həkimləri qısamüddətli tibbi kurslara cəlb olunmuşdur. Millət vəkili, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə müxtəlif həkim briqadaları tərəfindən müayinə və müalicəyə ehtiyacı olan əhaliyə tibbi yardımların göstərilməsi əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdəndir.

 

Məlumdur ki, ölkə başçısı 2012-ci il oktyabr ayının 27-də əsaslı şəkildə yenidən qurulmuş Mərkəzi Rayon Xəstəxanasının açılışı zamanı xəstəxananın kollektivirayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə məhz bu məsələni qeyd edərək respublika ictimaiyyətinə bir çağırış etmişdir. İnsanların sağlamlığının ən vacib məsələ olduğunu, bunun üçün bütün lazımı tədbirlərin görüldüyünü və məsələyə kompleks şəkildə yanaşıldığını qeyd edən dövlət başçısı həmin görüşdə demişdir: “İnsan öz sağlamlığını özü qorumalıdır, hər bir vətəndaş ildə bir dəfə mütləq müayinədən keçməlidir”.

 Azərbaycan Prezidentinin bu çağırışı bütün ölkə miqyasında böyük razılıqla qarşılanaraq insanların tibbi müayinəsi geniş şəkildə davavm etdirilir. Saatlı rayonunda 41 min nəfərdən çox sakin tibbi müayinədən keçmiş, onlardan 10876 nəfəri ambulator, 59 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 22 nəfər isə Bakı şəhərinin müxtəlif klinikalarına müayinə və müalicə üçün göndərilmişdir. Əhalinin 4012 nəfəri laborator, 938 nəfəri rentgen, 403 nəfəri USM, 514 nəfəri EKQ, 289 nəfəri isə digər müayinələrdən keçirilmişlər.

 Rayonda həyata keçirilən tədbirlər yalnız bu sadalananlarla yekunlaşmır. Bir məsələni, yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, rayon rəhbərliyi cari ilin ötən dövründə də əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələrinin, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin, xəstə və imkansız vətəndaşların, məcburi köçkünlərin ehtiyac və qayğılarının həllinə diqqətlə yanaşmışdır.Onlara maddi yardımlar, pul və ərzaq köməkliyi edilmiş, evlərininin bərpa və təmiri ilə bağlı tikinti materialları ilə köməklik göstərilmiş, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün ən zəruri yardımlar edilmiş, güzəştli ailələrin mənzil növbəsi uçotu yenidən dəqiqləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Həmçinin imtiyazlı qrupdan olan gənc ailələr qeydiyyata alınmış, onların mənzil-məişət problemlərinin həlli ilə bağlı lazımi orqanlara məlumatlar təqdim olunmuşdur.

...Bilmirəm, qarşımdakı materialda bir-birinin ardınca sıralanmış faktların hansını ixtisara salım ki, yazının həcmi çoxalmasın. Ən çətini də elə budur, axı bu faktların hər biri insan taleyinə, onun daha da firavan yaşamasına xidmət edir! Saatlıya yolu düşən hər kəs bu fikri təsdiqləyər ki, burada bu cür faktlar çoxdur, istənilən qədər çox!

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2014.- 17 may.- S. 6.