Tariximizi tanıyaq, tanıdaq”

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Tariximizi tanıyaq, tanıdaq” layihəsi çərçivəsində paytaxtda yerləşən aliorta ixtisas təhsil müəssisələrinin tələbələri üçün Milli Tarixi-Bədii Dövlət Qoruğuna ekskursiya təşkil olunmuşdur.

 Gənclərin doğma Azərbaycanımızın tarixini dərindən bilməsi, coğrafiyasını tanıması, gənclər təşkilatları arasında ünsiyyətin genişləndirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən ekskursiyada tələbələr əvvəlcə qoruğun muzeyi ilə tanış olmuş, sonra Qobustanda olmuş, qədim yaşayış məskəni barədə bilgiləndirilmişlər.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi layihə çərçivəsində hər il 2 ekskursiya keçirir. Bu ekskursiyanın biri Milli Tarixi-Bədii Dövlət Qoruğuna, digəri isə Qala Etnoqrafik Qoruğuna təşkil olunur. Qala Etnoqrafik Qoruğuna ekskursiya bu ayın 24-də baş tutacaq. 

 

 Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2014.- 22 may.- S. 8.