Heydər Əliyev Fondu gözdən əlil insanların cəmiyyətə inteqrasiyasını sürətləndirdi

 

Bu günlərdə Heydər Əliyev Fondunun yaradılmasının on illiyi yüksək səviyyədə qeyd olundu. Artıq on ildir ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə bu fond ölkəmizdə bir sıra mühüm əhəmiyyətli layihələri uğurla reallaşdırır.

Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə fondun yubileyinə həsr olunmuş təntənəli mərasimdə ulu öndərin adını daşıyan fondun on illik fəaliyyəti barədə ətraflı söhbət açılmışdır. Cənab Prezident mərasimdəki çıxışında demişdir: “ Bu gün Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, ulu öndərin xatirəsinə layiqli fəaliyyət göstərir”. Doğrudan da, on il ərzində fondun gördüyü işlərin, reallaşdırdığı layihələrin miqyası çox genişdir. Bunu Mehriban xanım da mərasimdəki çıxışında bildirmişdir: “Biz diqqətimizi ölkəmizdə həllini tapmayan problemlərin aradan qaldırılmasına yönəltdik. Biz Azərbaycanda çoxəsirlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrinə arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin yanında olmağa çalışdıq.”

Bu bir həqiqətdir ki, Heydər Əliyev Fondu köməyə ehtiyacı olan insanların həmişə yanında olub. Bunu biz, gözdən əlil insanlar daha aydın hiss etmişik. Hələ 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya- kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanmışdır. Sənədi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti imzalamışdi. Həmin sənədin imzalanma mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirmişdi ki, Azərbaycanda 320 min əlil insan yaşayır ki, onların da 40 mini kor və görmə qabiliyyəti zəif olan insanlardır. Bu layihə həmin şəxslərin həyata qoşulmasına, onların informasiya- kommunikasiya vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış şəraitinin yaxşılaşmasına xidmət edəcəkdir.

Görmə qabiliyyəti zəif olan insanlar çox yaxın zamanda fondun bu layihələrinin real nəticələrindən faydalanmağa başladılar. Məlumat üçün bildirim ki, bu layihə üç mərhələdə həyata keçirildi. İlk mərhələdə kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarını müəyyən etmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaqdan ibarət oldu. Bu məqsədlə sorğular, müzakirələr keçirildi, təcrübə mübadiləsi aparıldı, bu üçün alınacaq müasir texnologiya nümunələri müəyyənləşdirildi.

Bundan sonrakı mərhələ operativ həyata keçirildi. Belə ki, kor görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəbində model İKT sinfi yaradıldı, burada kompyuter avadanlıqları alınıb quraşdırıldı, proqram təminatı lokallaşdırıldı, internetə çıxış təmin edildi xüsusi tədris-təlim proqramları hazırlandı.

Üçüncü mərhələdə audio kitabxanalar təlim mərkəzləri yaradıldı, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyasının qurulması , bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli audiokitabların bərpası, internetə çıxış, informasiya- texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kurslarda dərs deyəcək müəllimlərin, təlimçilərin hazırlığı kimi bir sıra işlər həyata keçirildi.

Mehriban xanım bu işləri daim nəzarətdə saxlayırdı. 2007-ci il martın 15-də Mehriban xanım Əliyeva bu layihə çərçivəsində Nərimanov rayonundakı kor zəif görən uşaqlar respublika internat məktəbində görülmüş işlərlə tanış olmuş, birinci mərhələdə görülmüş işləri yüksək qiymətləndirmişdi. Bu gün İKT-dən gözdən əlillərin istifadəsi regionlarda da reallaşmaq üzrədir. Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Gəncə şəhərində Resurs Mərkəzi açıldı. Müasir standartlara cavab verən bu mərkəzdə gözdən əlillərin informasiya texnologiyalarından istifadəsi üçün şərait yaradılmışdır. Onun ardınca Naxçıvan şəhərində belə bir mərkəz fəaliyyətə başladı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlax şəhərində Kor görmə qabiliyyəti zəif olan insanların İKT- çıxışının təmin edilməsilayihəsi çərçivəsində Resurs Mərkəzi yaradıldı. Şəhərin Heydər Əliyev prospektində inşa edilən mərkəzin üçmərtəbəli binasında beş sinif, bir tədris, bir audio-studiya otağı, kitabxana digər yardımçı otaqlar vardır. Artıq xaricdən gətirilən avadanlığın quraşdırıldığı model İKT sinifləri yaradılıb, kitabxana təlim mərkəzləri fəaliyyətə başlayıb. Bununla da kor görmə qabiliyyəti zəif olan uşaqların Brayl şriftli kitablardan istifadə imkanlarının genişləndirilməsi istiqamətində ciddi addım atılıb. Bundan əlavə, gözdən əlil insanlar üçün audio kitabxana tələb olunan bütün növ ədəbiyyatın audio formatda hazırlanması işi həyata keçirilib. Burada kompyuter mərkəzi istifadəyə verilib. Kor görmə qabiliyyəti zəif olan insanlar üçün təlim keçəcək müəllimlərin hazırlanması işi aparılıb, kompyuterlər üçünVirqoxüsusi proqram təminatı Azərbaycan dilinə tərcümə edilərək lokallaşdırılıb.

Heydər Əliyev Fondu tərəfindən cəmiyyətə hədiyyə edilən “Mini informasiya laboratoriyasıəlil vətəndaşlara göstərilən qayğının bariz nümunəsidir. “Mini informasiya laboratoriyası”na xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif informasiyaları əldə etmək ötürmək imkanı yaradan proqram sistemi daxildir.

Gözdən Əlillər Cəmiyyətinə təqdim olunan Jawes For Windows səsli proqram paketi, Pearl kamera-skaner, səsli kitab oxuma maşını, Brayl yazısı üçün qalın kağızları dəftər formasında tikən böyük stepler vasitəsilə dərslikdən istifadə etmək, səsli proqram vasitəsilə isə müxtəlif informasiyaları oxumaq mümkündür. Heydər Əliyev Fondunun gözdən əlil insanlara qayğısı ildən ilə artır. Cəmiyyətimizin üzvləri bu qayğıdan kifayət qədər yararlanır, indi onlar cəmiyyətə inteqrasiya üçün böyük imkanlar əldə etmişlər. Bütün bunlar Mehriban xanım Əliyevanın əlil insanlara necə böyük qayğı göstərdiyinin canlı nümunəsidir.

 

 Səmyar ABDULLAYEV,

 

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti

 

Xalq qəzeti.- 2014.- 18 may.- S. 6.